Yeni Continental GT
Ümumi təsvir
Yeni Continental GT Bentley-nin dəbdəbəli qrand-turer çeşidinə ən son əlavələrdən biridir. Həyəcanverici performans və zərif sənətkarlığın mükəmməl balansını təklif etmək üçün nəzərdə tutulmuş model GT avtomobillərinin yeni bənzərsiz standartını müəyyən edir.
Continental GT seriyasında gördüyümüz yeni zərif dizaynı nümayiş etdirən avtomobil xüsusi tək fara tərtibatı və daha aydın, daha modern cizgilərlə xarakterizə olunan tamamilə yeni simaya malikdir.
Avtomobil Bentley-nin yeni High Performance Hybrid aqreqatı, V8 benzin mühərriki və qabaqcıl elektrik mühərrikinin innovativ kombinasiyası ilə təchiz olunub. Sürüş rejimlərini seçmək imkanı sayəsində yalnız V8 mühərriki, yalnız elektrik mühərriki və ya hər ikisinin kombinasiyasından istifadə edə bilərsiniz.
Çeşidə əsas fokusu rifah olan Continental GT Azure, fenomenal gücə malik Continental GT Speed və hər iki qrup üzrə ən yaxşısı olan heyrətamiz Continental GT Mulliner daxildir.
Yeni Continental GT haqqında daha ətraflı məlumat əldə etmək və test-drayv təşkil etmək üçün bu gün +99412 4048282 nömrəsinə yığaraq Bentley Baku ilə əlaqə saxlayın.
Dizayn
Continental GT dəbdəbəli avtomobil dizaynı üzrə kazusdur. Dalğavari xətləri və kuzanın aşağı hissələrinin əzələli görüntüsü avtomobilin yolda seçilməsinə imkan verdiyi halda, parlaq xrom eksteryer detalları dəbdəbə statusunu göz önünə sərir. 21 düymlük təkərləri avtomobilin proporsiyalarını gözəl şəkildə tamamlamaqla, bir neçə zərif element, o cümlədən qara matris toru, qara aşağı torlar və qara ön spoyler onun xüsusi model olduğunu göstərir.
Yeni faralar mürəkkəb Harmony Crystal dizaynına və lampaların yanılı və ya sönülü olmasından asılı olmayaraq, işığı tutan parlaq interyer strukturuna malikdir. Arxa tərəfdə dərin qırmızı dəyirmi lampalar iki ədəd dəyirmi işlənmiş qaz çıxışı ilə tamamlanır və “BENTLEY” yazısı yük yerinin qapısında parlaq xrom element üzərinə həkk olunub.
İçəridə oturacaqlar hər biri Crown Cut Walnut vinirlərini tamamlayan beş rəng seçiminə malik oyuqlu Nappa dərisi ilə təchiz olunub. Kabin döşəməsinin yuxarı hissələrində, o cümlədən pəncərələr arasındakı sütunlarda və tavanın astarında Dinamica-dan istifadə olunub. Bütün bunlar birlikdə tamamilə dəbdəbəli səyahət mühitini yaradır.
Continental GT modeli ilə bağlı fərdiləşdirmə seçimləri haqqında ətraflı öyrənmək üçün bu gün +99412 4048282 nömrəsini yığaraq Bentley Baku ilə əlaqə saxlayın.

Performans
Continental GT Bentley-nin High Performance Hybrid aqreqatı ilə təchiz olunub. Bu, hər zaman Bentley-yə xas olan ani sürətlənməni təmin etmək üçün güclü elektrikli mühərriklə birgə işləyən 4 litr həcmə malik V8 turbo mühərrikidir. Birlikdə elektrik və benzin mühərrikləri 930 Nm-lik tam dönmə momentini təmin edə bilər ki, bu da cəmi 3,7 saniyədə 0-dan 100 km/s-a qədər sürətlənmə və 270 km/s ümumi sürət deməkdir.
Böyük batareya ilə təchiz olunmuş plug-in hibrid modeli kimi Continental GT həmçinin tək elektrik mühərriki ilə idarə olunaraq 140 km/s sürətə və 80 km məsafəyə çata bilər.
Bundan əlavə, avtomobil qabaqcıl şassi sistemləri çeşidi, o cümlədən Bentley Dynamic Ride fırlanmaya nəzarət sistemi, adaptiv dörd təkərə intiqal sistemi və dörd təkərə idarəetmə sistemi ilə təchiz olunub. Bütün bunlar təhlükəsiz, məmnunedici və zəhmətsiz sürüş təcrübəsi yaşamağınıza töhfə verir.
Daha həyəcanverici performans üçün hər biri Bentley-nin Ultra Performance Hybrid aqreqatı ilə təchiz olunmuş Continental GT Speed və Continental GT Mulliner modellərini nəzərdən keçirə bilərsiniz.

Texnologiya
Continental GT-nin texnoloji təchizatı bu cür eksklüziv avtomobildən gözləyə biləcəyiniz qabaqcıl sürücü yardımı və məlumatlandırma və əyləndirmə sistemlərini təklif edir.
O, Apple CarPlay® və Android™ Auto-nun həm naqilli, həm də naqilsiz versiyalarını dəstəkləyir, beləliklə telefonunuzdakı əksər tətbiqlərdən istifadə edə bilərsiniz. Avtomobil həmçinin bütün sərnişinlərin internet xidmətindən istifadə edə bilmələri üçün daxili Wi-Fi qovşağı ilə təchiz olunub. Apple CarPlay® və Android™ Auto-ya alternativ olaraq avtomobilinizə tətbiqləri birbaşa endirmək üçün My Bentley Tətbiqi Studiyasından istifadə edə bilərsiniz.
Parklama yardımçısından toqquşmanın qarşısının alınmasına qədər qabaqcıl sürücü yardımı funksiyaları avtomobilin şəhərdə daha asan və təhlükəsiz idarə edilməsini təmin edir. Magistral yollara gəldikdə, Touring Spesifikasiyası gecə görüntüsü və başüstü displeydən və zolaq bələdçisi ilə təchiz olunmuş adaptiv kruiz və qabaqlayıcı adaptiv kruiz sistemlərinə qədər sürücüyə yardım funksiyalarından ibarət əlavə paketdir. Birlikdə bu funksiyalar magistral və əsas yollarda avtomobilin idarə edilməsini asanlaşdırır.
Digər bir populyar texnoloji seçim mərkəzi sensor ekranının yerləşdiyi ön panelin bir hissəsini üç paneli olan fırlanan bölmə ilə əvəz edən Bentley-nin Fırlanan Displeyidir: bir paneldə sensor ekranı, digərində üç ədəd əllə işlənmiş analoq sayğac və üçüncüdə fasiləsiz vinir paneli mövcuddur. Bu, əhvalınızdan asılı olaraq, avtomobillə necə davranmaq istədiyinizi seçmək imkanı verir.
Hətta musiqi sistemi belə, üç seçim sayəsində ehtiyaclarınıza uyğunlaşdırıla bilər. Bentley Signature Audio standart şəkildə təchiz olunub, həm Bang & Olufsen for Bentley, həm də Naim for Bentley sistemi isə sürücünün istəyinə uyğun təkmilləşdirmələrdir.

