Test-drayv sorğulayın
BENTAYGA AZURE
Bentley Baku Bentley Bentayga Azure luxury SUV rear three quarter in Topaz Blue by Mulliner paint, driving on an ocean road.

BENTAYGA AZURE

Ümumi təsvir

Bentayga Azure modelində bütün diqqət sərnişinlərin rahatlığına və əhvalının yüksəldilməsinə yönəldib. Əbədi, zərif dizaynı səysiz güc və innovativ texnologiya ilə birləşdirən krossover axtarırsınızsa, sadəcə olaraq bundan yaxşı seçim yoxdur.

İstər 4.0-litri V8 benzin mühərrikini, istər isə 3.0-litrli V6 plaqin hibridi seçsəniz - gözəl, şaquli əyilmiş xromlu radiator toru və valehedici 22” ölçülü çarxlar daxil olmaqla çoxsaylı, unikal Azure detalları sayəsində onun idarə edilməsi asan, görünüşü isə cazibədardır. Parlaq eksteryer detallarından tutmuş daxili mühiti yaxşılaşdıran xüsusiyyətlərə qədər Bentayga Azure lüks krossoverin necə ola biləcəyinin inanılmaz nümayişidir.

Bentayga Azure haqqında daha çox məlumat əldə etmək və test-drayv təşkil etmək üçün +99412 4048282 telefon nömrəsi ilə Bentley Baku şirkəti ilə bu gün bizimlə əlaqə saxlayın və ya bura test-drayv sorğusu göndərin.

Dizayn


Bentayga Azure-un bütün ön hissəsi ön barmaqlıqlar və aşağı bamper barmaqlıqlarındakı cilalanmış çoxsaylı xrom detallar sayəsində, o cümlədən kəsik kristal effektli LED matris faraları sayəsində işıq düşən kimi parıldayır. Hər detala bu gözəl yanaşmanı avtomobilin yan tərəflərinə də şamil etmək olar, burada xromlaşdırılmış ventilyasiya dəlikləri və Azure nişanları oyulmuş yan kandarları tamamlayır. Hətta yanacaq və yağdoldurma dəliyinin qapaqları kimi adətən nəzər cəlb etməyən detallar da parıldayan daş-qaş işləmələrə malikdir. Ola bilsin ki, bu avtomobilin görünüşünə ən çox təsir edən xüsusiyyət Azure modelinə xas olan üç işləmə seçimində mövcud olan 22 düymlük təkərlər dəstidir.

Yolunuzu işıqlandıraraq yerə fırlanan işıq şousu verən Mulliner tərəfindən itəyə bağlı Animasiyalı salamlama işıqlarını əlavə etməyi seçsəniz, qapının açılması özlüyündə bir hadisə ola bilər.

Salona daxil olan kimi işıqlandırılmış Azure kandarları sizi qarşılayır, hər birində “Handmade in Crewe, England” sözləri yazılmışdır. Daha sonra gözəl dekorativ işıqlandırma ilə işıqlandırılan salona daxil olacaqsınız. Siz avtomobildəki mühitə tam nəzarət etdiyinizi təmin edərək istənilən vaxt işığın rəngini və intensivliyini tənzimləyə bilərsiniz. Salonla bağlı hər şey avtomobildə səyahət edən insanların – həm sürücünün, həm də sərnişinlərin tələblərinə uyğunlaşdırılıb. Buna görə də nümayiş etdirilən sənətkarlıq nümunəsi istəyə uyğun Bentley Diamond İşıqlandırması ilə təkmilləşdirilə bilən əl işi olan haşiyələmədən tutmuş geniş çeşidlərdə istifadəyə verilə bilən hamar, geniş şponlara qədər diqqəti cəlb edir. Onlar parlaqlığı yüksək olan taxtalardan açıq məsaməli taxtaların daha minimalist işləməsinə və ya məsələn, Dark Tint Diamond-Brushed Aluminium kimi daha müasir işləmələrə kimi müxtəlifdir. Mulliner tərəfindən piano boyalı fanerlər silsiləsi, habelə Piano Black, Piano Linen, Cricket Ball, Imperial Blue, Gravity Grey və Burnt Oak mövcuddur.

Avtomobilin hər tərəfində döşəmədəki Dərin Xovlu üst Xalçalardan tutmuş qızdırılan, ikiçalarlı sükan çarxına və İdman Pedallarına qədər nəfəskəsici detallar var. Bentayga Azure hərəkətdə dəbdəbə deməkdir.

