Test-drayv sorğulayın
YENİ FLYING SPUR AZURE

YENİ FLYING SPUR AZURE

Ümumi təsvir

Yeni Flying Spur Azure sadəcə lüks sedandan daha üstündür. Bentley tərəfindən rahatlıq və rifah baxımından daha yaxşı təcrübə təklif etmək üçün nəzərdə tutulmuş avtomobil, sözün əsl mənasında, heyrətamizdir və Bentley-dən gözləyə biləcəyiniz kimi, inanılmaz sürüş təcrübəsi təklif edir.

Ön torun üzərindəki parlaq xrom şaquli millər, şübhəsiz, diqqəti üzərinə çəkəcək. Avtomobilin eksteryer detallarının qalan hissələri uyğunluq yaratmaq üçün parlaq xromla işləndiyi halda, interyer ənənəvi sənətkarlığı ən son texnologiyalarla birləşdirir.

Mühərrik bölməsində yerləşən Bentley-nin High Performance Hybrid aqreqatı ilə avtomobil V8 mühərrikinin gücünü daha az emissiya ilə təqdim edir və demək olar, səssiz elektrik mühərriki ilə rahat sürüşü təmin edir.

Flying Spur Azure Flying Spur seriyasında flaqman Flying Spur modeli, performans fokuslu Flying Spur Speed və dördapılı performansla sənətkarlığın zirvəsi olan Flying Spur Mulliner ilə birləşir.

Yeni Flying Spur Azure modeli haqqında ətraflı məlumat almaq və test-drayv keçirmək üçün elə bu gün +99412 4048282 nömrəsinə zəng edərək Bentley Baku ilə əlaqə saxlayın.

Dizayn

Yeni Flying Spur Azure öz şaquli milli xrom ön toru sayəsində dərhal digərlərindən seçilir. Ön hissədə matris üslublu aşağı tordan tutmuş arxadakı xrom dairəvi işlənmiş qaz çıxışlarına qədər xrom detalları hər bir rakursdan görmək mümkündür.

İçəridə həddən artıq yumşaq Nappa dərisindən oturacaqlar və aşağı hissələrin əksəriyyətində istifadə olunduğu halda, yuxarı hissələrdə, o cümlədən baş dayağı yastıqlarında, pəncərələr arasındakı sütunlarda və tavanın astarında Dinamica parçasından istifadə edilib. Oturacaqlara “Azure” emblemləri həkk olunub və Bentley-nin yeni heyrətamiz Harmony Diamond Quilt tikiş naxışı əks etdirilib. Dəri və Dinamica olmaqla, bütün bu yumşaq səthlər 15 fərqli rəngdən seçdiyiniz birində təklif oluna bilər.

Kabin standart olaraq açıq məsaməli Crown Cut Walnut vinirləri ilə təchiz olunur və vinirli ön paneldə parlaq xrom “Azure” nişanı yerləşdirilir. Bütün alətlər paneli və metal sürətlər qutusu parlaq xromla işlənsə də, daha çox idman üslubu estetikası üçün əlavə olaraq Tünd Xrom Spesifikasiyası mövcuddur.

Flying Spur modeli ilə bağlı fərdiləşdirmə seçimləri haqqında ətraflı öyrənmək üçün bu gün +99412 4048282 nömrəsini yığaraq Bentley Baku ilə əlaqə saxlayın.

Bentley Baku Bentley Flying Spur Speed sedan exterior close up in Tourmaline Green paint with chrome B wing vent, chrome Speed badge and 22 inch ten swept spoke wheel

Performans

Flying Spur Azure Bentley-nin High Performance Hybrid aqreqatı ilə təchiz olunub. 4 litr həcmli V8 turbo mühərriki və güclü elektrik mühərrikinin innovativ kombinasiyası bir neçə sürüş rejimi təklif edir. Həm benzin, həm də elektrik mühərriki işə düşdükdə 930 Nm dönmə momenti yaradaraq cəmi 3,9 saniyədə 100 km/s-a qədər sürətlənmək və maksimum 270 km/s sürətə çatmaq imkanı verir. Avtomobili həmçinin benzin mühərrikini işə salmadan sırf elektrik enerjisi hesabına idarə etmək də mümkündür. Bu cür emissiyasız sürüş rejimində avtomobil 80 km-ə qədər məsafə qət edə və 140 km/s-a qədər sürət yığa bilir.

Avtomobilin asqı və sükan sistemləri standart olaraq yenilənmiş sürüş tərzinə uyğunlaşdırılsa da, onun yeni ikiklapanlı amortizatorları Komfort rejimini daha rahat və Sport rejimini daha həyəcanverici edir.

Tam ötürücülü sükan idarəetməsi standart olaraq təchiz edilməklə avtomobilin dönmə radiusunu o qədər azaldır ki, dar şəhər küçələrində böyük dəbdəbəli sedan üçün manevrləri daha da asanlaşdırır. Bentley Dynamic Ride 48 voltluq fırlanmaya nəzarət sistemi ilə avtomobil düz xətt üzrə hərəkət edərkən hiss etdiyiniz yumşaqlığı döngələrdə itirmədən sabit və soyuqqanlı qalır.

Bentley Baku Bentley Flying Spur Speed sedan side profile in Tourmaline Green paint driving dynamically on a mountain road at sunset

Texnologiya

Bu cür geniş olmasına baxmayaraq, parkinq köməkçisi, 360 dərəcə kamera və bir neçə toqquşmadan xəbərdarlıq sistemi sayəsində Flying Spur Azure avtomobilini şəhərdə idarə etmək çox asandır. Magistral yollar üçün zolaq bələdçisi ilə təchiz olunmuş adaptiv kruiz, qabaqlayıcı adaptiv kruiz, başüstü displey və gecə görüntüsünü özündə birləşdirən Touring spesifikasiyası paketi standart olaraq təchiz olunur.

Arxada əyləşən sərnişinlər üçün sensor ekranı pultu mərkəzi konsolun arxasında yerləşən simsiz planşet rolunu oynamaqla kabinin bir çox elektrikli funksiyasına çıxışı təmin edir. Buna oturacaqların isitmə və masaj funksiyaları, səs sistemi və kondisioner daxildir. Pultdan istifadə edərək həmçinin bütün ştorları cəmi bir toxunuşla bağlamaq mümkündür.

Arxa oturacaqlarda təcrübəni daha da yaxşılaşdırmaq üçün əlavə olaraq təchiz olunan Bentley Arxa Oturacaqlar üçün Əyləncə Paketi ön oturacaqların arxasına sensor ekranları əlavə edərək sərnişinlərinizə smartfon məzmunundan daha böyük ekranlarda faydalanmaq imkanı verir. Səs sistemi seçimlərinə standart şəkildə quraşdırılmış Bentley Signature Audio, o cümlədən 16-kanallı Bang & Olufsen for Bentley sistemi və 20-kanallı Naim for Bentley sistemi var.

Ön və Arxa Komfort Spesifikasiyası standart olaraq quraşdırılmaqla bütün dörd oturacaqda altıparametrli masaj funksiyası, o cümlədən tənzimlənə bilən baş dayaqları, yastıqlar və oturacaq dəstəklərini təklif edir. İki əlavə oturacaq funksiyası rahatlıq və rifahı daha da artırmağa kömək edir. Qamət tənzimləməsi oturacaqların içərisində yerləşən hava ciblərindən istifadə edərək, demək olar, hiss edilməyəcək şəkildə əzələlərə masaj etməklə yorğunluq və sərtliyi azaldır. Oturacaqların avtomatik iqlimi isə sensorları sayəsində oturacağın səthindəki istilik və rütubətdəki dəyişiklikləri aşkarlayır, daha sonra isitmə və ventilyasiya funksiyalarından istifadə edərək bütün yol boyu özünüzü rahat hiss etməyinizi təmin edir.

Kondisioner çöldəki hava daha çirklənmiş olduğu halda içəridəki havanı təkrar dövr etdirmək qabiliyyəti ilə zərərli PM2.5 hissəciklərini filtrləmək üçün nəzərdə tutulub. Həmçinin, avtomobil tunelə yaxınlaşdıqda bu rejimə avtomatik keçə bilər.

Daxili Wi-Fi qovşağı avtomobilin internet bağlantısını smartfon, notbuk, oyun cihazı və planşet kimi simsiz cihazlarla paylaşılmasına imkan verir. Avtomobil Apple CarPlay® və Android™ Auto-nun naqilsiz və naqilli versiyalarını dəstəkləyir və yeni My Bentley Tətbiqi Studiyası sayəsində bir çox tətbiqi birbaşa avtomobilin məlumatlandırma və əyləncə sisteminə endirə bilərsiniz.

Bentley Baku Bentley Flying Spur Speed sedan front interior detail showing steering wheel and driver screens surrounded with Hotspur red and Gravity Grey hides

Fərdiləşdirmə

Yeddi standart eksteryer rəngi arasından seçim edə və ya Bentley-nin geniş əlavə boyalar çeşidi yaxud Mulliner premium işləmələr çeşidindən işləmə seçə bilərsiniz. Birlikdə bunlar 80-dən çox fərqli seçim deməkdir.

Standart olaraq quraşdırılmış 22 düymlük Azure təkərləri üçün iki fərqli işləmədən birini seçə bilərsiniz, ancaq sizin Bentley-nin tam təkər çeşidindən birini alternativ kimi seçmək imkanınız da var. Mulliner-in özünütənzimləyən təkər nişanlarını, o cümlədən istədiyiniz rəngdə əyləc kaliperini əlavə etməklə bir sıra təkmilləşdirə işləri görə bilərsiniz.

Sizə təklif olunan ən cəzbedici əlavələrdən biri geri çəkilən Flying “B” kapot maskotudur. Xrom işləmələrlə bəzədilən bu maskot avtomobili kiliddən çıxardığınız zaman qarşılama ardıcıllığınının bir hissəsi kimi işıqlanır.

Kabində Nappa dərisi və Dinamica parçası 15 fərqli rəngdə təqdim edilsə də, kontrastlı tikiş, kontrastlı borular və hətta kontrastlı təhlükəsizlik kəmərləri də seçimlərə daxildir. Vinirli səthlər standart açıq məsaməli Crown Cut Walnut ilə yanaşı, bir sıra əlavə alternativlərlə, o cümlədən həm həddən artıq parlaq, həm də açıq məsaməli odunlar, eləcə də “piano” seçimləri və Carbon Fibre-dən tutmuş Engine Turned Aluminium və Côtes de Genève işləmələrinə qədər çox sayda texniki işləmələrlə əhatə oluna bilər.

Flying Spur Azure modelini sifariş edərkən fərdiləşdirmə ilə bağlı seçim etmək artıq sizin zövqünüzə qalıb. Bütün seçimlər, o cümlədən Mulliner əlavələri, Bentley-nin fərdi sifarişlər bölməsi haqqında ətraflı öyrənmək üçün +99412 4048282 nömrəsinə zəng edərək bizimlə Bentley Baku vasitəsilə elə bu gün bizimlə əlaqə saxlayın.

Bentley Baku Bentley Flying Spur Speed sedan interior showing front and rear seats in Hotspur red and Gravity Grey hides, with Speed seat emblems

Mühərrik və texniki spesifikasiyalar

Flying Spur Azure güclü elektrik mühərrikini V8 benzin mühərriki ilə birləşdirən High Performance Hybrid aqreqatı ilə təchiz olunub.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 V8 TFSi engine combined with 140kW electric motor
  • Transmissiya
    8-speed Automatic Transmission
  • Güc (kombinə edilmiş)
    680 PS / 671 bhp / 500 kw
  • Güc (Petrol)
    519 PS / 512 bhp / 382 kw @ 6250 rpm
  • Güc (e-Drive)
    190 PS / 188 bhp / 140 kw
  • Fırlanma anı (kombinə edilmiş)
    930 Nm / 686 lb.ft
  • Fırlanma anı (Petrol)
    770 Nm / 568 lb.ft @ 2300-4500 rpm
  • Fırlanma anı (e-Drive)
    450 Nm / 332 lb.ft
  • Batareya Gücü
    25.9 kWh
  • Yanacaq
    Benzin və Elektrik
Performans
  • *Maksimal Sürət (Kombinə edilmiş)
    168 mph / 270 km/h
  • *Maksimal Sürət (Yalnız Elektrik)
    87 mph / 140 km/h
  • *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət.
  • Sürətlənmə mil/s
    0 - 60 mph 3.8 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 3.9 secs
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5316mm / 209.29in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Hündürlük
    1474mm / 58.03in
  • Çarx bazası
    3194mm / 125.75in

MƏLUMAT SORĞULAYIN