Test-drayv sorğulayın

Aksesuarlar

Bentley Baku Bentley red carbon brakes and 22 inch ten spoke sports wheel against Gravity Grey paint and 'S' derivative badge

AVTOMOBİLİNİZİN FƏRDİLƏŞDİRİLMƏSİ

Bentley avtomobilinizin eksteryeri və interyeri üçün bir sıra təsirləndirici aksesuarlar təklif edir və seçdiyiniz aksesuardan asılı olmayaraq, onların Bentley avtomobilinizin dizaynı ilə bənzərsiz vəhdət təşkil etməsini gözləyə bilərsiniz. Məsələn, bütün karbon lifi üslublu gücləndirmələr mütləq simmetriya təşkil etməsi üçün avtomobilinizin içərisindəki karbon lifi vinirləri ilə eyni prosesdən istifadə edərək tamamilə uyğunlaşdırılıb. Hər bir aksesuar Bentley tərəfindən hazırlandığı üçün hər biri avtomobilinizlə tamamilə eyni standartlara uyğun olaraq tam sınaqdan keçirilir və təftiş olunur. Onlara həmçinin ən azı iki il zəmanət verilir.

Aksesuarlarımızın sırasına avtomobillə qulluq aksesuarları, o cümlədən avtomobil örtükləri və boya qoruma qatı*, təkər və şinlər, avtomatik tənzimlənən təkər nişanları və qış aksesuarları daxildir. Bentley Baku olaraq istər avtomobilinizin görüntüsünə dəyişiklik edin, istər onu qoruyun, istərsə də havadan asılı olmayaraq, təhlükəsiz sürməyin yollarını axtarın, Bentley markalı avtomobiliniz üçün mövcud seçimləri sizə təklif etməkdən məmnunluq duyarıq. +99412 4048282 nömrəsinə yığaraq satış komandamızla görüş təyin edə bilərsiniz.

*Boya qoruma qatı zavod tərəfindən quraşdırılır və yalnız sifariş məntəqəsində satılır.


Bentley Baku Bentley Continental GT and GTC luggage set in Black sitting in boot of Continental GT in Tourmaline Green paint

BENTLEY YÜK DƏSTİ

Bentley aksesuarlarına yeni yük dəsti əlavə olunub. Continental GT və ya GT Convertible modelinizin yük yerinə mükəmməl yerləşəcək şəkildə dizayn olunmuş üç ədəd dəri həftəsonu səyahət çantasındən ibarət bu gözəl dəst qısa fasilə və ya həftəsonu tətili üçün idealdır. Hər biri İtaliyada yüksək keyfiyyətli dəridən istifadə edərək Qara, Dark Sapphire və ya xüsusi buraxılış olan Gravity Grey rəngində hazırlanıb. Diqqətlə işlənmiş detallara avtomobilinizin üslubunu əks etdirən sadə toxunuş üçün qabarıq Bentley emblemi və parlaq şəkildə işlənmiş avadanlıqlar daxildir.


Bentley Baku Bentley Customer host standing behind a table with man and woman facing him, and Bentley Flying B mascot in foreground

BİZƏ ÜNVANLANAN SUALLAR

Satış sonrası mütəxəssislərimizin kollektivi Bentley-niz üçün mövcud olan aksessuarların çeşidi barədə bütün məlumata malikdir. Hər hansı məhsula dair sualınız varsa, hərtərəfli kömək üçün +99412 4048282 nömrəsinə yığaraq Bentley Baku ilə əlaqə saxlayın.