CONTINENTAL GTC S
Continental GTC S (V8) WLTP hərəkət dövrü: yanacaq sərfi, l/100km - Qarışıq 12.5. Qarışıq CO₂ Emissiyaları - 284 g/km.

CONTINENTAL GTC S

Ümumi təsvir

Continental GTC S modeli Bentley-nin ikonik kabriolet qrand-tureri olan Continental GTC-nin heyrətamiz təsviridir. Eyni zərif kuzov formasını nümayiş etdirərək, eksklüziv “S” təkərləri və interyer üslubu ilə yanaşı, o, avtomobili daha da fərqləndirən bir sıra qara eksteryer detallarına malikdir. İkiturbinli 4,0 litrlik V8 benzin mühərriki ilə təchiz edilmiş avtomobil xüsusilə onun təkmilləşdirilmiş İdman Rejimini aktivləşdirdiyiniz zaman sizə valehedeci idarəetmə təcrübəsi bəxş edir. Bu, avtomobili damı açıq vəziyyətdə sürmənin elementar həyəcanını yaşamaq üçün nəzərdə tutulmuş avtomobildir. Hər şeydən öncə bu avtomobilin imkanlarını görməyə dəyər.

Continental GTC S haqqında daha çox məlumat almaq və test-drayv təşkil etmək üçün bu gün bizimlə əlaqə saxlayın.

Dizayn

Continental GTC S-də dərhal tanınan Continental GTC avtomobilinin həm eksteryeri, həm də interyeri əlavə diqqət cəlb edir. Hər şey xromla işlənmiş eksteryer detalları qara versiyalarla əvəz edən Blackline Spesifikasiyası ilə başlayır. Bu o deməkdir ki, pəncərə və lampa çərçivələri, qapı tutacaqları, səsboğucu ucluqları, ventilyasiya dəlikləri və radiator barmaqlığı – bir sözlə, Bentley nişanından başqa, demək olar ki, hər şey qara rəngdədir. Hətta ön və arxadakı işıqlar da tünd çalarla işlənmişdir.

Avtomobil Bentley-in “S” modellərinə xas olan yeni 21 düymlük təkər diskləri ilə təchiz edilib. Bu təkərlər avtomobilin hərəkət edib-etməməsindən asılı olmayaraq, diqqəti cəlb edən cilalanmış qara və parlaq işlənmiş səthlərin heyrətamiz kombinasiyasına malikdir.

İstənilən kabrioletin istismara verilməsində eksteryer detalların interyerin üslubu ilə uyğunlaşması çox vacibdir, çünki siz avtomobili damı açıq şəkildə idarə edərkən ikisi bir üslub kimi görünəcək. Məhz buna görə də “S” üslubu salona addımladığınız zaman rif lövhəsindəki “S” nişanlarından başlayaraq, eksteryerdən interyerə qədər qüsursuz şəkildə davam edir, burada ön paneldə və oturacaqlarda naxışlarla işlənmiş eyni emblemi görəcəksiniz.

Üzlük təkərlər kimi "S" modellərinə xas olan dizayna malikdir, əsas dəri rəngi, əlavə dəri rəngi və interyerin ən çox toxunacağınız - oturacaq qoltuqaltıları, ötürücü lingi və təbii ki, sükan çarxı kimi hissələrində gözəçarpan Dinamica panelləri var. Nəhayət, sürücünün məlumat panelinin displeyi avtomobilin idman tərzini əks etdirmək üçün işlənilib hazırlanmışdır.

Performans

Continental GTC S avtomobili 4,1 saniyəyə 0-100 km/saat sürət yığmaq iqtidarında olan təkmil, ikiturbinli 4,0 litrlik V8 benzin mühərriki üzərində qurulub. Avtomobilin maksimal sürəti 318 km/saatdır və əgər siz bu çox sevilən V8 çıxış borusunun səsindən maksimum yararlanmaq istəyirsinizsə, avtomobili İdman Rejimində idarə edin və İdman üslublu Çıxış borusunun gurultusunu hiss edin. Ən yaxşısı isə bunu avtomobili damı açıq şəkildə idarə edəndə edin*.

Siz avtomobili 50 km/saata qədər sürətlə idarə edərkən damı aça və ya bağlaya bilərsiniz, bu o deməkdir ki, qəfil yağış yağmağa başlayarsa, maşını dayandırmağa ehtiyac yoxdur.

Əhvalınıza uyğun olaraq avtomobilin idarəetmə xüsusiyyətlərini dəyişməyə imkan verən dörd idarəetmə rejimi mövcuddur. Təkmilləşdirilmiş İdman Rejimi mühərrik, ötürücü qutu, sükan və asqı parametrlərini yenidən kalibrləyir, daha aktiv sürücülük üçün Komfort rejimi gözəl idarəetməyə üstünlük verir. Bentley Rejimi ikisi arasında tarazlıq təklif edir, dördüncü seçim olan Fərdi rejimi özünüz konfiqurasiya etdiyiniz parametrlərin əvvəlcədən müəyyən edilmiş kombinasiyasını seçməyə imkan verir.

Continental GTC S avtomobili aktiv tam ötürücü sistemi ilə təchiz olunub, bu o deməkdir ki, o, çox vaxt arxadan ötürücülü avtomobil kimi hərəkət edir, lakin təkərin dartı qabiliyyətini itirdiyini aşkar edərsə, yaxşı dartı qüvvəsi üçün mühərrik gücünün bir hissəsini ön təkərlərə paylayacaq. Bununla da, Bentley Dynamic Ride fırlanmaya nəzarət sistemi idarəetmə şəraitinə uyğun olaraq qoruyucu tirləri sərtləşdirmək və zəiflətmək üçün 48 voltluq elektrik mühərrikindən istifadə edir. Beləliklə, siz döngə edəndə avtomobili stabil saxlamaq üçün o sıxılacaq, ancaq düz irəli sürdüyünüz zaman o, sizə daha çox sərbəstlik verir. Nəticə isə hər iki halda yaxşıdır: ümumi sürüş keyfiyyətinə xələl gətirmədən ehtiyac duyduğunuzda daha çox nəzarət və inam.

*Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət

Texnologiya

Bütün il boyu avtomobili damı açıq vəziyyətdə sürməkdən həzz almanızı təmin etmək üçün avtomobilin içərisinə texnologiya dəsti quraşdırılmışdır. Qızdırılan ön oturacaqlar və Dinamica üzlüklü qızdırılan sükan standart şəkildə quraşdırılıb, istəyə görə Ön Oturacaqların Rahatlıq Spesifikasiyası isə quraşdırılmış boyun qızdırıcıları və qızdırılan qoltuqaltılarla yanaşı, hər bir ön oturacağa havalandırma və masaj funksiyaları əlavə edir.

Avtomobil onun şəhərdə rahat sürülməsi üçün nəzərdə tutulmuş yardım funksiyalarını özündə əks etdirən standart City Spesifikasiyası ilə təchiz edilmişdir. Dar yerlərdə park edərkən və manevr edərkən sizi təhlükəsiz saxlamaq üçün xəbərdarlıq sistemləri, o cümlədən, baqajın kontaktsız açılması kimi rahat funksiyalar mövcuddur. Bundan başqa, siz avtomobili açıq yolda idarə etmək üçün ön şüşə displeyi, gecəgörmə kamerası və Zolaq Yardımı kimi funksiyaları özündə cəmləşdirən istəyə görə Touring Spesifikasiyasını əlavə edə bilərsiniz.

Hərəkət zamanı qoşulma, həmçinin Apple CarPlay* və naqilsiz şəkildə telefonu şarj etmək üçün daxildə qurulmuş Wi-Fi giriş nöqtəsi mövcuddur. Avtomobilin bəzi qoşulu xidmətlərinə My Bentley smartfon tətbiqi vasitəsilə daxil olmaq olar ki, bu da sizə avtomobilinizin yerini müəyyən etməyə və əlaqə qurmağa imkan verir – məsələn, kilidləri və işıqları uzaqdan yoxlamaq, yaxud onu sıx avtomobil dayanacağında tapmaq.

Apple CarPlay, Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.

Fərdiləşdirmə

Seçim etmək üçün eksteryer rənglərin geniş çeşidləri mövcuddur. Əslində, standart çeşid, genişləndirilmiş çeşid, Mulliner-in atlas və mirvari işləmələr çeşidini nəzərə alsaq, 80-dən çox rəng var. Korpusun rəngi parça dam örtüyünün rənginə uyğun gəlir. Burada yeddi seçim, o cümlədən müasir tvid seçimi var.

