Mulsanne Extended Wheelbase
[AZ] Mulsanne Extended Wheelbase
Mulsanne Extended wheelbase - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 29,8; orta 17,4; yüksək 13,3; çox yüksək 13,0; qarışıq 16,2; qarışıq CO2 365 q/km; Qət edilən məsafə 593km

Mulsanne Extended Wheelbase

Arxa sərnişinlər üçün əlavə sahə, avtomobilin bir neçə multimedia seçimini və təyyarələrdəki kimi uzadılan oturacaqları təklif edərək, Mulsanne Extended Wheelbase səyahətlər üçün inanılmaz avtomobildir. Evinizdən uzaq olsanız belə, Bentley-nin dəbdəbə zirvəsi olan bu avtomobili əsl ev hesab etmək olar.

ARXADA DAHA ÇOX YER

Mulsanne Extended Wheelbase arxada əlavə 250mm təklif edir və onun uzadılmış arxa qapıları isə avtomobilə girişi və ondan çıxışı daha asan və zövqlü edir. Və arxa şüşələrin hər birisində elektrik pərdələr sayəsində o, bəzən inkoqnito səyahət edənlər üçün mükəmməl nəqliyyat tərzidir.

TƏYYARƏDƏKİ KİMİ UZADILAN OTURACAQLAR

Müştərinin sifarişi ilə quraşdırılan təyyarədəki kimi uzadılan arxa oturacaqlar sərnişinlərə şəxsi təyyarədəki kimi rahatlanmağa imkan verir. Lakin təyyarə ilə uçuşa istinad tam ciddidir. Bu, Mulsanne Extended Wheelbase-dir: sürətin və müstəsna dəbdəbənin birləşdiyi zirvə.

ARXA PANORAMA LYUK

Enən şüşəli lyuk avtomobilin arxa hissəsini gün işığı ilə doldurur, Alcantara-dan olan elektrik ştor isə düyməyə bir toxunuşla günəşin gözqamaşdırıcı parıltısını gizlədəcək.

UZADILMIŞ MƏRKƏZİ PANEL

Uzadılmış mərkəzi panel salon boyunca uzanır və onun əllə işlənmiş detalları arxa sərnişinlər üçün bir sıra saxlama imkanlarını təklif edir; burada həmçinin oturacaq isidilməsinin və ventilyasiyasının, lyukun və şüşələrdə quraşdırılmış elektrik pərdələr üçün idarəetmə elementləri gizlədilir. İş vaxtı gəldikdə isə piknik masaları daxildən eleqant şəkildə açılır.

EKSTERYER DİZAYNI

Mulsanne Extended Wheelbase modelinin qabaq və arxa hissələrində bir sıra dəyişikliklər edilmişdir, onlardan bəzilərini həmçinin Mulsanne və Mulsanne Speed modellərində görmək olar. Radiator torları, parlaq elementlər, qabaq faraların dəstləri və arxa lampalar daha iti və müasir görünüş üçün yeni dizayn alıblar.

YENİLƏNMİŞ VƏ DAHA GENİŞ QABAQ HİSSƏ

Yeni, daha geniş radiator toru səciyyəvi Bentley torunun düz qarşısında yerləşir, onun paslanmaz poladdan olan şaquli elementləri mərkəzdən şahələnir. Aşağı torlar qabaq bamperlə bir xətt üzrə genişləndirilmişdir və nəticədə avtomobil yola daha yaxın görünür.

QABAQ FARALARIN TEXNOLOGİYASI

Qabaq fara dəstinin dizaynı ciddidir lakin ikincidərəcəli lampalar yuxarı çəkilmişdir ki, onlar əsas lampaların aşağı qıraqları uzlaşdırılsın. Yuyucular mərkəzdə yerləşir. Faralar avtomatik olaraq işləyər bilər: dörd fərqli işıqlama rejimi şəhər yollarını, kənd yollarını, magistralları və adi uzaq işığı kimi müxtəlif vəziyyətləri ehtiva edir.

HEYRANEDİCİ BENTLEY FLYING ‘B’ ARXA LAMPALARI

Yeni arxa lampalar indi üçölçülü Bentley Flying ‘B’ formasında işıqlanaraq arxada olan avtomobilləri şübhəsiz olaraq Bentley-nin öndə olduğu barədə xəbərdar edir.

RƏQƏMLİ TEXNOLOGİYA

Alət dəstlərinin incə panellərində quraşdırılmış, daha sürətli istifadə üçün 4G qoşulması, təkmilləşdirilmiş istifadə interfeysi və Apple CarPlay ilə uyğunluğu təklif edən 8" sensorlu displey məlumat, əyləncə və avtomobilin digər sistemlərini idarə edir.

Google Maps*, peyk görüntüsü və Street View* naviqasiya sisteminə yeni ölçünü gətirir və sürücüyə yolları, yol ayrıcılarını və təyinat nöqtələrini görməyə imkan verir.

Mobil telefonlar və planşetlər avtomobilə Bluetooth vasitəsilə yaxud Media Drawer panelindəki və ya əlcək qutusunda olan USB portları ilə qoşula bilər və onlar məlumatları paylaşdıqca batareyalarını da yüklədə bilərlər. Avtomobildə quraşdırılmış Wi-Fi giriş nöqtəsi səkkiz ədəd cihaza yüksəksürətli* qoşulmanı təmin edir. 

*Bəzi bazarlarda təklif olunmur – ətraflı məlumat üçün bizə zəng edin
*Mobil şəbəkənin siqnalından asılıdır

ARXA OTURACAQLARIN ƏYLƏNCƏ SİSTEMİ

Əlavə təklif olunan Bentley Theatre arxa oturacaq əyləncə sistemi iki ədəd 10,4" sensor planşeti ilə təchiz olunub. Qabaq oturacaqların bellərinin arxa tərəfindən elektron şəkildə çıxan bu planşetlər arxa sərnişinlərə avtomobilin bir çox sisteminə girişi təmin edir, bunların sırasına səfər və avtomobil barədə məlumat, oyunlar, rəqəmli musiqi və hətta DVD-lər daxildir.
 Avtomobildə quraşdırılmış WiFi sayəsində həmçinin videozənglər, media axını və bulud xidmətləri də mövcuddur. Planşetləri həmçinin avtomobildən çıxarmaq olar.

YENİ EKSTERYER RƏNGLƏRİ VƏ PANEL VARİANTLARI

Model sırasına taxtadan iki yeni panel seçimi əlavə edilmişdir: Liquid Amber və Dark Stained Madrona. Yeni eksteryer rənglərinə Rose Gold və Julep daxildir.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6.75-litre twin-turbocharged V8
  • Transmissiya
    ZF 8-speed automatic
  • Güc
    506bhp / 377kW / 513PS @ 4000rpm
  • Fırlanma anı
    1020Nm, 752lb.ft @ 1750-3250rpm
  • Tullantı səviyyəsi
    EU 6 / LEV II
  • Yanacaq
    EU 95 to 98 RON US/ROW 92 to 98 RON
  • Sıxılma əmsalı
    8.9:1
Performans
  • Maksimal sürət
    184mph / 296km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 5.3 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 5.5 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5825mm / 19ft 1in
  • Güzgülərlə birgə eni
    2208mm / 7ft 3in
  • Bükülmüş güzgülərlə eni
    1926mm / 6ft 4in
  • Hündürlük
    1541mm / 5ft
  • Çarx bazası
    3516mm / 11ft 6in
  • Qabaq çığır
    1605mm
  • Arxa çığır
    1651mm
Yanacaq sərfi
  • NEDC Hərəkət Dövrü:
  • Şəhər
    24.3 litres/100 km
  • Səhərdən Kənar
    11.0 litres/100 km
  • Qarışıq
    15.9 litres/100 km
  • CO2 Tullantısı (Qarışıq)
    350 g/km
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    29.8 litres/100 km
  • Orta
    17.4 litres/100 km
  • Yüksək
    13.3 litres/100 km
  • Cox Yüksək
    13.0 litres/100 km
  • Qarışıq
    16.2 litres/100 km
  • Qarışıq CO2
    365 g/km
  • Qət Edilən Məsaf
    593 km
  • Sərf dərəcəsi
    G

Qalereya