BENTAYGA S
Ümumi təsvir
Bentayga S avtomobili Bentayga-nın gücünü və imkanlarından ilham alır və daha avanqard, idman tərzli performans və üslub əlavə edir. Böyük 22 düymlük təkərlər və dəqiqlik əlavə etmək üçün qara dizayn detalları ilə bu, diqqətdən kənarda qalmayan bir avtomobildir. Eyni zamanda avtomobilin iki turbinli 4,0 litrlik V8 mühərriki idman üslubunda olan çıxış borusu və Bentley-in Təkmil İdman Rejimi ilə birləşərək onu daha da canlandırır. Ən müasir rəqəmsal texnologiya ilə təchiz edilmiş bu avtomobil təkcə dəqiq dizayn strukturu ilə kifayətlənmir. Bir sözlə, avtomobil göründüyü qədər həyəcanvericidir.
Bentayga S haqqında daha çox məlumat almaq və test-drayv təşkil etmək üçün bu gün bizimlə əlaqə saxlayın.
Dizayn
Bu, lap əvvəldən fərqlilik yaratmaq üçün hazırlanmış krossoverdir. Standart Bentayga-da təqdim olunan zərif xrom detalların əvəzinə, o, eksteryerin parlaq xrom bəzəklərinin əksəriyyətini qara rəngə çevirən Bentley-in xarici detallar paketi olan Blackline Spesifikasiyasını təqdim edir. S modelinə xas olan qapı güzgüləri, yan qapı kandarları, ön və arxa bamperlərin detalları da qara rəngə boyanıb, tünd çalarlı faralar və arxa faralar görünüşü tamamlayır.
Uzun yollarda rahatlığı təmin etmək üçün avtomobil cazibədar çəpinə dizaynlı böyük, unikal 22 düymlük təkərlərlə təchiz olunub. Seçdiyiniz üç işləmə variantında onların hamısı standart olaraq quraşdırılmış qırmızı rəngə boyanmış əyləc tutqacları ilə inanılmaz görünür.
Salonun daxilində dalğalı dəri oturacaqlar S modelinə xas olan rəng bölgüsünün bir hissəsi kimi daxil edilən "Bentayga S" naxışı və Alcantara detalları ilə birlikdə idman tərzini davam etdirir. İdman tərzi əlavə etmək üçün hətta alətlər panelinin qrafikası da yenidən işlənilib hazırlanıb.
Performans
Bentayga S avtomobili Bentley S modelindən gözlədiyiniz bütün gücü təmsil edən avtomobildir. Onun iki turbinli, 4,0 litrlik V8 mühərriki 542 a.g və 770 Nm fırlanma anı ilə təqdim olunur. Praktiki baxımdan bu, 0-100 km/saat sürətlənməni cəmi 4,5 saniyəyə almaq və sürəti 290 km/saata çatdırmaq deməkdir. Bu, əksər idman avtomobili sürücülərinin həsəddən yaşıllaşdması üçün kifayətdir.
Seçim etməyiniz üçün dörd sürücülük rejimi var və onların içərisində Komfort rejimi ən rahat, zərif sürüşü təklif edir. Təkmil İdman Rejimi gücü və həssaslığı öz həddinə çatdırır. O, hətta ayağınızı pedala qoyduğunuz zaman V8 mühərrikinə öz varlığını hiss etdirməyə imkan verən İdman üslubunda olan çıxış borusundan maksimal dərəcədə yararlanır. Bentley rejimi avtomobili gündəlik sürmək üçün əla olan iki seçim arasında tarazlıq təklif edir, Fərdi rejimi isə avtomobilin parametrlərini fərdi seçimlərinizə uyğun konfiqurasiya etməyə imkan verir.
Mühərrik tənzimlənən işləmə həcmi də daxil olmaqla, mümkün qədər səmərəli iş rejimini təmin etmək üçün bir sıra qabaqcıl xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, məsələn, park edərkən və ya tıxaclı şəhər küçələrində sürərkən mühərrikin tam gücü tələb olunmadıqda avtomobilin səkkiz silindrindən dördü müvəqqəti olaraq sönür. Bununla belə, əmin olun ki, siz sürəti artırdığınız anda onlar Bentayga S modelinin tam gücünü təmin etmək üçün avtomatik olaraq yenidən işə düşürlər.
Döngələrdəki stabillik digər vaxtlarda avtomobilin idarəolunması keyfiyyətini azaltmadan, döngələrdə salonun tarazlıq vəziyyətini saxlayan innovativ elektron fırlanmaya nəzarət sistemi olan Bentley Dynamic Ride-ın əlavə edilməsi ilə kəskin şəkildə artırılır.
Texnologiya
Bentayga S modeli avtomobilinizdə rəqəmsal həyatınızı davam etdirə bilmənizi təmin etmək üçün zəngin texnologiyaya malikdir. Buraya sizə telefonunuzu asanlıqla inteqrasiya etmək imkanı verən həm naqilli, həm də naqilsiz Apple CarPlay* və Android Auto** daxildir. Onu dəstəkləyən telefonlar üçün daxili Wi-Fi giriş nöqtəsi və naqilsiz telefon adapteri var – digərləri üçün isə iki USB-C portu var.
Arxa tərəfdə naqilsiz Sensor Ekran Pultu arxa oturacaq sərnişinlərinə kondisionerdən tutmuş musiqi sisteminə qədər bütün növ parametrləri və idarəetmələri tənzimləməyə imkan verir.
Apple CarPlay, Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.
**Android, Google LLC-nin əmtəə nişanıdır.
Fərdiləşdirmə
Standart Bentayga S avtomobilinin göz oxşayan üslubuna baxmayaraq, siz üslub seçimləri, əlavə funksiyalar və texnoloji paketlər də daxil olmaqla geniş seçimlər silsiləsi arasından seçim edə bilərsiniz.
Seçim etmək üçün yeddi standart xarici rəng var - genişləndirilmiş silsilədəki əlavə seçimləri və Mulliner boyalarını nəzərdən keçirdiyiniz zaman bu rəqəm 60-a qədər böyüyür. Salonun daxilində dəri üzlük üçün çoxlu rənglər arasından seçim edə bilərsiniz. Siz tikişlər, zolaqlar və bəzəklər əlavə edə bilərsiniz. Bütün salonda nümayiş olunan faner səthlərə gəldikdə, siz açıq məsaməli taxtalar, yüksək parlaqlı taxtalar və yeni tünd çalarlı almazla boyanmış alüminium və Piano Linen by Mulliner kimi texniki işləmələr silsiləsindən seçim edə bilərsiniz.
İstəyə bağlı Ön Oturacağın Rahatlığı Spesifikasiyası qanadlı başaltılar, havalandırma, masaj funksiyaları və oturacaq yastıqları və söykənəcəklər üçün əlavə tənzimləmələr əlavə edir. Arxa oturacaqlarda əyləşən sərnişinlər üçün siz sərnişinlərə öz mobil cihazlarından kontenti izləmək imkanı verən ön oturacaqların arxasına quraşdırılmış iki 10,1 düymlük sensor ekranı özündə birləşdirən Bentley Rear Entertainment (Arxa Əyləncə) sistemini əlavə edə bilərsiniz. Səs təchiz edilmiş qulaqlıqlar və ya sərnişinlərin öz qulaqlıqları vasitəsilə, yaxud alternativ olaraq avtomobilin səs sisteminin dinamikləri vasitəsilə oxudula bilər.
Seçim etməyiniz üçün bir sıra sürücüyə yardım paketləri də var. Touring Spesifikasiyası uzun şosselərdə avtomobilin idarə olunmasını daha da asanlaşdırmaq üçün Adaptiv Kruiz-Kontrol, habelə ön şüşə displeyi, gecəgörmə kamerası və yol nişanlarının aşkarlanması kimi funksiyaları əhatə edir. All-Terrain Spesifikasiyası aşağı dartı qabiliyyətinə malik səthlərdə idarəetməni əhatə etmək üçün artıq təklif olunan dörd rejimə daha dörd sürücülük rejimi əlavə edir. O, həmçinin əlavə döşəmə altının mühafizəsini əhatə edir – bu, kələ-kötür yerlərdə sürərkən çox vacibdir.
Seçim imkanlarınız haqqında ətraflı öyrənmək üçün bizimlə bu gün əlaqə saxlayın.
Mühərrik və texniki spesifikasiyalar
Bentayga S avtomobili heyrətamiz şəkildə sürəti artırmaq üçün iki turbin, 4,0 litrlik V8 benzin mühərriki texnologiyası ilə təchiz edilib.

Qalereya
Bentayga S (V8) WLTP hərəkət dövrü: yanacaq sərfi, l/100km - Qarışıq 13.0. Qarışıq CO₂ Emissiyaları - 294 g/km.
Texniki xüsusiyyət
Mühərrik
- Mühərrik4.0 litre twin-turbocharged V8
- Transmissiya8-speed Automatic Transmission
- Güc550 PS / 542 bhp / 404 kw @ 6000 rpm
- Fırlanma anı770 Nm / 568 lb.ft @ 2000-4500 rpm
- Tullantı səviyyəsiEU 6
- YanacaqEU 95 to 98 RON
Performans
- Maksimal sürət180 mph / 290 km/h
- Sürətlənmə mil/s0 - 60 mph 4.4 secs
- Sürətlənmə km/s0 - 100 km/h 4.5 secs
Ölçülər
- Ban üslubuSUV
- Ümumi uzunluq5144mm / 202.52in
- Güzgülərlə birgə eni2222mm / 87.48in
- Bükülmüş güzgülərlə eni2010mm / 79.13in
- Hündürlük1728mm / 68.03in (normal with antenna), 1748mm (height 1 with antenna), 1763mm (height 2 with antenna)
- Çarx bazası2995mm / 117.91in
Yanacaq sərfi
- NEDC Hərəkət Dövrü:
- Şəhər16.5 l/100 km
- Şəhərdən kənar9.3 l/100 km
- Qarışıq12.0 l/100 km
- CO2 tullantıları (qarışıq)272 g/km
- Qət Edilən Məsafe708 km
- Sərf dərəcəsiE
- WLTP Hərəkət Dövrü:
- Aşağı20.9 l/100 km
- Orta13.2 l/100 km
- Yüksək10.9 l/100 km
- Cox Yüksək11.8 l/100 km
- Qarışıq13.0 l/100 km
- Qarışıq CO2294 g/km
- Qət Edilən Məsafe654 km
- Sərf dərəcəsiE