Test-drayv sorğulayın
Yeni Continental GTC

Yeni Continental GTC

Ümumi təsvir

Yeni Continental GTC Bentley-nin yüksək performanslı kabriolet qrand-turerlərinin rəqibsiz çeşidinə yeni əlavədir. Güc və üstün sənətkarlığın ideal balansını təklif etmək üçün nəzərdə tutulmuş avtomobil tipik kabriolet Bentley hesab oluna bilər.

Mühərrik bölməsində Bentley-nin yeni High Performance Hybrid aqreqatını görəcəksiniz. Qabaqcıl elektrik mühərriki ilə V8 turbo mühərrikinin innovativ kombinasiyası yalnız elektrik enerjisi hesabına avtomobili idarə etmək imkanı ilə yanaşı, çevik və həyəcanverici performans gözləyə bilərsiniz.

Bentley-nin yeni heyrətamiz vahid fara dizaynı ilə bu model öz qara torları və parlaq qara ön spoyler sayəsində digər avtomobillərdən seçilir. Hər bir Bentley avtomoblində olduğu kimi, onu əlavə rənglər, işləmələr və funksiyaların gözqamaşdırıcı çeşidi ilə fərdiləşdirilə bilər.

Seriyadakı digər modellərə fokusu rahatlıq və rifah olan Continental GTC Azure, ciddi sürücülər üçün nəzərdə tutulmuş Continental GTC Speed, eləcə də mütləq performans və dəbdəbəni özündə birləşdirən Continental GTC Mulliner daxildir.

Yeni Continental GTC ​​haqqında daha ətraflı məlumat əldə etmək və test-drayv təşkil etmək üçün bu gün +99412 4048282 nömrəsinə yığaraq Bentley Baku ilə əlaqə saxlayın.

Dizayn

Yeni Continental GTC öz xrom eksteryer detalları və xrom çərçivəyə malik qara rəngli matris toru ilə seçilir. Cəlbedici 21 düymlük təkərlərdən tutmuş aktivləşdiyi zaman işıq şüasının dəqiqliyinə xələl gətirmədən işıqlar söndüyü zaman işığı gözəl şəkildə yayan heyrətamiz toxunuşa malik hər bir faranın içərisindəki zərif Harmony Crystal strukturuna qədər avtomobilin gözəl eksteryerinin hər bir cəhəti onun dünyanın ən gözəl kabrioletlərindən biri olduğunu bir daha vurğulayır.

Dördqatlı parça tavan istədiyiniz rəngdə ola bilər və daxili qatlarda toxunuş hissi gözəl olan rahat Iliada parçasından istifadə olunub.

Dinamica və Nappa dərisi materialı hər biri Crown Cut Walnut vinirləri mükəmməl şəkildə tamamlayan beş fərqli rəngdən istənilən birində təqdim oluna bilər. Ön oturacaqların hər biri isti günlərdə rahatlığınızı təmin etmək üçün soyutma funksiyaları ilə təchiz olunub. Temperatur düşdükdə isə sükanın və ön qoltuqaltının qızdırılması sistemindən, o cümlədən hər iki ön oturacağa quraşdırılmış boyun qızdırıcılarından faydalana biləcəksiniz.

Continental GTC modeli ilə bağlı fərdiləşdirmə seçimləri haqqında ətraflı öyrənmək üçün bu gün +99412 4048282 nömrəsini yığaraq Bentley Baku ilə əlaqə saxlayın.



Performans

Yeni Continental GTC Bentley avtomobilinin yeni High Performance Hybrid güc aqreqatı ilə təchiz edilib – 4,0 litrlik V8 turbo mühərriki və güclü elektrik mühərrikinin innovativ birləşməsidir. Birlikdə bu iki güc mənbəyi 930 Nm-lik tam dönmə momentini təmin edə bilər ki, bu da cəmi 3,9 saniyədə 0-dan 100 km/s-a qədər sürətlənmə və 270 km/s ümumi sürət deməkdir. Alternativ olaraq, emissiyasız təcrübə üçün rahat və demək olar, səssiz olan elektrik mühərrikindən istifadə edə bilərsiniz. Sırf elektrik rejimində avtomobil V8 mühərrikini qətiyyən işə salmadan 140 km/s sürətə çata və 80 km-ə qədər məsafə qət edə bilər.

Daha effektiv idarəetməni təmin etmək üçün Continental GTC sərt döngələrdə avtomobilin sabitliyini qoruyub saxlayan fırlanmaya nəzarət sistemi Bentley Dynamic Ride, o cümlədən adaptiv dörd təkərə intiqal və tam ötürücülü sükan idarəetməsi ilə təchiz olunub. Öncü aqreqatı ilə yanaşı, inanılmaz texnologiya paketi əziyyətsiz, ancaq həyəcanverici idarəetməni təmin edir.

Daha həyəcanverici performans üçün hər biri Bentley-nin Ultra Performance Hybrid aqreqatı ilə təchiz olunmuş Continental GTC SpeedContinental GTC Mulliner modellərini nəzərdən keçirə bilərsiniz.



Texnologiya

Continental GTC yollarda həyatı asanlaşdıran və daha zövqlü edən texnologiya ilə təchiz olunub. Şəhər yollarında parklama yardımı və toqquşmadan xəbərdarlıq kimi qabaqcıl sürücüyə yardım sistemlərini, magistral yollarda isə adaptiv kruiz, zolaq yardımı və kor nöqtə xəbərdarlığı sistemlərini misal göstərmək olar.

Tavan açıq olduqda kondisioner PM2.5 hissəcklərini filtrləyərək çöldə daha yüksək çirklənmə səviyyəsi aşkar etdikdə içəridəki havanı avtomatik olaraq yenidən dövr etdirir. Naviqasiya sisteminin GPS məlumatlarından innovativ istifadəsi sayəsində tunelə yaxınlaşdığınız zaman yenidən dövran rejimi avtomatik aktivləşir.

