YENİ FLYING SPUR
[AZ] New Flying Spur
Yeni Flying Spur - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 24,2; orta 15,4; yüksək 12,7; çox yüksək 12.9; qarışıq 14,8; qarışıq CO2 337 q/km; Qət edilən məsafə 608km

YENİ FLYING SPUR

Yeni Flying Spur dinamik performans və müasir ustalığın bənzərsiz birləşməsidir. Müasir dizayn və ilhamlanmış icra ilə onun intuitiv texnologiyası sizi avtomobilə və ətrafınızdakı dünya ilə əlaqəli saxlayır. İdarə etməyinizdən və ya avtomobildə getməyinizdən asılı olmayaraq zəngin təcrübə bəxş edir, çünki həyəcanverici olduğu kimi həm də incəliklə hazırlanıb. Bu heyranedici avtomobil haqqında ətraflı öyrənmək üçün lütfən, +99412 4048282 nömrəsi ilə bizə zəng edin və ya Bentley Baku ünvanında bizi ziyarət edin.

Müasir dizayn

Yeni Flying Spur avtomobilinin kəskin xətləri, incəldilmiş forması və balanslaşdırılmış proporsiyaları hakim varlıq yaratmaq üçün birləşib. İddialı dizayna yeni şaquli qanadlı matris barmaqlıq, kəsilmiş kristal effektli fənərlər, standart kimi 21 inçlik ikili on guşəli parlaq boyalı disklər və yeni şərti işıqlı Flying B maskotu daxildir.

İnteryerin müasir dizaynı həm sürücü, həm də sərnişinlər üçün təkmilləşdirilmiş və rahat mühit yaradır. İşıq panoramik şüşə damdan yenidən dizayn olunmuş kabinə daxil olur, cilalanmış və ya istəyə bağlı almaz ilə örtülmüş bitişdə mərkəz ventilyasiyalar ekstra detal səviyyəsi əlavə edir.

Harmoniyalı interyer ikili fleyta formalı oturacaqlara malikdir və ya siz qarışıq tikiş və işləməni özündə birləşdirən yeni Dik Almazlı dizayn ilə Mulliner İdarəetmə Spesifikasiyasını seçə bilərsiniz.

Mürəkkəb performans

635 at gücü və 900 nm tork istehsal edən möhtəşəm 6.0 litrlik W12 mühərriki üzərində yeni Flying Spur mürəkkəb və həyəcanverici idarəetmə təcrübəsi təmin edir. Zəhmətsiz akselerasiya ilə gücün görünən sonsuz dalğası sizi 3.7 saniyədə (3.8 saniyədə 0-dan 100 km/s-a qədər) 0-dan 60 km/s-a qədər və 207 mph (333 km/s) yüksək sürət ilə aparır.

Səkkiz sürətli dual mufta transmissiyası sürətli ötürücü dəyişdirmələri və rahat sürətlənməyə imkan yaradır. Altıncı ötürmədə maksimal sürətə çataraq, yeddinci və səkkizinci ötürmələrdə sürətlə gedərkən yanacaq sərfini azaldır. Yeni əyləcə əsasən tork vektorizasiyası sistemi küncdən dönmə zamanı istənilən sürətdə təsirli çeviklik təmin etmək məqsədilə Bentley Dynamic Ride, 48V Elektron Aktiv Fırlanmaya Nəzarət sistemimiz ilə birgə işləyərək daxili təkərlərə əyləc tətbiq edir.

Dörd idarəetmə rejimi seçimi -Komfort, Sport, Bentley və Fərdi - idarəetmə təcrübəsini daha faydalı edəcək. Adaptiv Klapan Nəzarəti ilə avtomobilin səsini tənzimləməklə siz Sport rejimində daha aydın səsdən, Komfort rejimdə isə daha ehtiyatlı səsdən zövq ala bilərsiniz.

Qüsursuz texnologiya

İdarəetmə təcrübəsini təkmilləşdirmək və həm sürücüyə, həm sərnişinə səyahətlərini formalaşdırmağa icazə vermək üçün innovativ texnologiya yeni Flying Spur üçün inteqrasiya edilib. Apple CarPlay® daxil olmaqla, My Bentley Qoşulmuş Avtomobil xüsusiyyətləri, Peyk xəritələri və Mənim avtomobilim statusu My Bentley proqramında mümkündür və sizi avtomobiliniz və ətrafdakı dünya ilə qüsursuz şəkildə əlaqələndirir. Eyni zamanda, Lokal təhlükə məlumatı və Fərdi eZəng köməyi kimi intellektual təhlükəsizlik sistemləri inam təmin edir.

Şərti Dekorativ İşıqlandırma ilə atmosferik interyer işıqlandırmasını sazlayın və sevimli işıqlandırma konfiqurasiyalarını yeni Uzaqdan Sensor Ekranında saxlayın. Standart kimi daxil edilmiş bu dəqiqliklə hazırlanmış ekran arxa mərkəzə birləşdirilib və arxa oturacaqlardan dam, ventilyasiya, əyləncə və daha çox şeyi idarə etməyinizə icazə verərək düyməyə toxunmaqla asanlıqla çıxarıla bilər.

