YENI BENTAYGA EWB AZURE
Bentley Baku Bentley Bentayga EWB Azure SUV in Sequin Blue paint front 34 dynamic
Bentayga EWB Azure (V8) WLTP hərəkət dövrü: yanacaq sərfi, l/100km - Qarışıq 13.0. Qarışıq CO₂ Emissiyaları - 294 g/km.

YENI BENTAYGA EWB AZURE

Ümumi təsvir

Yeni Bentayga EWB Azure avtomobili Yeni Bentayga EWB modelinin dəbdəbəsindən yararlanır və onun daha da təkmilləşdirilmiş versiyasıdır. Arxa hissədə 180 mm əlavə ayaq yerini təmin edən genişləndirilmiş təkər bazası ilə o, gözəl Bentley sənətkarlığı və avtomobildəki hər kəsin təcrübəsini və əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş texnologiya ilə birgə avtomobilə əyləşənlərin rahatlığı üçün geniş yer təklif edir. Sizə sərtliyi hiss etmək imkanı verməyən mikro-tənzimləyici oturacaqlardan tutmuş havanın təmizlənməsi və audiofil səs sistemi opsiyalarına qədər imkanları olan bu avtomobil həm zahiri, həm də daxili rahatlıq bəxş edir. Hansı yerdə oturmağınızdan asılı olmayaraq, siz ağıllı texnologiya, təbii performans və zərif, əvəzolunmaz dizaynın heyrətamiz birləşməsindən həzz alacaqsınız.

Test-drayv təşkil etmək və ya Yeni Bentayga EWB Azure haqqında daha çox məlumat almaq üçün bu gün bizimlə əlaqə saxlayın.

Dizayn

Yeni Bentayga Azure avtomobilinin sizə tərəf baş aldığını görəndə, diqqətinizi çəkən ilk şey avtomobilin ön hissəsindəki zərif detallardır. Demək olar ki, hər şey həm əsas radiator barmaqlığı, həm də onlara uyğun gələn aşağı bamper barmaqlıqları da daxil olmaqla, cilalanmış xrom bitişlə işlənib. Eksklüziv 22 düymlük təkərlər üç müxtəlif işləmə seçimində mövcud olan heyrətamiz 10-milli dizaynla hər cür göz oxşayır. Azure nişanından tutmuş daş-qaşlı yağ və yanacaqdoldurma qapaqlarına qədər hər detalın diqqət çəkməsi heyrətamizdir.

Təkər bazasının uzunluğu 180 mm artırılsa da, avtomobilin ölçü nisbətləri mükəmməl olaraq qalmaqdadır. Əlavə yer salonun arxa hissəsində cəmlənib, ona görə də xaricdən siz arxa qapıya və dam xəttinə doğru hiss edilməyəcək dərəcədə zərif bir genişlənmə hiss edəcəksiniz. Bununla belə, içəri daxil olarkən salonun arxasında sərnişinlər üçün daha geniş ayaq yeri təklif edən daxili məkan diqqət cəlb edir.

İşıqlandırılmış Azure riflənmiş təbəqələri salona daxil olan kimi sizi qarşılayır. Yumşaq şəkildə bağlanan elektrikli arxa qapılar əlləri dolu olan hər kəsin salona giriş-çıxışını asanlaşdırır. Avtomobilin salonuna daxil olduqdan sonra siz Azure-u xüsusi edən məkan, işıq və dəbdəbəli funksiyaların birləşməsini hiss edəcəksiniz. Bentley Diamond İşıqlandırması işığın dəri bəzəkdən keçərək heyrətamiz effekt yaratmasına şərait yaradır. Ön paneldə Azure nişanını və oturacaqlarda Azure naxışını görmək olar. Genişlik hissini vurğulamaq üçün eksklüziv yeni haşiyələmə naxışı hazırlanmışdır. İkiçalarlı qızdırılan sükan çarxından tutmuş ayağınızın altındakı Dərin Xovlu Üst xalçalara qədər hər şey bütün sərnişinlərin rahatlığını və əhval-ruhiyyəsini artırmaq üçün bir araya gətirilib.

Performans

Yeni Bentayga EWB Azure-u idarə etmək inanılmaz dərəcədə asandır. 4,0 litrlik V8 benzin mühərriki Bentley-dən gözlədiyiniz rəvan, artan sürətlənməni təmin etmək üçün kifayət qədər güc - 550 a.g və 770 Nm fırlanma anı yaradır. O, 0-100 km/saat sürəti 4,6 saniyəyə yığa bilir ki, bu göstərici bu ölçüdə bir avtomobil üçün inanılmaz performans hesab olunur.

Onu həqiqətən fərqləndirən məqam idarəetmə vəziyyətindən asılı olmayaraq, sürüşün zərifliyidir. Öz növbəsində bunun əsas səbəbi Bentley Dynamic Ride sistemi - elektriklə işləyən fırlanmaya nəzarət sistemi, sürətlə döngəyə dönərkən salonun sola və ya sağa yuvarlanmasının qarşısını alsa da, normal idarəetmə zamanı sürüşün ahəstəliyinə xələl gətirmir. Bundan başqa, standart şəkildə daxil edilmiş Tam Ötürücülü İdarəetmə ilə siz hətta sıx şəhər küçələrində belə onu rahatlıqla manevr edə bilərsiniz.

Texnologiya

Bentley Airline Oturacaq Spesifikasiyası arxa oturacaqların rahatlığı üçün həqiqətən unikal funksiyalar toplusunu təqdim edir. Ayaq dayağı avtomatik olaraq ön oturacaqdan açılmaqla oturacaqlar geriyə əyilir. Ön sərnişin oturacağı isə boş olduğu halda qabağa qatlana bilər ki, bu da onun arxasında əyləşən şəxsə rahatlıq üçün daha çox yer verir. Lakin əlavə yer yalnız başlanğıcdır. Arxa oturacaqların hər ikisi Seat Auto Climate funksiyası ilə təchiz edilmişdir – bu, oturacaq səthlərinin əvvəlcədən təyin edilmiş temperatur və rütubət səviyyəsini saxlamağa, lazım gəldikdə soyudulmasına və ya isidilməsinə imkan verən sensorlara malik dünyada ilk texnologiyadır. Dünya üzrə daha bir yenilik isə Bentley-nin unikal Duruş Tənzimləmə funksiyasının üç saata qədər ardıcıllıqla cüzi tənzimləmələr etmək üçün oturacaq səthinin altındakı hava yastıqlarından istifadə etməsidir. Bu, əzələləri və qan axınını stimullaşdırır, uzun səfərlərdə yarana biləcək yorğunluğu və hərəkətsizliyi azaldır.

Qabaqda əyləşən sürücü və sərnişin Bentley-nin isitmə, ventilyasiya və masaj funksiyalarını əlavə edən Ön Oturacaqların Rahatlığı Spesifikasiyasından, o cümlədən, rahat başaltılar və 20 istiqamətli elektrik oturacaq tənzimlənməsindən faydalanır. Bütün bunlar səyahətiniz boyunca havanı təmizləmək üçün dekorativ işıqlandırma və hava ionlaşdırıcıları da daxil olmaqla, əhval-ruhiyyəni maksimal dərəcədə artırmaq üçün nəzərdə tutulmuş texnologiya komplektinin bir hissəsidir.

Söhbət məlumat və əyləncə sistemindən gedirsə, siz misilsiz səs keyfiyyəti təklif edən Naim for Bentley səs sisteminə keçə bilərsiniz. Bundan əlavə, Bentley-nin əlavə Arxa Məlumat və Əyləncə sistemi də var ki, bu da arxada əyləşmiş sərnişinlərə ön oturacaqların arxasına quraşdırılmış 10,1 düymlük ekranlara öz smartfonlarından kontenti birbaşa təqdim etmək imkanı verir. Onlar təqdim olunan qulaqlıqlar, öz avadanlıqları və ya hətta audio sisteminin dinamikləri vasitəsilə audioya qulaq asa bilərlər.

Sürücü üçün Touring (Səyahət) Spesifikasiyası uzun səfərləri həmişəkindən daha rahat edir. Bu, siz avtomobili magistral yolda sürərkən, hətta hərəkət yavaşlasa və ya dayansa belə, ayaqlarınızı pedallardan çəkə bilməyiniz, habelə magistral yolda hər hansı sürüşməni düzəltmək məqsədilə yol nişanlarını aşkarlamaq üçün adaptiv kruiz-kontrolu əhatə edir. Ön şüşədəki displey sizə vacib məlumatları göstərir, gecəgörmə kamerası isə yol işıqlandırılmış olmadıqda sizə lazım olan yardımı göstərir.

Apple CarPlay* və Android Auto** dəstəyi ilə yanaşı, My Bentley ilə əlaqəli xidmətlərə avtomobilinizə uzaqdan qoşulmaq üçün daxildə quraşdırılmış Wi-Fi giriş nöqtəsi və My Bentley tətbiqi daxildir. O, məsələn, avtomobili park etdiyiniz yeri tapmağa kömək edə bilər və hətta razılığınız olmadan avtomobilinizin yeri dəyişdirilərsə, sizi xəbərdar edə bilər.

Apple CarPlay, Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.
**Android, Google LLC-nin əmtəə nişanıdır.

Fərdiləşdirmə

Azure adını daşıyan istənilən Bentley geniş standart spesifikasiya ilə təqdim olunur. Lakin etmək istədiyiniz əlavələr və ya fərdi seçimlər hər zaman olacaq. Bu, eksteryerin rəngindən başlayır. Standart olaraq seçim etmək üçün 16 rəng mövcuddur, lakin əgər siz həm də Bentley-nin geniş çeşid imkanlarını, o cümlədən premium işləmələrin Mulliner silsiləsini nəzərə alsanız, seçiminiz təxminən 60 rəngə qədər yüksələcək.

Standart 22 düymlük heyrətamiz təkərlərlə yanaşı, eyni ölçüdə 5-milli dizayn və 21 düymlük seçimin də olduğu alternativlər mövcuddur. Salonun içərisində siz birrəngli sxemlər və ikiçalarlı seçimlər daxil olmaqla, dəri üzlük üçün Bentley-nin tam rəng çeşidlərindən seçim edə bilərsiniz. Əlavə dərinlik və dəqiqlik üçün kontrastlı tikişlər, zolaqlar və hətta əllə işlənmiş çarpaz tikişlər də tətbiq oluna bilər.

Siz indi daha az lakın istifadə olunduğu müasir açıq məsaməli taxta işləmələrini ehtiva edən Bentley-nin tam çeşidli şponlardan birini seçə bilərsiniz. Bundan başqa, daha ənənəvi olan yüksək parıltılı taxtalar var, onları metaldan olan xarici layların əlavə edilməsi ilə daha da bəzəyə bilərsiniz. Sonda isə Carbon Fibre, Piano Linen by Mulliner və ya Dark Tint Diamond Brushed Aluminium (tünd çalarlı almazla boyanmış alüminium) kimi daha çox texniki seçimlər var.

Yeni Bentayga EWB Azure modeli ilə bağlı seçimlər haqqında ətraflı öyrənmək üçün bizimlə bu gün əlaqə saxlayın.

First Edition

Yeni Bentayga EWB Azure-un buraxılışını qeyd etmək üçün heyrətamiz First Edition mövcuddur. Eksteryer First Edition nişanı və fanerli ön paneldə First Edition nişanı, oturacaqlarda First Edition naxışı və unikal First Edition kontrast tikişi kimi interyer detallar da daxil olmaqla, diqqəti cəlb edən detallar paketini təqdim edir. First Edition həmçinin LED Qarşılama İşıqları, Bentley İşıqlandırılmış Naxış Spesifikasiyası və Naim for Bentley kimi premium funksiyaları ehtiva edir. Ətraflı öyrənmək üçün bizə zəng edin.

Mühərrik və texniki spesifikasiyalar


Yeni Bentayga EWB Azure avtomobili iki turbini, 4,0 litrlik V8 benzin mühərriki texnologiyası ilə təchiz edilib.

Qalereya

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Automatic Transmission
  • Güc
    550 PS / 542 bhp / 404 kw @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm / 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    EU 95 to 98 RON
Performans
  • Maksimal sürət
    180 mph / 290 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 4.5 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.6 secs
Ölçülər
  • Ban üslubu
    SUV
  • Ümumi uzunluq
    5305mm / 208.9in
  • Güzgülərlə birgə eni
    2222mm / 87.48in
  • Bükülmüş güzgülərlə eni
    2010mm / 79.13in
  • Hündürlük
    1739mm / 68.46in (normal with antenna), 1759mm (height 1 with antenna), 1774mm (height 2 with antenna)
  • Çarx bazası
    3175mm / 125in
Yanacaq sərfi
  • NEDC Hərəkət Dövrü:
  • Şəhər
    16.5 l/100 km
  • Şəhərdən kənar
    9.3 l/100 km
  • Qarışıq
    12.0 l/100 km
  • CO2 tullantıları (qarışıq)
    272 g/km
  • Qət Edilən Məsafe
    708 km
  • Sərf dərəcəsi
    C
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    20.9 l/100 km
  • Orta
    13.2 l/100 km
  • Yüksək
    10.9 l/100 km
  • Cox Yüksək
    11.8 l/100 km
  • Qarışıq
    13.0 l/100 km
  • Qarışıq CO2
    294 g/km
  • Qət Edilən Məsafe
    654 km
  • Sərf dərəcəsi
    E

MƏLUMAT SORĞULAYIN

*Mütləq sahə

Lütfən, məlumatınızı aşağıda daxil edin və biz sorğunuza dair kömək etmək üçün sizə bir azdan zəng edəcəyik. 

MARKETİNQ SEÇİMLƏRİ
Bentley xəbərlərini, məhsul və xidmət barədə məlumatı qəbul etməyə davam etmək üçün əlaqə üstünlüklərinizi aşağıda təqdim edin. Bentley-dən məlumatlara daxildir: eksklüziv Bentley xəbərləri, məhsulla bağlı məlumat, brend xəbərləri, müstəsna tədbirlərə dəvətlər, Bentley sahibliyinə dair xəbərlər və bizə Bentley-nin gələcəyini qurmağa kömək edəcək bazar araşdırmaları.

Mən Bentley-dən marketinq bildirişlərini almağa istərdim: