CONTINENTAL GT S
Continental GT S (V8) WLTP hərəkət dövrü: yanacaq sərfi, l/100km - Qarışıq 12.1. Qarışıq CO₂ Emissiyaları - 275 g/km.

CONTINENTAL GT S

Ümumi təsvir

Continental GT S avtomobili həm eksteryer, həm də interyerində əlavə idman üsulu ilə təqdim edilən və daha heyrətamiz idarəetmə təcrübəsi bəxş edən bir sıra təkmilləşdirmələrlə Bentley-nin ikonik Continental GT modelinin heyrətamiz təfsiridir.

Onun qara eksteryer detalları, Bentley-in “S” modellərinə xas olan interyer əlavələri toplusu ilə birləşərək, onu harada sürməyinizdən asılı olmayaraq, digər avtomobillərdən seçilən avtomobilə çevirir. Dörd oturacaq və çoxlu baqaj yeri ilə o, bir neçə ciddi rəqibi olan lüks qrand-turer olaraq qalmaqdadır.

Continental GT S haqqında daha çox məlumat almaq və test-drayv təşkil etmək üçün bu gün bizimlə əlaqə saxlayın.

Dizayn

Bu avtomobil ilk baxışda unudulmaz təəssürat bağışlamaq üçün işlənilib hazırlanıb. Parlaq elementlər - demək olar ki, hər bir Bentley-də rast gəlinən xromla işlənmiş eksteryer detallar parıltılı qara detallarla əvəzlənərək avtomobilə daha tünd, daha ifadəli görünüş verildi. Açıq və ya parlaq boya rəngi seçin və pəncərə haşiyələri, lampa çərçivələri, səsboğucu boruları, qapı tutacaqları və təbii ki, radiator barmaqlığını əhatə edən bu qara detallar avtomobilinizin incə xətlərinə kontrast və aydınlıq əlavə edəcək. Digər tərəfdən, daha tünd çalar seçsəniz, avtomobiliniz daha adi və daha eleqant obraz alacaq. İstənilən halda, bu, avtomobilə inanılmaz dərəcədə cəsarətli görünüş bəxş edir.

Möhtəşəm görünüşü olan 21 düymlük təkərlər həm qara, həm də parlaq işlənmiş hissələri özündə cəmləşdirən Bentley-nin ‘S’ modellərinə xas dizayn sayəsində avtomobilin yolda görkəmini daha da artırır. Millərin arasına baxın və siz avtomobilin qırmızı parlaq əyləc qəliblərini görəcəksiniz və onu istəyə görə qara rəng olanla əvəzləmək mümkündür.

Avtomobilin eksteryer dizaynının hər bir aspekti kuzovun aşağı hissəsinə daha geniş görünüş verən kandar sahəsindən tutmuş tünd rəngli ön faralara və arxa faralara qədər heyrətamizdir. Avtomobilin salonunun üslubu rif lövhəsi və ön paneldə tanıdıcı “S” nişanları ilə davam edir – siz hətta bu nişanın oturacaqlara da həkk olunduğunu görəcəksiniz. Salonda əsas dəri və əlavə dəridən ibarət eksklüziv rəng bölgüsü, habelə oturacaq dəstəkləri, ötürücü lingi və sükan çarxı kimi tez-tez toxunulan sahələrdə detalları əks etdirən Dinamica var. Hətta sürücünün alətlər panelindəki qrafiklər avtomobilin idman üslubunu davam etdirir.

Performans

Continental GT S modeli Bentley-nin özünü təsdiqləmiş 4,0 litrlik, ikiturbinli V8 benzin mühərriki ətrafında qurulub. O, sadəcə olaraq 4,1 saniyədə 0-100 km/saat sürəti yığaraq fenomenal sürətlənmə qabiliyyətinə malikdir. Bu statistikanı Launch Control funksiyası ilə sınaqdan keçirə bilərsiniz. Onun maksimal sürəti 318 km/saatdır*.

Avtomobilinizin idarə olunması tərzinin əhval-ruhiyyənizə uyğun olmasını təmin etmək üçün siz daha həyəcanverici sürüş üçün mühərrik, transmissiya, sükan və asqı parametrlərini dərhal konfiqurasiya edən İdman Rejimi də daxil olmaqla, dörd idarəetmə rejimindən birini seçə bilərsiniz.

Sports Exhaust (İdman tipli səsboğucu) sayəsində V8 mühərrikinin gurultusunu hətta daha aydın eşidəcəksiniz. Daha rahat təcrübəyə üstünlük verdiyiniz zaman Komfort rejimini və ya ikisi arasında balans təklif edən Bentley rejimini seçin. Son seçim sizə əvvəlcədən təyin edilmiş parametrlərinizi seçmək imkan verən Fərdi rejimdir.

Avtomobil aktiv tam ötürücülü xüsusiyyətlərə malikdir, bu isə o deməkdir ki, normal idarəetmə şəraitində avtomobil əsasən arxa ötürücülü nəqliyyat vasitəsi kimi işləyəcək. Sistem təkərlərdən hər hansı birinin sürüşməsini aşkar edərsə, o, əlavə dartı qüvvəsi üçün avtomatik olaraq mühərrikin gücünün bir hissəsini ön oxa yenidən paylayacaq.

Siz həmçinin Bentley Dynamic Ride elektron fırlanmaya nəzarət sistemindən faydalanacaqsınız. Avtomobili döngələrdə sabit saxlamaq üçün nəzərdə tutulmuş bu sistem sürüş keyfiyyətinin heç vaxt pozulmamasını təmin edərək, qoruyucu tirlərin sərtliyini avtomatik tənzimləyir.

*Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət

Texnologiya

Hər bir Continental GT S modelinə rəqəmsal texnologiyanın geniş silsiləsi daxildir. Yuxarıda qeyd olunan şassi sistemləri ilə yanaşı, avtomobil standart olaraq quraşdırılmış Bentley-nin Şəhər Spesifikasiyası ilə birlikdə təqdim olunur. Bu şəhərdə idarəəetmə yardımı xüsusiyyətləri paketinə 360° Üst Görünüş Kamerası, o cümlədən dar yerlərdə geriyə dönərkən və ya manevr edərkən sizi təhlükə barədə xəbərdarlıq edə bilən çoxsaylı sistemlər daxildir. Siz həmçinin digər funksiyalar arasında gecəgörmə kamerası, adaptiv kruiz-kontrol və zolaq yardımını əhatə edən istəyə bağlı Touring Spesifikasiyasını əlavə edə bilərsiniz.

Bentley Signature Audio Sistemi standart olaraq quraşdırılıb, lakin siz onu Bang & Olufsen for Bentley sisteminə və ya mükəmməl səs təcrübəsi üçün Naim for Bentley sisteminə təkmilləşdirə bilərsiniz. Avtomobil öz Wi-Fi giriş nöqtəsi və Apple CarPlay, o cümlədən mobil telefonlar üçün naqilli və simsiz enerji doldurma qurğuları ilə təchiz olunub. Bir sıra qoşulu xidmətlərə My Bentley smartfon tətbiqi vasitəsilə daxil olmaq olar ki, bu da sizə harada olmağınızdan asılı olmayaraq avtomobilinizin yerini müəyyən etmək və əlaqə yaratmaq imkan verir – məsələn, avtomobili sıx avtomobil parkında tapmaq lazım olduqda faydalıdır.

Apple CarPlay, Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.

Fərdiləşdirmə

Avtomobilinizi öz zövqünüzə uyğunlaşdırmaq adətən sizin eksteryer boya seçiminizlə başlayır və seçimlərin çeşidi olduqca genişdir. Standart seçimləri, geniş silsilə, atlas və mirvari rənglərin Mulliner silsiləsini əlavə etsəniz, sizə 80-dən çox rəng seçimi təqdim olunur.

Eksklüziv 21 düymlük "S" təkərləri üç fərqli işləmə ilə təqdim olunur, lakin əgər siz yolda daha da seçilmək istəyirsinizsə, qara rəngə boyanmış və ya heyrətamiz Pale Brodgar Satin rəngli cazibədar 22 düymlük təkərləri seçə bilərsiniz.

Salonun daxilində çoxlu sayda parlaq taxta şponları, artıq kimi görünməyən açıq məsaməli taxtalar və ya Tünd Çalarlı Mexanizmə Çevrilmiş Alüminium kimi texniki seçimlər arasından seçim edə bilərsiniz. Lüks işləmə hissi yaratmaq üçün ön panel və tutacaqlara Piano Linen lak örtüyü əlavə edə bilərsiniz. Üzlük əllə çarpaz tikiş də daxil olmaqla, bir sıra tikiş və boru seçimləri ilə təkmilləşdirilə bilər. Bundan başqa, texnoloji seçimlərə bir düyməyə toxunmaqla mərkəzi sensor ekran və əllə hazırlanmış analoq siferblatların üçlüyü arasında keçid etməyə imkan verən unikal Bentley Fırlanan Displeyi daxildir.

Daha çox seçimi nəzərdən keçirə bilərsiniz, lakin siz daha da irəli getmək istəyirsinizsə, Bentley-nin şəxsi istismar bölməsi Mulliner sizə avtomobiliniz üçün mükəmməl funksiyalar yaratmağa kömək edə bilər.

Continental GT S modeli ilə bağlı fərdiləşdirmə seçimləri haqqında ətraflı öyrənmək üçün bizimlə bu gün əlaqə saxlayın. Mulliner ekspertlərimizlə danışmaq üçün bizimlə bu gün əlaqə saxlayın.

Mühərrik və texniki spesifikasiyalar

Continental GT S heyrətamiz performans və inanılmaz çevik idarəetmə təklif edən 4,0 litrlik ikiturbinli V8 benzin mühərriki ilə təchiz edilmişdir.

Qalereya

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    550 PS / 404 kW / 542 bhp @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm, 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • *Maksimal sürət
    198 mph / 318 km/h
  • *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət
  • Sürətlənmə mil/s
    0 - 60 mph 3.9 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.0 secs
Ölçülər
  • Ban üslubu
    Coupé
  • Ümumi uzunluq
    4850mm / 190.94in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Bükülmüş güzgülərlə eni
    1966mm / 77.4in
  • Hündürlük
    1405mm / 55.31in
  • Çarx bazası
    2851mm / 112.24in
Yanacaq sərfi
  • *NEDC Hərəkət Dövrü:
  • Şəhər
    16.2 l/100 km
  • Şəhərdən kənar
    8.5 litres/100km
  • Qarışıq
    11.3 litres/100km
  • CO2 tullantıları (qarışıq)
    263g/km
  • Qət Edilən Məsafə
    796 km
  • Sərf dərəcəsi
    F
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    19.4 l/100 km
  • Orta
    12.5 l/100 km
  • Yüksək
    10.3 l/100 km
  • Cox Yüksək
    10.7 l/100 km
  • Qarışıq
    12.1 l/100 km
  • Qarışıq CO2
    275 g/km
  • Qət Edilən Məsafə
    744 km
  • Sərf dərəcəsi
    F
  • *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.

MƏLUMAT SORĞULAYIN