Mulsanne Speed
[AZ] Mulsanne Speed
Mulsanne Speed - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 29,8; orta 17,4; yüksək 13,3; çox yüksək 13,0; qarışıq 16,2; qarışıq CO2 365 q/km; Qət edilən məsafə 593km

Mulsanne Speed

SÜRÜCÜNÜ DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYAN MULSANNE

Mulsanne Speed avtomobillərini sürməkdən zövq alanların və Mulsanne-ın tam potensialından faydalanmağı istəyənlərin tələblərinə köklənib. Mulsanne-ın dəbdəbəli əl işi ilə əlavə idman üslubu və artırılmış performans sayəsində o, Bentley-nin sadiq qaldığı güclü dəbdəbənin ən dinamik, ən müstəsna təzahürüdür.

Mulsanne Speed onun artıq qardaş modeli Mulsanne ilə eyni dərəcədə hərtərəfli olaraq yenilənib. Model sırası artıq üçüncü, tamamilə yenilənmiş model ilə – Mulsanne Extended Wheelbase ilə tamamlanıb.

EKSTERYER DİZAYNI

Avtomobilin qabaq və arxa hissələrindəki bir sıra nəzərəçarpan dəyişikliklərin sayəsində Mulsanne Speed dərhal tanınır. Radiator torları, qabaq faraların dəstləri və arxa lampalar daha da gözəl görüntü üçün yeni dizayn alıblar.

YENİLƏNMİŞ VƏ DAHA GENİŞ QABAQ HİSSƏ

Radiator toru tanınan Bentley torunun düz qarşısında yerləşir, onun paslanmaz poladdan hazırlanmış şaquli elementləri əvvəlki modellərlə müqayisədə avtomobilin qabaq hissəsinin daha geniş sahəsini əhatə edir. Qabaq bamperin aşağı torları da Mulsanne-ın əvvəlki versiyaları ilə müqayisədə daha genişdir, nəticədə isə avtomobil yola daha yaxın görünür.

DAHA TUTQUN ‘SPEED’ PARLAQ ELEMENTLƏRİ

Qabaq torun yeni detalları arxasında tutqun rəngdə olan tor yerləşir, bu üslub Bentley Flying ‘B’ qanadının çıxışlarının tutqun metalında və hətta yeni tutqun rəngdə olan lampa dəstlərində də öz əksini tapır və Mulsanne Speed model sırasının digər maşınlarından məhz bununla seçilir.

VALEHEDİCİ PERFORMANS

Kapotun altında yenidən təkmilləşdirilmiş 6,75-litrli ikiturbinli V8 mühərrik yerləşir. Gücü, fırlanma anını və sürətlənməni artırmaq üçün hazırlanmış bu mühərrik Mulsanne Speed-i 0-dan 100 km/s qədər cəmi 4,9 saniyəyə sürətləndirir, maksimal sürət isə inanılmaz 305 km/s təşkil edir.

HƏR DETALDA İDMAN

Deşilmiş və idman üslubunda yüngül pedallar və qofralanmış ötürücü qolu Mulsanne Speed-in əllə işlənmiş interyerin zənginliyini daha da artırır, eyni zamanda toxunuşun da keyfiyyəti nəzərə alınmışdır, məsələn, burada barmaqların sürüşməməsi üçün hava deflektorlarının xromla qofralanmış səthi və qapı tutacaqlarının daxildən metalla işlənməsini qeyd etmək olar.

QABAQ FARALARIN YENİLƏNMİŞ TEXNOLOGİYASI

Qabaq fara dəstinin dizaynı əvvəlki Mulsanne Speed-in irsidir lakin ikincidərəcəli lampalar bir neçə millimetr yuxarı çəkilmişdir ki, onlar daha incə görünüş üçün əsas lampaların aşağı qıraqları uzlaşdırılsın. Daha saf və məqsədəuyğun görünüşü dəstəkləmək üçün yuyucular artıq gündüz hərəkət işığının ikincidərəcəli LED lampalarının mərkəzindəki parlaq xrom disklərindən çıxırlar. Quraşdırılmış işıq sensorları və GPS inteqrasiyası qabaq faraların dörd fərqli işıqlama rejimdə avtomatik işinə imkan yaradır: şəhər yolları, kənd yolları, magistrallar və adi uzaq işığın lazım olduğu vəziyyətlər.

HEYRANEDİCİ BENTLEY FLYING ‘B’ ARXA LAMPALARI

Avtomobilin arxasında işıqlanma dəstləri üçölçülü Bentley Flying ‘B’ formasında işıq saçır, gündüz vaxtı isə hər lampanın içərisindəki əksetdirici səthlərdə ‘Speed’ tutqun yazısı aydın görünür.

SMART RƏQƏMLİ TEXNOLOGİYA

Alət dəstlərinin incə panellərində quraşdırılmış, daha sürətli istifadə üçün 4G qoşulması, təkmilləşdirilmiş istifadə interfeysi və Apple CarPlay ilə uyğunluğu təklif edən yeni 8" sensorlu displey məlumat, əyləncə və avtomobilin digər sistemlərini idarə edir.

Google Maps*, peyk görüntüsü və Street View* naviqasiya sisteminə yeni ölçünü gətirir və sürücüyə yolları, yol ayrıcılarını və təyinat nöqtələrini görməyə imkan verir.

Mobil telefonlar və planşetlər avtomobilə Bluetooth vasitəsilə yaxud Media Drawer panelindəki və ya əlcək qutusunda olan USB portları ilə qoşula bilər və onlar məlumatları paylaşdıqca batareyalarını da yüklədə bilərlər. Avtomobildə quraşdırılmış Wi-Fi giriş nöqtəsi səkkiz ədəd cihaza yüksəksürətli* qoşulmanı təmin edir.

ARXA OTURACAQLARIN ƏYLƏNCƏ SİSTEMİ

Əlavə təklif olunan Bentley Theatre arxa oturacaq əyləncə sistemi iki ədəd 10,4" sensor planşeti ilə təchiz olunub. Qabaq oturacaqların bellərinin arxa tərəfindən elektrik şəkildə çıxan bu planşetlər arxa sərnişinlərə avtomobilin bir çox sisteminə girişi təmin edir, bunların sırasına səfər və avtomobil barədə məlumat, oyunlar, rəqəmli musiqi və hətta DVD-lər daxildir. Avtomobildə quraşdırılmış Wi-Fi sayəsində həmçinin videozənglər, media axını və bulud xidmətləri də mövcuddur. Planşetləri həmçinin avtomobildən çıxarmaq olar.

EKSTERYER RƏNGLƏRİ VƏ PANEL VARİANTLARI

Model sırasına taxtadan iki yeni panel seçimi əlavə edilmişdir: Liquid Amber və Dark Stained Madrona. Yeni eksteryer rənglərinə Rose Gold və Julep daxildir.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6.75-litre twin-turbocharged V8
  • Transmissiya
    ZF 8-speed automatic
  • Güc
    530bhp / 395kW / 537PS @ 4000rpm
  • Fırlanma anı
    1100Nm, 811lb.ft @ 1750rpm
  • Tullantı səviyyəsi
    EU 6 / LEV II
  • Yanacaq
    EU 95 to 98 RON US/ROW 92 to 98 RON
  • Sıxılma əmsalı
    8.9:1
Performans
  • Maksimal sürət
    190mph / 305km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 4.8 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 4.9 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5575mm / 18ft 3in
  • Güzgülərlə birgə eni
    2208mm / 7ft 3in
  • Bükülmüş güzgülərlə eni
    1926mm / 6ft 4in
  • Hündürlük
    1526mm / 5ft
  • Çarx bazası
    3266mm / 10ft 8in
  • Qabaq çığır
    1605mm
  • Arxa çığır
    1651mm
Yanacaq sərfi
  • NEDC Hərəkət Dövrü:
  • Şəhər
    24.3 litres/100 km
  • Səhərdən Kənar
    11.0 litres/100 km
  • Qarışıq
    15.9 litres/100 km
  • C02 tullantıları (qarışıq)
    350 g/km
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    29.8 litres/100 km
  • Orta
    17.4 litres/100 km
  • Yüksək
    13.3 litres/100 km
  • Cox Yüksək
    13.0 litres/100 km
  • Qarışıq
    16.2 litres/100 km
  • Qarışıq CO2
    365 g/km
  • Qət Edilən Məsaf
    593 km
  • Sərf dərəcəsi
    G

Qalereya