YENİ FLYING SPUR
Ümumi təsvir
Yeni Flying Spur Bentley-nin üstün sərnişin təcrübəsini həyəcanverici performans və güclə birləşdirən dəbdəbəli sedan vizyonunun tipik ifadəsidir.
Avtomobil V8 turbo mühərriki və güclü elektrik mühərrikinin qabaqcıl kombinasiyası olan Bentley-nin High Performance Hybrid aqreqatı ilə təchiz olunub. Nəticədə Bentley-dən gözlənilən rahat və yüksək sürətlənmə, o cümlədən daha az emissiya və sırf elektrik enerjisi hesabına qısa məsafələri qət etmək imkanı ortaya çıxıb.
Bentley-nin öz ənənəsinə sadiq qalaraq detallara diqqət etdiyini bu modeli digərlərindən ayıran qara matris torundan zəngin işlənmiş interyerə qədər baxdığınız hər yerdən bariz şəkildə görə bilərsiniz.
Flying Spur seriyanın flaqman modeli olmaqla, artırılmış rifah və rahatlıq üçün ideal seçim olan Flying Spur Azure, zəngin idman üslubu və fenomenal performansı ilə seçilən Flying Spur Speed, o cümlədən ideal performans və dəbdəbəni özündə birləşdirən, sözün əsl mənasında, heyrətamiz Flying Spur Mulliner ilə yanaşı dayanır.
Yeni Flying Spur Buraxılışı haqqında ətraflı məlumat almaq və test-drayv keçirmək üçün elə bu gün +99412 4048282 nömrəsinə zəng edərək Bentley Baku ilə əlaqə saxlayın.
Dizayn
Yeni Flying Spur modelinə bir dəfə baxdıqda dördqapılı sedanın necə gözəl ola biləcəyini görürsünüz. Onun zərif axıcı xətləri parlaq xrom eksteryer detalları ilə güclənir və tutqun qara matris toru xrom çərçivə ilə tamamlanaraq onu xüsusilə model kimi fərqləndirir. On ədəd qoşa mildən ibarət böyük 21 düymlük təkərlər standart olaraq təchiz olunsa da, istəyə görə onları daha böyük 22 düymlük onmilli təkərlərlə əvəz etmək mümkündür.
Oturacaqlar əllə işlənmiş oyuqlu Nappa dərisi ilə örtülüb və beş dəri rəngi arasından seçim etmək şansınız var. Təzad yaratmaq üçün tavanın astarında və baş dayağı yastıqlarında zamşayabənzər Dinamica materialından istifadə olunub. Bütün bunlar dəri parça ilə eyni rəngdədir. Hətta təhlükəsizlik kəmərlərinin rəngi də uyğun seçilib.
Kabinin vinirli səthləri standart olaraq həddən artıq parlaq Crown Cut Walnut vinirləri ilə təchiz olunub, ancaq çox sayda əlavə alternativ mövcuddur. Metal detallar standart olaraq parlaq və satin xromun düzgün qarışığı ilə işlənib, ancaq, bir daha, bunu dəyişmək imkanı mövcuddur. Bunun üçün zərif Tünd Xrom İnteryer Spesifikasiyasını seçmək lazımdır.
Flying Spur modeli ilə bağlı fərdiləşdirmə seçimləri haqqında ətraflı öyrənmək üçün bu gün +99412 4048282 nömrəsini yığaraq Bentley Baku ilə əlaqə saxlayın.

Performans
Yeni Flying Spur 4 litr həcmə malik V8 turbo mühərrikini qabaqcıl elektrik mühərriki ilə birləşdirən Bentley-nin High Performance Hybrid aqreqatı ilə təchiz olunub. Hər iki mühərrik işə düşdükdə avtomobil 3,9 saniyəyə 0-100 km/saat sürət yığaraq maksimum 270 km/saat sürətlə sizi lazımi ünvana çatdıra bilər. Avtomobili həmçinin sırf elektrik rejimində sürmək mümkündür və bu zaman 80 km-ə qədər məsafəni emissiyasız qət edə bilərsiniz.
Adaptiv dörd təkərə intiqalla yanaşı, Flying Spur dar yollard bu cür geniş avtomobili manevr etməyi təəccübləndirəcək şəkildə asanlaşdıran tam ötürücülü sükan idarəetməsi ilə təchiz olunub. Daha yüksək sürətlə hərəkət etdikdə bu funksiya zolaq dəyişimini həmçinin avtomobilin içərisindəki hər kəs üçün daha rahat təcrübəyə çevirir. Döngələrdə avtomobilin sabitliyini qoruyub saxlayaraq nəzarət və soyuqqanlılıq hissini artıran Bentley Dynamic Ride 48 voltluq fırlanmaya nəzarət sistemi də daxil edilmişdir. Yeni ikiklapanlı amortizatorlar isə sürüş rejimlərini bir-birindən kəskin fərqləndirərək Komfort rejimi daha rahat və İdman rejimini daha həyəcanverici edir.

Texnologiya
Flying Spur qabaqcıl texnologiyası sayəsində idarəetməni heç vaxt olmadığı qədər asan və daha zövqverici hala gətirir. Paketə kruiz-kontrol və zolaq bələdçisindən parkinq köməkçisi və toqquşmadan xəbərdarlıq sisteminə qədər bir sıra qabaqcıl sürücüyə yardım sistemləri daxildir.
Sərnişinlər isə çox sayda faydalı funksiyadan faydalana bilərlər. Bütün oturacaqlar isitmə, ventilyasiya və masaj funksiyaları ilə təchiz olunmaqla, ön oturacaqlarda 24-istiqamətli və arxa oturacaqlarda 14-istiqamətli elektrikli tənzimləmə mövcuddur. Kənar və arxa pəncərələrdə təchiz olunmuş ştorlar da elektriklə tənzimlənir. Sensor ekranı pultu mərkəzi konsolun arxasında yerləşən simsiz planşet olmaqla arxa oturacaqda əyləşən sərnişinlərə oturacaqların masaj funksiyasından səs sistemi və ştorların nəzarət mexanizmlərinə qədər bir çox elektrikli funksiyaya çıxış imkanı verir.
İntellektual yeni kondisioner sistemi PM2.5 hissəciklərini filtrləyir və çöldə çirklənmə səviyyələrinin yüksək olduğunu aşkarladığı halda havanın içəriyə çəkilməsini dayandırır və əvəzində, içəridəki havanı dövr etdirir. O, həmçinin tunelə yaxınlaşdığınızı aşkarlayaraq qabaqcadan təkrar dövran rejiminə keçə bilər.
Həmçinin, Apple CarPlay® və Android™ Auto-nun həm naqilli, həm də naqilsiz versiyaları, eləcə də sərnişinlərə internet çıxışı verən Wi-Fi qovşağı mövcuddur. Yeni My Bentley Tətbiqi Studiyası isə sizə Bentley komandası tərəfindən müəyyən edilmiç çeşiddən tətbiqləri birbaşa avtomobilə endirmək imkanı verir.

Fərdiləşdirmə
Eksteryer işləməsindən başlayaraq yeddi standart rəng seçimi mövcuddur, ancaq genişləndirilmiş çeşid və Mulliner çeşidi ilə birlikdə bu rəqəm 80-i keçir. Avtomobilə standart olaraq quraşdırılan 21 düymlük təkərlərlə yanaşı, əksəriyyəti Mulliner-in özünütənzimləyən təkər nişanları ilə uyğunlaşa bilən 22 düymlük təkər çeşidindən seçim edə bilərsiniz.
Kabinin içərisində Nappa dərisi və Dinamica döşəmə materialı beş standart rəngdən seçdiyiniz birində təchiz oluna bilər, ancaq əlavə Rəng Spesifikasiyasını əldə etsəniz, digər 10 rəng arasından da seçim edə bilərsiniz. Buraya həmçinin əlavə zəriflik qatmaq üçün iki fərqli ikiçalarlı dizayn arasından seçim etmək imkanı daxildir.
Vinirli səthlər üçün standart işləmə kimi Crown Cut Walnut nəzərdə tutulub, ancaq həddən artıq parlaq odun, açıq məsaməli odun, “piano” vinirləri və Carbon Fibre və ya Engine-Turned Aluminium kimi texniki işləmələr daxil olmaqla bir sıra əlavə alternativ də mövcuddur.
Bir sıra spesifikasiyalara – tamamlayıcı əlavə funksiyalar paketinə yeni Qara Dizayn Spesifikasiyası daxildir. O, həm interyer, həm də eksteryerə tünd rəngli detallar, həmçinin seçdiyiniz rəngdə kontrastlı əyləc kaliperləri olan 22 düymlük qara rəngə boyanmış təkər və Mulliner tərəfindən Avtomatik Tənzimlənən Təkər Nişanları əlavə edir. O, həmçinin digər təkmilləşdirmələrlə yanaşı, sükan çarxına, sürət qutusu səviyyısinə, oturacaq tikişlərinə və haşiyələrinə texniki xarici təbəqə və kontrast rəng əlavə edir.
Daha geniş spesifikasiya və fərdiləşdirmə imkanları üçün Flying Spur Azure, Flying Spur Speed və ya son dərəcə sedan dəbdəbəsi və performansı üçün Flying Spur Mulliner modelini nəzərdə keçirə bilərsiniz.
Həmçinin, Bentley-in şəxsi istismara vermə bölməsi olan Mulliner-i avtomobilinizə həqiqətən fərdi funksiyalar əlavə etməyə cəlb etmək barədə bizimlə danışa bilərsiniz.
Flaqman Flying Spur modelinin mövcud seçimlərinin tam çeşidi və ya dörd model arasındakı fərqlər barədə daha çox öyrənmək üçün +99412 4048282 nömrəsini yığaraq Bentley Baku ilə əlaqə saxlayın.

Mühərrik və texniki spesifikasiyalar
Flying Spur güclü elektrik mühərrikini V8 benzin mühərriki ilə birləşdirən High Performance Hybrid aqreqatı ilə təchiz olunub.

Texniki xüsusiyyət
Mühərrik
- Mühərrik4.0 V8 TFSi engine combined with 140kW electric motor
- Transmissiya8-speed Automatic Transmission
- Güc (kombinə edilmiş)680 PS / 671 bhp / 500 kw
- Güc (Petrol)519 PS / 512 bhp / 382 kw @ 6250 rpm
- Güc (e-Drive)190 PS / 188 bhp / 140 kw
- Fırlanma anı (kombinə edilmiş)930 Nm / 686 lb.ft
- Fırlanma anı (Petrol)770 Nm / 568 lb.ft @ 2300-4500 rpm
- Fırlanma anı (e-Drive)450 Nm / 332 lb.ft
- Batareya Gücü25.9 kWh
- YanacaqBenzin və Elektrik
Performans
- *Maksimal Sürət (Kombinə edilmiş)168 mph / 270 km/h
- *Maksimal Sürət (Yalnız Elektrik)87 mph / 140 km/h
- *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət.
- Sürətlənmə mil/s0 - 60 mph 3.8 secs
- Sürətlənmə km/s0 - 100 km/h 3.9 secs
Ölçülər
- Ban üslubuSaloon
- Ümumi uzunluq5316mm / 209.29in
- Güzgülərlə birgə eni2187mm / 86.1in
- Hündürlük1474mm / 58.03in
- Çarx bazası3194mm / 125.75in