Avtomobil Apple CarPlay® və Android™ Auto-nun həm naqilli, həm də naqilsiz versiyalarını dəstəkləyərək telefonunuzdakı əksər tətbiqlərdən təhlükəsiz istifadəni təmin edir. Daxili Wi-Fi qovşağı sayəsində bütün sərnişinləriniz avtomobilin internet bağlantısını paylaşa bilərlər.

Apple CarPlay® və Android™ Auto-dan istifadəyə üstünlük verməyən sürücülər üçün avtomobil naviqasiya tətbiqləri, oyunları və əyləncəli tətbiqləri birbaşa endirmək imkanı verən My Bentley Tətbiqi Studiyası ilə təchiz olunub.

Ən cəlbedici funksiyalarından biri əlavə Bentley Fırlanan Displeyidir. Bu heyrətamiz texnologiya sizə cəmi bir toxunuşla sensor ekran və üç analoq siferblatla təchiz olunmuş vinir panel və ya fasiləsiz vinir paneli arasında dəyişmək imkanı verir.



Fərdiləşdirmə

Avtomobilinizin fərdiləşdirilməsi eksteryerindən, xüsusilə, rəng, təkər və tavan parçasının seçimindən başlayır.

Standart spesifikasiyaya yeddi boya seçimi daxildir, ancaq Bentley-nin genişləndirilmiş çeşidini və Mulliner boyaları kolleksiyasını nəzərdən keçirdikdə bu rəqəm 80-i keçir. Parça tavan üç standart rəng olan qara, mavi və ya boz rəngdən birində təchiz oluna bilər və digər əlavə seçimlərə Tünd Qəhvəyi, Claret, Dark Grey Metallic və Tweed daxidir. Son olaraq, təkərlər gəlir. 21 düymlük disklər standart olaraq təchiz olunsa da, yolda daha diqqət cəlb etmək üçün 22 düymlük seçimlərə keçə bilərsiniz.

Kabinin içərisində Nappa dərisi və Dinamica parçası seçdiyiniz beş rəngdən birində təchiz olunduğu halda, standart Crown Cut Walnut vinirləri əlavə alternativlər çeşidi, o cümlədən bir çox rəngdə açıq məsaməli odun, həddən artıq parlaq odun və “piano” boyalı vinirlərlə əvəz oluna bilər. Həmçinin, Engine Turned Aluminium-dan Carbon Fibre-yə qədər texniki işləmələr mövcuddur.

Ayrı-ayrı variantlarla yanaşı, siz avtomobilinizə spesifikasiyalar – xüsusilə birlikdə yaxşı işləyən opsiya funksiyalarının tam paketlərini əlavə edə bilərsiniz. Məsələn, yeni Qara Dizayn Spesifikasiyası ilə siz qara 22 düymlük təkər və parlaq rəngli əyləc kaliperləri əlavə etməklə daha texniki görünüş bəxş etmək üçün metal detalları qara rəngə çevirə bilərsiniz. Avtomobilin interyerinə mat tipli qara və tünd çalarlı xrom komponentlər, şponla işlənmiş səthlərdə texniki işləmə və sükan çarxına, sürət qutusu linginə, oturacaq tikişlərinə və haşiyələrinə əlavə edilmiş kontrast rəng daxildir.

Lakin, şübhəsiz, bu, hələ başlanğıcdır. Daha geniş spesifikasiya və fərdiləşdirmə imkanları üçün Continental GTC Azure, Continental GTC Speed və ya son dərəcə kabriolet dəbdəbəsi və performansı üçün Continental GTC Mulliner modelini nəzərdə keçirə bilərsiniz.

Həmçinin, Bentley-in şəxsi istismara vermə bölməsi olan Mulliner-i avtomobilinizə həqiqətən fərdi funksiyalar əlavə etməyə cəlb etmək barədə bizimlə danışa bilərsiniz.

Continental GTC modelinin mövcud seçimlərinin çeşidi və ya dörd model arasındakı fərqlər barədə daha çox öyrənmək üçün +99412 4048282 nömrəsini yığaraq Bentley Baku ilə əlaqə saxlayın.



Mühərrik və texniki spesifikasiyalar

Continental GTC güclü elektrik mühərrikini V8 benzin mühərriki ilə birləşdirən High Performance Hybrid aqreqatı ilə təchiz olunub.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 V8 TFSi engine combined with 140kW electric motor
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc (kombinə edilmiş)
    680 PS / 671 bhp / 500 kw
  • Güc (Petrol)
    519 PS / 512 bhp / 382 kw @ 6250 rpm
  • Güc (e-Drive)
    190 PS / 188 bhp / 140 kw
  • Fırlanma anı (kombinə edilmiş)
    930 Nm / 686 lb.ft
  • Fırlanma anı (Petrol)
    770 Nm / 568 lb.ft @ 2300-4500 rpm
  • Fırlanma anı (e-Drive)
    450 Nm / 332 lb.ft
  • Batareya Gücü
    25.9 kWh
  • Yanacaq
    Benzin və Elektrik
Performans
  • *Maksimal Sürət (Kombinə edilmiş)
    168 mph / 270 km/h
  • Maksimal Sürət (Yalnız Elektrik)
    87 mph / 140 km/h
  • *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət
  • Sürətlənmə mil/s
    0 - 60 mph 3.8 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 3.9 secs
Ölçülər
  • Ban üslubu
    Convertible
  • Ümumi uzunluq
    4895mm / 192.72in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Hündürlük
    1392mm / 54.8in
  • Çarx bazası
    2848mm / 112.13in

MƏLUMAT SORĞULAYIN