Test-drayv sorğulayın

Servis - Bentley Baku

Ehtiyat hissələri

Avtomobil dizaynları dəyişir. Texnologiyalar inkişaf edir. Lakin bir şey əvvəlki kimi dəyişilməz qalır – bizim orijinal detallarımız. Məxfi çertyojlara və dəqiq ölçülərə uyğun olaraq hazırlanmış yalnız orijinal detallar avtomobilinizin əsl şanlı tarixini və performansını dəstəkləmək üçün istehsal edilir.

Qeyri-orijinal detalların quraşdırmada uyğun gəldiyinə baxmayaraq, onlar eyni dəqiq standartlara əsasən istehsal olunmayıb və optimal göstəriciləri təmin etmək üçün hərtərəfli sınaqlardan keçirilməyib. Məsələ təkcə detallarımızın uyğunluğunda deyil, bu, bizim məsuliyyətimizdir; biz hər birisi hərtərəfli zəmanətlə əhatə olunan 55000-dən çox hissəni ehtiyatda saxlayırıq.

Ətraflı məlumat yaxud Ehtiyat hissələri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq üçün sorğunuzu göndərmək məqsədilə buraya basın, komandamızın üzvü tələblərinizi müzakirə etmək üçün sizinlə bir azdan əlaqə saxlayacaq.


Servis və təmir

Mütəmadi texniki xidmət Bentley-nizin və ya Kruda istehsal edilmiş Rolls-Royce-ın göstəricilərini və vəziyyətini dəstəkləmək üçün çox vacibdir. Bentley dilerlərinin rəsmi şəbəkəmiz avtomobilinizə davamlı qulluğu təmin etmək üçün ən güclü avadalığa malikdir. Texniklərimiz Krudakı zavodumuzda geniş təlimdən keçirlər ki, bu da onlara bacarığın və təfərrüatlara diqqətin təkrarolunmaz standartını təklif etməyə imkan verir. Onlar ən müasir diaqnostik avadanlıqdan və zavodun texniki dəstəyindən istifadə edir və yalnız faktiki avadanlığın xüsusiyyətinə uyğun olan orijinal hissələri quraşdırırlar ki, avtomobiliniz istehsal olunmuş standarta əsasən istismar olunsun.

Avtomobilinizin təklif edə bildiyi optimal performansdan daim faydalanmanızı təmin etmək üçün bizim təcrübəli servis mütəxəssislərimiz avtomobilinizin düzgün texniki xidmət cədvəlinə dair sizə daima məsləhət verəcəklər. Biz inanırıq ki, avtomobilinizin texniki xidməti servisin özlüyündə texniki aspektlərdən də daha geniş məsələləri əhatə edir. Lütfən nəzərə alın ki, biz texniki xidmətin rəsmi Bentley Dileri tərəfindən hansının daha tez baş tutduğundan asılı olaraq ildə bir dəfə və ya 10000 mil/16000 km-dən bir həyata keçirildiyini tövsiyə edirik.


RETRO DƏSTƏYİ

Bütün retro hissələri bir yerdə

Bentley tarixin və yeniliyin mükəmməl birləşməsini yaradıb: bu, geniş çeşiddə Kruda yaradılmış Rolls-Royce və Bentley Heritage retro modellərinin hissə və komponentlərin kataloqlaşdırılması üçün innovativ bir üsuldur.

Retro Ehtiyat Hissələri veb-saytı sayəsində biz klassikanın canlandırılması üçün tam fərqli və müasir yolu çəkmişik. Zəngin məlumatı hərtərəfli bir veb-sayta toplamaqla biz lazımi hissənin tapılmasını asanlaşdırmışıq. Axtara biləcəyiniz hər bir şey rəqəmsal formata çevrilib və asan axtarış üçün kataloqlaşdırılıb - bu, o deməkdir ki, ən çətin hissələri ən səmərəli yolla tapmaq olar.

Zənn edirik ki, bu, ehtiyat hissələri və komponentləri tapmaq üçün sizə lazım ola biləcək yeganə vasitədir.

Lazım olan hissəni heritage.bentleymotors.com ünvanında tapın.


Yol dəstəyi

Bentley-nin Yeni Avtomobil Zəmanəti yaxud Bentley-nin Geniş və ya İkinci Əl Zəmanəti ilə əhatə olunan avtomobillərin sahibləri aşağıdakıları ehtiva edən hərtərəfli yol dəstəyi paketindən faydalana bilərlər:

• Yolda təmir və evdə dəstək
• Qaraj və saxlanılma
• Müvafiq hallarda səyahət və yerləşmə xərcləri
• Avtomobil kirayəsi
• Avtomobilin ölkəyə qaytarılması

Kontinental Avropadakı müştərilər (İrlandiya Respublikası daxil olmaqla) 00800 4886 4886 (pulsuz) və ya 0033 472 172 509 (alternativ telefon xətti) nömrələrinə zəng edə bilərlər.


4+ Ödənişli Xidmət Menyusu

Bentley avtomobiliniz sizə mükəmməl performans təqdim etmək üçün hazırlanıb, buna görə də, etibarlı texniklər tərəfindən müntəzəm texniki qulluğu tövsiyə edirik. Xüsusilə 48 aydır istifadə olunan avtomobillər üçün yaradılmış Ödənişli Xidmət Menyumuz xərcləri əvvəlcədən qeyd edərək və Bentley avtomobilinizin ildən ilə daha yaxşı performans göstərdiyindən əmin olaraq yüksək keyfiyyətli xidmət təmin edir.