YENİ FLYING SPUR MULLINER
Ümumi təsvir
Yeni Flying Spur Mulliner Bentley-nin dəbdəbə və performansa dair biliklərini vahid qeyri-adi paketdə birləşdirir. Dəbdəbəli salonunun içərisində mövcud olan misilsiz çeşiddə detallardan fenomenal Ultra Performance Hybrid aqreqatına görə avtomobil sənətkarlığı və texnologiyanın əsl təzühürüdür. 3,3 saniyədə 0-dan 60 m/saat-a qədər sürətlənmək qabiliyyəti (3,5 saniyədə 0-100 km/saat) və 177 m/saat (285 km/saat)* maksimal sürəti ilə bu cür həddən artıq dəbdəbəli avtomobilə görə bənzərsiz performans təklif edir.
Eksklüziv olaraq Mulliner modeli üçün nəzərdə tutulmuş funksiyalarla təchiz olunan avtomobil qətiyyətlə səhnəyə çıxaraq həm heyranlıq, həm də paxıllıq hissi yaradır.
Yeni Flying Spur Mulliner Buraxılışı haqqında ətraflı məlumat almaq və test-drayv keçirmək üçün elə bu gün +99412 4048282 nömrəsinə zəng edərək Bentley Baku ilə əlaqə saxlayın.
*Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət.
Dizayn
Flying Spur Mulliner Bentley sənətkarlığının təzühürü kimi ən yaxşı xüsusiyyətləri eksklüziv Mulliner üslubu ilə birləşdirir. Buna ön hissədə heyrətamiz axıcı almaz matris radiator barmaqlığı, yeni alt bufer dəlikləri və Mulliner ventilyasiya dəliklərindən gümüş boyalı güzgü korpuslarına və mərkəzində avtomatik tənzimlənən Bentley-nin “B” nişanları ilə təchiz olunmuş eksklüziv boz boyalı və cilalanmış 22 düymlük təkərlərinə qədər avtomobilin hər yerində müşahidə olunan gözəgəlimli detallara uyğun parlaq xrom çalarlar daxildir.
Avtomobili kiliddən çıxardığınız zaman elektrik olaraq uçan “B” kapot maskotu peyda olur və qanadları işıqlanır. Salona daxil olmaq üçün qapını açdıqda Mulliner-in Animasiyalı salamlama işıqları Bentley loqosu ilə yekunlaşan dövr edən işıq proyeksiyası ilə ayaqlarınızın altında yeri işıqlandırır.
İşıqlandırılmış Mulliner astana qoruyucu lövhələrinin üzərindən keçdikdə geniş rəng və parlaqlıq səviyyəsi seçimi olan dekorativ işıqlandırma sayəsində, sözün əsl mənasında, inanılmaz salona daxil olacaqsınız. Bentley dizayn komandası tərəfindən eksklüziv olaraq Mulliner modeli üçün yaradılmış səkkiz üçrəngli çeşid seçimi mövcuddur. Alternativ olaraq, öz üçrəngli kombinasiyanızı seçə bilərsiniz. Yumşaq Nappa dəri oturacaqları Mulliner emblemi ilə təchiz olunub və salonun müvafiq hissələrində zeytun yağı ilə tündləşdirilmiş dayanıqlı dəridən istifadə olunub. Hətta açarların yerləşdirildiyi təqdimat qutuları belə, avtomobilin interyeri ilə eyni dəri rənglərində hazırlanıb. Hara baxsanız, eksklüziv Mulliner saatından dekorativ panelin üzərində nümayiş olunan avtomobilin silüetinə qədər Mulliner-in nə üçün detallara diqqət etməsi ilə məşhur olduğunu görəcəksiniz.
Performans
Flying Spur Mulliner V8 mühərriki ilə elektrik mühərrikinin innovativ kombinasiyası olan Bentley-nin Ultra Performance Hybrid aqreqatı sayəsində bənzərsiz yenilik və canlandırıcı güc təklif edir. Birlikdə iki mühərrik 782 PS (771 bhp) və 1.000 Nm (737 lb ft) güc yaradaraq cəmi 3,3 saniyədə 0-60 m/saat-a (3,5 saniyədə 0-100 km/saat) qədər sürətlənir və 177 m/saat-lıq (285 km/saat) maksimal sürət əldə edir.
O, dinamik idarəetmədən rahatlıq və təhlükəsizliyə qədər avtomobil idarəetməsinin hər bir cəhətini təkmilləşdirmək üçün nəzərdə tutulmuş texnologiya dəsti olan Bentley-nin Performance Active Chassis paketi ilə təchiz olunub. Ona yeni qoşa klapanlı amortizatorlarla təchiz olunmuş suspensiya sistemi, aktiv dörd təkərə intiqal, Bentley Dynamic Ride və Tam ötürücülü sükan idarəetməsi daxildir.
