YENİ CONTINENTAL GT V8
[AZ] New Continental GT V8
Yeni Continental GT V8 - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 18,3; orta 12,0; yüksək 10,1; çox yüksək 10,6; qarışıq 11,8; qarışıq CO₂ 268 q/km; Qət edilən məsafə 763km

YENİ CONTINENTAL GT V8

Yeni Bentley Continental GT V8 hər səyahəti həyacanverici edir. Şık dizayn, müasir ustalıq, qüsursuz texnologiya və bənzərsiz emosiyalı səs ilə müşayiət edilən qarşısı alınmaz dinamik performans təmin edən güclü V8 mühərrikini özündə birləşdirir. Bu, həqiqətən də diqqətçəkici idarəetmə təcrübəsidir. Daha çoxunu kəşf etmək üçün Bentley Baku dilerini ziyarət edin və ya +99412 4048282 nömrəsinə zəng edin.

Dinamik, müasir görünüş

Bu həyacanverici avtomobilin dizaynı onun çevik performansını əks etdirir. Yeni Continental GT avtomobilinin kəskin, mükəmməl şəkildə formalaşdırılmış xətləri qoruyucu çərçivədə yerləşən elliptik dörd qaz borusu, V8 nişanı ilə yanaşı, şık, dəbli detallar və dəndənələri simmetrik cütlər şəklində tərtib edilmiş 20 düymlük parlaq on dəndənəli, boyalı, lehimlənmiş disklər ilə təkmilləşdirilib.

Avtomobilin içərisində seçdiyiniz vahid dəri rəngi sadəlik ilə eleqantlığı birləşdirən görünüş üçün salon boyu istifadə edilib. Bu, standart olaraq müasir Tac Formalı Kəsilmiş Walnut vinir ilə mükəmməl şəkildə tamamlanıb. Əlavə dəri rəngləri və rəng bölgüləri, həmçinin parlaq Xrom İncə Zolağın əlavə edilməsi ilə avtomobil daha heyranedici edə bilən vinirlərin geniş çeşidi mövcuddur. Continental GT V8-ə yeni olan vinirə alternativ Yüksək Parlaqlığı olan Karbon Lif seçimidir.

Valehedici idarəetmə

Mühərrikin V-nin içərisində yerləşən iki sarğılı turbokompressor ilə yeni Continental GT V8 3.9 saniyədə sizi 0-dan 60 mph-a (4.0 saniyədə 0-dan 100 km/s-a qədər) qədər apararaq və 198 mph maksimal sürətdə heyranedici akselerasiya təmin edir, bu isə xüsusilə Sport rejimində intensiv olan Bentley V8 mühərrikinin qarşısıalınmaz səsi ilə müşayiət olunur.

Animasiyalı idarəetmə təcrübəsi siz sürəti qaldırdıqca dartma və stabilliyi möhkəmləndirən yüksək səviyyəli tarazlaşdırılmış çəki bölgüsü sayəsində, sizi yol ilə tamamilə əlaqədə saxlayır. Gediş komfortu və idarəetmə arasında əvvəlcədən təyin edilmiş balansa malik passiv son dərəcə inamlı küncdən dönmə təmin edir və ya həqiqi güclü idarəetmə üçün siz istənilən şərtlər altında həm idarəetmə, həm də gediş rahatlığını optimallaşdıran boru karkaslarını daima tənzimləyən innovativ 48V Elektron Aktiv Yana Əyilməyə Nəzarət sistemi olan Bentley Dynamic Ride rejimini seçə bilərsiniz.

Hər səyahət üçün texnologiya

V8 mühərriki daxilində istifadə edilən dəyişkən yerdəyişmə texnologiyası drosselin azacıq açıldığını aşkarlayan zaman dörd silindrdə klapanları bağlayır, hətta sürücü hiss etmədən lazım olanda bütün səkkiz silindrə qüsursuz şəkildə geri qaytarır. Bu, 865 km heyranedici diapazon ilə nəticələnərək performansı güzəştə getmədən səmərəliliyi artırır.