Lokal təhlükə məlumatından tutmuş Smart LED matris fənərlərinə və şərti Gecə Görünüşü kamerasına kimi intellektual təhlükəsizlik sistemləri sizə yolda tam inam bəxş edir. Təkmilləşdirilmiş şəhərdə idarəetmə təcrübəsi üçün standart kimi daxil edilmiş Şəhər Spesifikasiyası Piyada Xəbərdarlığı, Yol İşarəsinin Tanınması və Yuxarıdan Görünüş Kamerası kimi xüsusiyyətlər ilə birgə təqdim olunur.

Apple CarPlay® Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.

Yeni Flying Spur Birinci Buraxılış

Bu bihuşedici avtomobilin gəlişini qeyd edərək Bentley yeni Flying Spur Birinci Buraxılışı yaradıb. Bu nadir və kolleksiyaya daxil edilə biləcək buraxılış dəmir lövhələr və oturacaqlardakı əlavə Birinci Buraxılış detalı ilə yanaşı, mərkəzində nömrə 1 ilə Birinci Buraxılış Birlik Bayrağı nişanı ehtiva edir.

Mümkün olan ən arzuolunan seçimlərin bəziləri standart olaraq daxil edilib. Onların arasında innovativ Bentley Fırlanan Displeyi, yeni işıqlı Flying B kapot maskotu və Səyahət Spesifikasiyası var. Siz dual vinirlər, həmçinin oturacaqlarda Kontrast Tikiş seçimi ilə yanaşı mümkün olan vinirlərdən istənilən birini seçə bilərsiniz.

Mulliner İdarəetmə Spesifikasiyası standart kimi daxil edilib və Bentley-nin yeni Dik Almazlı oturacaq dizaynı, üç ölçülü dəri döşəməli qapı panelləri bə mövcud təkərlərdən istənilən biri, iki bitiş seçimindən 22 inçlik təkər daxil olmaqla daha fərqli görünüş təklif edir.

Sonsuz fərdiləşdirmə

Onu tamamilə özününküləşdirmək yeni Flying Spur avtomobilinin fərqli gözəlliyinin bir hissəsidir. 17 rəngdən ibarət standart palet genişləndirilmiş diapazondan seçdiyiniz zaman ümumi 30 rəngə qədər çoxaldıla bilər.

Yeni Flying Spur avtomobilinin balanslaşdırılmış proporsiyalarının və unikal xarakterini bitiş seçimləri mümkün olan iki eksklüziv yeni 21 inçlik iki guşəli yüngüllehimli disklər tamamlayır. Burada həmçinin Mulliner İdarəetmə Spesifikasiyası ilə iki bitiş seçimində mümkün olan 22 inçlik disklər var.

İçəridə isə siz iki ikili tona malik birləşmə ilə 15 dəri çalarından seçim edə bilərsiniz. Bəzi idarəetmələrdə standart olan almaz formalı çıxıntı ahəngdar görünüş üçün illumunatora və mərkəzi ventilyasiyalara qədər uzadıla bilər. Burada nazik xrom zolaq seçimi və 7 dual vinir ilə yanaşı 8 tək vinir seçimi mövcuddur.

Bu avtomobili mütləq dörd qapılı qrand səyahətçiyə çevirən performans və ustalığın cəlbedici birləşməsini sınaqdan keçirin. Yeni Flying Spur haqqında öyrənmək üçün lütfən, +99412 4048282 nömrəsindən bizə zəng edin.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6-litre twin turbocharged W12
  • Transmissiya
    8-speed Quickshift automatic
  • Güc
    635PS / 626bhp / 467kW @ 5000-6000 rpm
  • Fırlanma anı
    900Nm, 664 lb.ft @ 1350-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • Maksimal sürət
    207mph / 333km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 3.7 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 3.8 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5316mm / 209.29in
  • Güzgülərlə birgə eni
    2220mm / 87.4in
  • Bükülmüş güzgülərlə eni
    2013mm / 79.25in
  • Hündürlük
    1483mm / 58.39in
  • Çarx bazası
    3194mm / 125.75in
Yanacaq sərfi
  • NEDC Hərəkət Dövrü:
  • Şəhər
    18.6 litres/100km
  • Şəhərdən kənar
    10.2 litres/100km
  • Qarışıq
    13.3 litres/100km
  • CO2 tullantıları (qarışıq)
    304g/km
  • Qət Edilən Məsafə
    677 km
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    24.2 litres/100 km
  • Orta
    15.4 litres/100 km
  • Yüksək
    12.7 litres/100 km
  • Cox Yüksək
    12.9 litres/100 km
  • Qarışıq
    14.8 litres/100 km
  • Qarışıq CO2
    337 g/km
  • Qət Edilən Məsafə
    608 km
  • Sərf dərəcəsi
    F

Qalereya