Siz standart şəkildə quraşdırılmış 21 düymlük “S” təkərlərindən qara rəngə boyanmış işləmə və təkərlər üçün qeyri-adi, seçilən və gözə çarpan Pale Brodgar Satin rəngini də əhatə edən seçimlərlə onları daha böyük 22 düymlük təkərlərə təzələyə bilərsiniz. Əyləc qəlibləri standart şəkildə təqdim edilən cilalanmış qırmızı deyil, istəyə görə cilalanmış qara rəngdə istifadəyə verilə bilər.

Salon daxilində sərt səthlər üçün geniş çeşidli şpon seçimləri, o cümlədən ənənəvi şəkildə cilalanmış taxta işləmələr və daha müasir açıq məsaməli seçimlər mövcuddur. Tünd Çalarlı Mexanizmə Çevrilmiş Alüminium daxil olmaqla, texniki işləmələr də təklif olunur, eyni zamanda siz ön panel və tutacaqlarda Piano Linen parlaq boyasını seçə bilərsiniz. Seçə biləcəyiniz müxtəlif dəri rənglərinə əlavə olaraq, seçdiyiniz kontrast rənglərdə tikiş və zolaq şəklində fərdi toxunuş əlavə etmək imkanı var.

Hər şey bununla bitmir. Bentley-in şəxsi istismara vermə bölməsi olan Mulliner sizə avtomobiliniz üçün unikal funksiyalar tələb etmək imkanı verməklə yanaşı, premium əlavələr silsiləsi təklif edə bilər. Mulliner ekspertlərimizlə danışmaq və ya Continental GTC S modeli üçün mövcud olan fərdiləşdirmə seçimlərinin bütün silsiləsi haqqında ətraflı öyrənmək üçün bu gün bizimlə əlaqə saxlayın.

Mühərrik və texniki spesifikasiyalar

Continental GTC S heyrətamiz performans və inanılmaz çevik idarəetmə təklif edən 4,0 litrlik ikiturbinli V8 benzin mühərriki ilə təchiz edilmişdir.

Qalereya

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    550 PS / 404 kW / 542 bhp @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm, 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • *Maksimal sürət
    198 mph / 318 km/h
  • *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət
  • Sürətlənmə mil/s
    0 - 60 mph 4.0 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.1 secs
Ölçülər
  • Ban üslubu
    Convertible
  • Ümumi uzunluq
    4850mm / 190.94in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Bükülmüş güzgülərlə eni
    1964mm / 77.32in
  • Hündürlük
    1399mm / 55.08in
  • Çarx bazası
    2849mm / 112.17in
Yanacaq sərfi
  • *NEDC Hərəkət Dövrü:
  • Şəhər
    16.6 l/100 km
  • Şəhərdən kənar
    8.9 l/100 km
  • Qarışıq
    11.7 l/100 km
  • CO2 tullantıları (qarışıq)
    266g/km
  • Qət Edilən Məsafə
    769 km
  • Sərf dərəcəsi
    E
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    20.2 l/100 km
  • Orta
    13.0 l/100 km
  • Yüksək
    10.7 l/100 km
  • Cox Yüksək
    10.9 l/100 km
  • Qarışıq
    12.5 l/100 km
  • Qarışıq CO2
    284 g/km
  • Qət Edilən Məsafə
    720 km
  • Sərf dərəcəsi
    F
  • *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.

MƏLUMAT SORĞULAYIN

*Mütləq sahə

Lütfən, məlumatınızı aşağıda daxil edin və biz sorğunuza dair kömək etmək üçün sizə bir azdan zəng edəcəyik. 

MARKETİNQ SEÇİMLƏRİ
Bentley xəbərlərini, məhsul və xidmət barədə məlumatı qəbul etməyə davam etmək üçün əlaqə üstünlüklərinizi aşağıda təqdim edin. Bentley-dən məlumatlara daxildir: eksklüziv Bentley xəbərləri, məhsulla bağlı məlumat, brend xəbərləri, müstəsna tədbirlərə dəvətlər, Bentley sahibliyinə dair xəbərlər və bizə Bentley-nin gələcəyini qurmağa kömək edəcək bazar araşdırmaları.

Mən Bentley-dən marketinq bildirişlərini almağa istərdim: