4+ Ödənişli Xidmət Menyusu

Möhtəşəm avtomobiliniz varsa, ona möhtəşəm qulluq lazımdır. Buna görə də, xüsusilə 4 ildən çox istifadə olunan avtomobillər üçün uyğun olan qulluq sonrası xidmət yaratmışıq.

4+ Ödənişli Xidmət Menyusu

Bentley Baku dilerində yüksək təlim keçmiş texniklərimiz avtomobilinizə qarşı sizin qədər ehtiyatlıdır. Ən son sex avadanlıqları və texnologiyasından istifadə edən texniklərimizin gözündən heç nə qaçmır. Biz hesab edirik ki, texnik yalnız istifadə etdiyi hissələr qədər peşəkardır, buna görə də bütün xidmət və təmir işləri üçün Bentley hissələri istifadə etməyinizi təkid edirik. Ən yüksək keyfiyyət standartlarından keçmiş bu hissələr Bentley avtomobilinizin qüsursuz performansı və vəziyyətinin olduğu kimi qalmasını təmin edir.

4+ Ödənişli Xidmət Menyusu proqnozlaşdırılan qiymət ilə yüksək keyfiyyətli texniki qulluq təklif edir. 4 ildən çox istifadə olunan Continental və Bentayga modelləri üçün nəzərdə tutulub, avtomobilinizin heç bir sürpriz olmadan mükəmməl vəziyyətdə qalmasını təmin edəcəyik.

Bentley Kiçik və Əsaslı Xidmətlərinin hər ikisi sabit qiymət ilə təyin edilib, onlar avtomobilinizin heç bir sürpriz olmadan mükəmməl vəziyyətdə qalmasını təmin etməyin sərfəli və etibarlı yollarıdır. Hər 12 aydan və ya 16000 km-dən bir icra olunur.

Continental W12
Kiçik Xidmət - €580
Əsaslı Xidmət - €1,326

Continental V8
Kiçik Xidmət - €550
Əsaslı Xidmət - €1,116

Bentayga W12
Kiçik Xidmət - €770
Əsaslı Xidmət - €1,395

Bentayga V8
Kiçik Xidmət - €770
Əsaslı Xidmət - €965

 

Daxil olanlara baxmaq üçün Xidmət Cədvəlini endirin.

Ətraflı məlumat və növbəti Xidmət tarixinizi qeyd etdirmək üçün +99412 4048282 ilə bizə zəng edin.

*Bütün ehtiyat hissələri, xidmət və ƏDV daxildir. Təklif edilən hər bir xidmət üçün tam məzmun yuxarıdakı endirmə keçidində “Xidmət Məzmunu” sənədində mövcuddur. Bentley Ödənişli Xidmət Menyusu iştirakçı Bentley Dilerləri/Səlahiyyətli xidmət mərkəzlərində mövcuddur və qeydiyyatdan tarixindən 48 ay və daha çox müddət keçmiş Continental GT, GT Convertible, Continental Flying Spur və Bentayga modellərinə şamil olunur. İstənilən əlavə işlər ödənilməlidir – bu xərclər yalnız yuxarıdakı endirmə keçidində qeyd edilmiş həmin elementlər üçündür. Bentley Xidmət Kitabçasına əsasən standart Bentley xidmət cədvəli həmçinin mövcuddur və məlumat lokal səlahiyyətli Bentley Dilerinizi/Səlahiyyətli Xidmət Mərkəziniz tərəfindən sorğuya əsasən təqdim edilə bilər.