Yeni suspensiya sistemi avtomobil Comfort rejimində ikən rahatlığı artırmağa imkan verən, eyni zamanda, Sport rejimində nəzarət və çevikliyə nəzarət etməyi mümkün edən qoşa klapanlı amortizatorlarla təchiz olunub.
Aktiv Tam Ötürücü sistem sizə çox vaxt əsasən arxa ötürücülü rejimlə avtomobil sürməyin bütün dinamik üstünlüklərini təqdim edir, lakin sistem hər hansı dartı itkisini aşkar edərsə, yolda tutma gücünü optimallaşdırmaqla o, mühərrikin gücünün bir hissəsini avtomatik olaraq ön oxa yönləndirir.
Bentley Dynamic Ride hərəkət edərkən sürüşün rahatlığına xələl gətirmədən sürətlə dönmə edən zaman avtomobili taraz və sabit vəziyyətdə saxlamaq üçün nəzərdə tutulmuş elektron fırlanmaya nəzarət sistemi olan Bentley Dynamic Ride ilə birlikdə təqdim olunur.
Avtomobil iki üstünlük təqdim edən tam ötürücülü sistemi də təqdim edir. Sürət həddi yüksək olan magistral yollarda bütün təkərlər eyni istiqamətdə fırlandığı üçün kuzanın çevrilməsini kəskin azaltmadan zolağı dərhal və inamla dəyişə bilərsiniz. Şəhərdaxili yollarda isə arxa təkərlər əks istiqamətə yönələrək avtomobilin dönmə radiusunu azaldır və öz ölçüsünə görə inanılmaz çeviklik yaradır.
Texnologiya
Flying Spur Mulliner rəqəmsal məlumatlandırma və əyləncə sistemi, eləcə də sürücüyə yardımdan smartfon çıxışı və rifahın artırılması xüsusiyyətlərinə qədər hər şeyi əhatə edən geniş texnologiya çeşidi ilə təchiz olunub.
Avtomobilin arxa hissəsində yerləşən sensor ekran pultu sərnişinlərə istilik və havalandırma parametrlərini, musiqini, eləcə də oturacaqların istilik, soyutma və masaj funksiyalarını tənzimləmək imkanı verir. Avtomobil həm də standart olaraq Wellness Seating funksiyası ilə təchiz olunduğuna görə sensor ekran pultundan xüsusilə bənzərsiz olan iki funksiyanı aktivləşdirmək üçün istifadə oluna bilər. Oturacaqların avtomatik iqlimi oturacaqlara yerləşdirilmiş sensorlardan istifadə edərək mütəmadi olaraq səthdəki rütubət və temperatur səviyyələrinə nəzarət edir, cavab olaraq istimə və havalandırmanı işə salır, nəticədə səfər ərzində sizin rahatlığınızı təmin edir. Qamət tənzimləməsi isə əvvəlcədən tənzimlənmiş proqramlara uyğun olaraq hava ciblərini doldurub boşaltmaqla oturacağın səthində cüzi hiss olunan təzyiq dəyişiklikləri edir. Nəticədə, uzun səfərdən sonra özünüzü daha rahat hissə edirsiniz və sərtlik və ya əzələ yorğunluğu ehtimalı azalır.
Avtomobil çox kiçik zərərli və çirkləndirici hissəciklər olan PM2.5 hissəciklərini əngəlləmək üçün nəzərdə tutulmuş yeni kondisioner sistemi ilə təchiz olunub. O, mütəmadi olaraq içəridə və çöldəki havaya nəzarət edərək lazım gəldikdə içəridəki havanı yenidən dövr etdirir. Yeni “Hava keyfiyyəti” paneli sayəsində mərkəzi sensor ekranda içəridə və çöldəki havanın göstəricilərini görə bilərsiniz. Sistem həmçinin tuneli yaxınlaşdığınız zaman işə düşərək əvvəlcədən təkrar dövran rejiminə keçə bilən GPS sistemindən də istifadə edə bilər.
Avtomobil artıq mərkəzi sensor ekranın tam hissəsini idarə etməyə imkan verən simli və simsiz Android Auto™ və Apple CarPlay® ilə təchiz olunub. Alternativ olaraq, CarPlay interfeysi sükanın arxasında yerləşən sürücü məlumatlandırma panelində nümayiş oluna bilər. Apple CarPlay və Android Auto ilə yanaşı, artıq üçüncü tərəf tətbiqlərini birbaşa avtomobilin məlumatlandırma və əyləncə sisteminə endirərək oradan idarə edə bilərsiniz. Yeni My Bentley Tətbiqi Studiyası Bentley üçün yaradılan və avtomobil tərəfindən yaradılan məlumatlara (məsələn, üçüncü tərəf naviqasiya tətbiqinin istifadə edə biləcəyi yüklənmə səviyyələri və yanacaq məlumatları) çıxış əldə edə bilən bir sıra tətbiqlər təklif edir.
Standart olaraq bir sıra sürücüyə yardım sistemləri quraşdırılıb. City Specification Üst görünüş kamerası, Yol hərəkəti nişanlarının tanınması, piyadalar üçün xəbərdarlıqlar və avtomatik tutqunlaşan güzgülər funksiyaları ilə şəhərdə avtomobil idarəetməsini asanlaşdırır. İntellektual parklama yardımı məkanı müəyyən edərək parklama yeri seçməyinizə kömək etdiyi halda, My Bentley distant parklama yardımı isə avtomobildən kənara çıxaraq onu smartfonunuz vasitəsilə parklamanı idarə etmək imkanı verir. Bu funksiya qapını açmağa imkan verməyəcək qədər dar ərazidə olduğunuz zaman faydalıdır.
Touring spesifikasiyası başüstü displey və gecə görmə kamerası kimi təhlükəsizliyi artıran funksiyalar əlavə edir. Ona həmçinin birlikdə müxtəlif növ yollarda sürətinizə nəzarət etməyə və zolaqda qalmağa kömək edən zolaq istiqamətləndiricisi və prediktiv adaptiv kruiz yardımını özündə birləşdirən adaptiv kruiz yardımı plus daxildir.
Avtomobilinizi uzaqdan idarə etmək üçün My Bentley smartfon tətbiqi bir sıra rahatlıq funksiyaları təmin edir. Ondan istifadə edərək avtomobilinizi harada parkladığınızı xatırlaya və ya uzaqlaşmadan əvvəl qapıları kilidləyib-kilidləmədiyinizi yoxlaya bilərsiniz. Tətbiqdən həmçinin səfərə başlamadan əvvəl salonu optimal temperatura uyğun əvvəlcədən isitmək və ya sərinlətmək üçün istifadə edilə bilər.
Fərdiləşdirmə
Yeddi standart rəng seçimi mövcuddur, ancaq müxtəlif əlavə rənglər, o cümlədən Mulliner-dən premium toxunuşlar ümumi sayı 80-dan yuxarı çıxarır.
Salonun içərisində standart olaraq quraşdırılmış rəng spesifikasiyası sayəsində seçə biləcəyiniz 15 əsas və 11 ikinci dərəcəli rəng seçimi mövcuddur. Bentley-nin geniş üzlük seçimlərinə misal olaraq həddən artıq parlaq odun, açıq məsaməli odun və karbon lifi kimi bir neçə texniki detalı misal göstərmək olar.
Bir çox seçim mövcuddur və bunlara üç hi-fi sistemi daxildir. Standart Bentley Signature audiosistemi ilə yanaşı, işıqlandırılmış səsgücləndirici toru və innovativ istifadəçi interfeysi ilə təchiz olunmuş 16-kanallı Bang & Olufsen for Bentley sistemi, o cümlədən musiqisevərlər üçün 20-kanallı Naim for Bentley sistemi mövcuddur.
Daha da irəli getmək üçün Bentley-in şəxsi istismara vermə bölməsi olan Mulliner-i avtomobilinizə həqiqətən fərdi funksiyalar əlavə etməyə cəlb etmək barədə bizimlə danışın. Flying Spur Mulliner seçimləri haqqında ətraflı öyrənmək üçün +99412 4048282. nömrəsinə zəng edərək bizimlə Bentley Baku vasitəsilə elə bu gün bizimlə əlaqə saxlayın.
Mühərrik və texniki spesifikasiyalar
Flying Spur Mulliner Bentley-nin Ultra Performance Hybrid V8 aqreqatı ilə təchiz olunub.

Texniki xüsusiyyət
Mühərrik
- Mühərrik4.0 V8 TFSi engine combined with 140kW electric motor
- Transmissiya8-speed Automatic Transmission
- Güc (kombinə edilmiş)782 PS / 771 bhp / 575 kw
- Güc (Petrol)600 PS / 591 bhp / 441 kw @ 6250 rpm
- Güc (e-Drive)190 PS / 188 bhp / 140 kw
- Fırlanma anı (kombinə edilmiş)1000 Nm / 738 lb.ft
- Fırlanma anı (Petrol)800 Nm / 590 lb.ft @ 2500-4500 rpm
- Fırlanma anı (e-Drive)450 Nm / 332 lb.ft
- Batareya Gücü25.9 kWh
- Tullantı səviyyəsiEU 6
- YanacaqBenzin və Elektrik
Performans
- *Maksimal Sürət (Kombinə edilmiş)177 mph / 285 km/h
- *Maksimal Sürət (Yalnız Elektrik)87 mph / 140 km/h
- *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət.
- Sürətlənmə mil/s0 - 60 mph 3.3 secs
- Sürətlənmə km/s0 - 100 km/h 3.5 secs
Ölçülər
- Ban üslubuSaloon
- Ümumi uzunluq5316mm / 209.29in
- Güzgülərlə birgə eni2187mm / 86.1in
- Hündürlük1474mm / 58.03in
- Çarx bazası3194mm / 125.75in