Fərdiləşdirmə
Continental GT avtomobiliniz inanılmaz rəng, funksiya və dizayn seçimi ilə zövqünüzə uyğunlaşdırıla bilər.
Yeddi standart rəng seçimi ilə yanaşı, əlavə boya kolleksiyaları, o cümlədə Bentley-nin genişləndirilmiş çeşidi və premium Mulliner işləmələri seçimi mövcuddur. Ümumilikdə, bu, 80-dən çox fərqli boya seçimi deməkdir. Standart 21 düymlük təkərlərə alternativ olaraq, əlavə dizaynların geniş çeşidi, o cümlədən bir neçə heyrətamiz 22 düymlük təkər mövcuddur.
Kabində dəri və Dinamica döşəmə materialı üçün beş fərqli rəngdən birini seçə bilərsiniz. Vinirli səthlər standart olaraq Crown Cut Walnut ilə örtülüb, ancaq əlavə alternativlərə bir sıra açıq məsaməli odun, həddən artıq parlaq odun, həddən artıq parlaq “piano” boyalı vinirlər və texniki işləmələr daxildir.
Müxtəlif spesifikasiyaların geniş silsiləsi – avtomobilinizi fərdiləşdirməyi asanlaşdıran əlavə funksiyalar paketləri mövcuddur. Məsələn, yeni Qara Dizayn Spesifikasiyası bütün xarici detalları qara rəngə çevirir, Mulliner tərəfindən Avtomatik Tənzimlənən Təkər Nişanları olan qara 22 düymlük təkər, eləcə də kontrastlı əyləc kaliperləri əlavə edir. Avtomobilin interyerində o, parlaq xromun çox hissəsini mat tipli qara və ya tünd çalarlı xromla əvəz edir, eyni zamanda digər təkmilləşdirmələrlə yanaşı, sükan çarxına, sürət qutusu linginə, işləmələr və oturacaq haşiyələrinə kontrast rəng əlavə edir.
Continental GT avtomobilinə sahibsinizə, bu seçimlər artıq sizin zövqünüzə qalıb. Daha geniş spesifikasiya və fərdiləşdirmə imkanları üçün Continental GT Azure, Continental GT Speed və ya son dərəcə qrand-turinq dəbdəbəsi və performansı üçün Continental GT Mulliner modelini nəzərdə keçirə bilərsiniz.
Həmçinin, Bentley-in şəxsi istismara vermə bölməsi olan Mulliner-i avtomobilinizə həqiqətən fərdi funksiyalar əlavə etməyə cəlb etmək barədə bizimlə danışa bilərsiniz.
Continental GT modelinin mövcud seçimlərinin tam çeşidi barədə daha çox öyrənmək və ya dörd model arasındakı fərqləri daha yaxşı başa düşmək üçün +99412 4048282 nömrəsini yığaraq Bentley Baku ilə əlaqə saxlayın.

Mühərrik və texniki spesifikasiyalar
Continental GT güclü elektrik mühərrikini V8 benzin mühərriki ilə birləşdirən High Performance Hybrid aqreqatı ilə təchiz olunub.

Texniki xüsusiyyət
Mühərrik
- Mühərrik4.0 V8 TFSi engine combined with 140kW electric motor
- Transmissiya8-speed Dual Clutch
- Güc (kombinə edilmiş)680 PS / 671 bhp / 500 kw
- Güc (Petrol)519 PS / 512 bhp / 382 kw @ 6250 rpm
- Güc (e-Drive)190 PS / 188 bhp / 140 kw
- Fırlanma anı (kombinə edilmiş)930 Nm / 686 lb.ft
- Fırlanma anı (Petrol)770 Nm / 568 lb.ft @ 2300-4500 rpm
- Fırlanma anı (e-Drive)450 Nm / 332 lb.ft
- Batareya Gücü25.9 kWh
- YanacaqBenzin və Elektrik
Performans
- *Maksimal Sürət (Kombinə edilmiş)168 mph / 270 km/h
- Maksimal Sürət (Yalnız Elektrik)87 mph / 140 km/h
- *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət
- Sürətlənmə mil/s0 - 60 mph 3.5 secs
- Sürətlənmə km/s0 - 100 km/h 3.7 secs
Ölçülər
- Ban üslubuCoupé
- Ümumi uzunluq4895mm / 192.72in
- Güzgülərlə birgə eni2187mm / 86.1in
- Hündürlük1397mm / 55.0in
- Çarx bazası2851mm / 112.2in