Bentley Baku Bentley Bentayga Azure SUV in profile in Topaz blue paint featuring 22 inch 10 spoke directional wheels against a white background

Performans

Avtomobilin sərnişinlərinin rahatlığına və əhvalını ruhiyyəsini artırmağa çox diqqət yetirilsə də, Bentayga Azure modeli Bentley-yə məxsusdur və bu, Bentley performansı deməkdir.

V8 mühərriki 0-100 km/saat sürəti cəmi 4,5 saniyəyə yığmaq gücünə və sürəti maksimal dərəcədə 290 km/saat-a qədər artırmaq gücünə malikdir.

Onun səlis gedişi, V8 modelləri üçün eksklüziv olan 48 voltluq elektron fırlanmaya nəzarət sistemi olan Bentley Dynamic Ride-ın daxil edilməsi ilə daha da təkmilləşdirilir. O, açıq yolda hərəkət edərkən asqının nahamarlıqları və vibrasiyaları udmasına imkan verir, eyni zamanda döngələrdə salonun səviyyəsi və sabitliyini qoruyur. Tam ötürücülü sükan sistemi – yenə yalnız V8 üçün eksklüzivdir – dar yerlərdə manevr etməyi asanlaşdırır, açıq yolda isə zolaqları dəyişdirərkən avtomobili sabitləşdirməyə kömək edir və içəridəki hər kəsin rahatlığına böyük töhfə verir.

Bentley Baku Bentley Bentayga Azure SUV in Topaz blue paint driving dynamically by the ocean with 22 inch 10 spoke directional wheels

Texnologiya

Salonun içərisində arxa ionizatorlar və zərərli PM2.5 hissəciklərini və digər çirkləndiriciləri filtrdən keçirən yeni, ağıllı havalandırma sistemi var. Əgər avtomobilin xaricində olan havanın keyfiyyəti salondakından aşağıdırsa, resirkulyasiya rejimi işə salınacaq. O, həmçinin tunnellərə yaxınlaşdığınız zaman onları avtomatik aşkarlaya bilər.

Avtomobil uyğun olan parklama yerlərini müəyyən edə və parklamada sizə kömək edə bilər. Əgər Bentayga-nız parklandığı zaman qapının açılmasında çətinliyin yaranacağı gözlənilirsə, siz avtomobili əvvəlcədən tərk edib manevri telefonunuzdan edə bilərsiniz.

Ekranınızda göstərilən 3D ətraf görüntü və yaxınlıqda olan mühiti skan edərək avtomobilin sensorlarından istifadə edən və hər hansı mümkün zərbə və ya cızıq barədə sizə xəbərdarlıq verə bilən Manevr Köməkçisi sayəsində əslində bir çox dar yerlərdə hərəkət asanlaşdırılıb.

İki ön oturacaq oturacaqların avtomatik iqlimi funksiyası ilə təchiz edilib ki, həmin funksiya dəri oturacaqların rütubəti və temperaturuna nəzarət edir və səfərlərinizdə rahatlığınızı təmin etmək üçün oturacaqlarda quraşdırılmış isitmə və ventilyasiya sistemini müvafiq olaraq tənzimləyir. Onlara həmçinin Qamətin tənzimlənməsi də daxildir - bu funksiya fərdi hava ciblərinə yolunuzu davam etdiyiniz zaman bir sıra mikrotənzimləmələr edir. Baxmayaraq ki, həmin mikrotənzimləmələr faktiki olaraq hiss edilmir, onlar qan axınını stimullaşdırır və bərkliyin qarşısını alır. İstəyə görə Dörd Oturacaq Spesifikasiyası və ya 4+1 Oturacaq Spesifikasiyasını əlavə etsəniz, bu xüsusiyyətlər arxa oturacaqlara da daxildir.

Siz həm də Bentley Signature Audio səs sistemini indi Bang & Olufsen for Bentley və ya Naim for Bentley sistemlərinə təkmilləşdirməyi seçə bilərsiniz. Bunu etsəniz və Tidal və ya Amazon Musiqi tətbiqlərindən də istifadə etsəniz, inanılmaz səs keyfiyyəti və aydın məkani hiss təklif edən Dolby Atmos səsini sınaya biləcəksiniz. Bəzi treklərdə bu o deməkdir ki, siz avtomobilin içərisində müxtəlif dinamiklərdən gələn fərdi alətlərin səslərini eşidə biləcəksiniz.

Sürücülər bir sıra sürücü dəstəyi texnologiyasını özündə birləşdirən və standart olaraq quraşdırılan Touring spesifikasiyasından yenə də faydalanır. Adaptiv Kruiz-kontrol və Zolaq istiqamətləndiricisi avtomobilin magistralda sürətini avtomatik tənzimləməyə və avtomobilinizi zolağın mərkəzində saxlamağa imkan verir. Adaptiv Kruiz-kontrol avtomobilə magistralı tərk etdiyiniz zaman sürət həddindəki dəyişikliklərə əsasən sürətlənərək və ya sürəti aşağı salaraq sürəti nəzarəti altında saxlamağa imkan verir. Yaşıl İşıq Proqnozlaşdırılması isə açıq rəqəmsal infrastrukturu ilə olan şəhərlərdə çalışaraq novbəti svetoforda işığın nə vaxt yaşıl olacağını və onun altından dayanmadan keçmək üçün hansı sürətlə hərəkət etməli olacağınızı bildirir.

Sevimli tətbiqlərinizi telefonunuzda deyil, birbaşa avtomobilin məlumat-əyləncə sistemində istifadə etmək istəyirsinizsə, indi yeni My Bentley App Studio sayəsində seçimi birbaşa avtomobilinizə endirə bilərsiniz. Məsələn, üçüncü tərəfin naviqasiya tətbiqindən istifadə etmək və ona avtomobilin yanacağı və hərəkət radiusu məlumatlarına tam giriş etmək icazəsi vermək istəyirsinizsə, bu faydalıdır.

*Apple CarPlay, Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.
**Android, Google LLC-nin əmtəə nişanıdır.

Bentley Baku Bentley Bentayga Azure SUV front interior console with MMI screen showing apps, surrounded by Imperial Blue and Portland hides, and Open Pore Koa veneer

Fərdiləşdirmə

Bütün Bentley Azure modellərinin inanılmaz spesifikasiyasına baxmayaraq, bu avtomobili seçmək yalnız başlanğıcdır. Xarici görünüş üçün geniş boya seçimlərindən birini seçə bilərsiniz. Tourmaline Green Satin və Tanzanite Purple Satin da daxil olmaqla bir sıra satin örtüklər təqdim edildi və siz həmçinin Mulliner Legacy boya palitrasında bu yaxınlarda yenidən təqdim edilmiş beş irsi rəngdən birini seçə bilərsiniz. Styling Spesifikasiyası parlaq karbon lifli kuzov dəsti əlavə edir, Blackline Spesifikasiyası cilalanmış xrom eksteryer detallarının əksəriyyətini qara rənglə əvəzləməklə avtomobilinizin estetik görünüşünü tamamilə dəyişir.

Mulliner Rəng Spesifikasiyasını seçsəniz, daxili hissədə kontrastlı tikişlər və vurğulamalar üçün daha on iki rəngi olan bütün dəri rəngləri arasından seçim edə bilərsiniz. Salonun yuxarı hissəsi üçün Dəri Spesifikasiyasını seçsəniz, damın üzərindən keçən dayaqlara və tavan örtüyünə əlavə dəri tətbiq olunur.

Əllə çarpaz tikiş və kontrastlı tikişi birlikdə seçmək imkanı ilə çoxsaylı tikiş və haşiyə seçimləri mövcuddur. Şponlardan söhbət getdikdə, parlaq və açıq məsaməli taxtalardan tutmuş texniki işləmələrə və Piano Black, Piano Linen, Cricket Ball, Imperial Blue, Gravity Grey və Burnt Oak daxil olmaqla Mulliner tərəfindən piano boyalı seçimlərə qədər çoxlu seçim imkanınız var.

Seçimləriniz haqqında ətraflı məlumat almaq üçün +99412 4048282 telefon nömrəsi ilə Bentley Baku şirkəti ilə bu gün bizimlə burada əlaqə saxlayın və ya test-drayv sorğusu göndərin.

Bentley Baku Bentley Bentayga Azure SUV rear interior in Portland and Imperial Blue hides and seat stitching featuring Azure seat emblem

Mühərrik və texniki spesifikasiyalar

Bentayga Azure güclü 4,0 litrlik V8 benzin mühərriki ilə təklif olunur.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Automatic Transmission
  • Güc
    550 PS / 542 bhp / 404 kw @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm / 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    EU 95 to 98 RON
Performans
  • Maksimal sürət
    180 mph / 290 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 4.4 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.5 secs
Ölçülər
  • Ban üslubu
    SUV
  • Ümumi uzunluq
    5125mm / 201.77in
  • Güzgülərlə birgə eni
    2222mm / 87.48in
  • Bükülmüş güzgülərlə eni
    2010mm / 79.13in
  • Hündürlük
    1728mm / 68.03in (normal with antenna), 1748mm (height 1 with antenna), 1763mm (height 2 with antenna)
  • Çarx bazası
    2995mm / 117.91in

MƏLUMAT SORĞULAYIN