My Bentley* xidmətlərinin çoxluğu səyahəti daha ağıllı, təhlükəsiz və daha rahat edir. Bura avtomobilin sistemləri vasitəsilə iPhone® ilə idarə etməyinizə icazə verən AppleCarPlay®, kritik vəziyyətdə fövqəladə xidmətləri xəbərdar edən Şəxsi eCall və My Bentley proqramı vasitəsilə yanacaq səviyyənizdən texniki təmir cədvəlinə qədər hər şey üzrə detallara baxmağınıza icazə verən Mənim Maşınım vəziyyəti daxildir.

Apple CarPlay və iPhone Apple Inc. şirkətinin qeydiyyatlı əmtəə nişanlarıdır.

*My Bentley xidmətləri hazırda bütün bazarlarda mövcud deyil. My Bentley proqramının istifadəsi 2019-cu ilin fevralında mümkün olacaq. Ətraflı təfərrüatlar üçün yerli Bentley dileriniz ilə məsləhətləşin.

Tamamilə sərhədsiz fərdiləşdirmə

Fərdiləşdirmə üçün çoxlu imkanlar ilə yeni Continental GT V8 avtomobilini tamamilə özünüzünküləşdirə bilərsiniz. Rəng Spesifikasiyası dəri rənglərinin seçimini beşdən on beşə qədər artırır və dörd eleqant iki tonlu rəng bölgüsü təqdim edir. Burada həmçinin seçmək üçün heyranedici boya rəngləri, yüngüllehimli disklər və vinir seçimləri var. Bentley Konfiqurator ilə imkanları kəşf edə bilərsiniz.

Seçimlər çeşidi sizə həm avtomobilinizin görünüşü, həm də bəxş etdiyi hissləri təkmilləşdirmək imkanı verir. Mulliner İdarəetmə Spesifikasiyası və Blackline Spesifikasiyası heyrətamiz üslub detalları əlavə edir, Ön Oturacağın Rahatlıq Xüsusiyyəti səyahətinizi daha füsunkar edir və Şəhər və Tur Xüsusiyyəti ətraf aləmdən asılı olmayaraq idarəetmənin əziyyətsiz olmasını təmin etmək üçün ən son texnologiyadan istifadə edir.

Bu cazibədar və valehedici grand səyahətçi haqqında ətraflı öyrənmək üçün Bentley Baku dilerinə baş çəkin və ya +99412 4048282 nömrəsindən bizə zəng edin.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    550 PS / 404 kW / 542 bhp @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm, 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • Maksimal sürət
    198 mph / 318 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 3.9 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.0 secs
Ölçülər
  • Ban üslubu
    Coupé
  • Ümumi uzunluq
    4850mm / 190.94in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Bükülmüş güzgülərlə eni
    1966mm / 77.4in
  • Hündürlük
    1405mm / 55.31in
  • Çarx bazası
    2851mm / 112.24in
Yanacaq sərfi
  • *NEDC Hərəkət Dövrü:
  • Şəhər
    15.0 litres/100km
  • Şəhərdən kənar
    8.9 litres/100km
  • Qarışıq
    11.2 litres/100km
  • CO2 tullantıları (qarışıq)
    255g/km
  • Qət Edilən Məsafə
    804 km
  • Sərf dərəcəsi
    E
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    18.3 litres/100 km
  • Orta
    12.0 litres/100 km
  • Yüksək
    10.1 litres/100 km
  • Cox Yüksək
    10.6 litres/100 km
  • Qarışıq
    11.8 litres/100 km
  • Qarışıq CO2
    268 g/km
  • Qət Edilən Məsafə
    763 km
  • Sərf dərəcəsi
    F
  • *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.

Qalereya

MƏLUMAT SORĞULAYIN

Bentley New Continental GT V8

*Mütləq sahə

Lütfən, məlumatınızı aşağıda daxil edin və biz sorğunuza dair kömək etmək üçün sizə bir azdan zəng edəcəyik. 

MARKETİNQ SEÇİMLƏRİ
Bentley xəbərlərini, məhsul və xidmət barədə məlumatı qəbul etməyə davam etmək üçün əlaqə üstünlüklərinizi aşağıda təqdim edin. Bentley-dən məlumatlara daxildir: eksklüziv Bentley xəbərləri, məhsulla bağlı məlumat, brend xəbərləri, müstəsna tədbirlərə dəvətlər, Bentley sahibliyinə dair xəbərlər və bizə Bentley-nin gələcəyini qurmağa kömək edəcək bazar araşdırmaları.

Mən Bentley-dən marketinq bildirişlərini almağa istərdim: