FLYING SPUR W12
[AZ] Flying Spur W12

FLYING SPUR W12

Flying Spur-ın sərt, müasir silueti həm kapotun altında olan kübar, ruhlandırıcı, tamötürücülü gücə, həm də daxildəki misilsiz dəbdəbəyə eyham vurur. Onu Flying Spur model sırasının gözəl əl işinin və dizaynının ən yüksək təzahüri hesab edin.

FƏRQİ HİSS EDİN

Flying Spur iri xrom toru və bamperin aşağı xrom əlavəsi daxil olmaqla bir neçə detal və xüsusiyyətləri birgə olaraq təklif edir. Nəticədə isə, o, səciyyəvi imkanlarını vurğulayan lehimli disklərin çeşidi ilə güclü lakin eyni zamanda dünyaya gözəl tərəfini göstərir.

MİSİLSİZ GÜC

Misilsiz gücün və onula eyni səviyyədə olan dəbdəbənin birləşməsini axtarırsınızsa, Flying Spur-ın təklif etdiyi fərqə əsl qiymət verəcəksiz. Avtomobilin ürəyi 800 Nm inanılmaz fırlanma anını təmin edən ikiturbinli 6,0 litr həcmində W12 mühərrikdir. Maksimal sürəti 199 mil/s (320 km/s) olaraq, Flying Spur-ın rəvan sürətlənməsi misilsizdir. Və bu fenomenal güc yanacağın müasir səmərəliliyi ilə birləşərək, hər birisi mükəmməlliyin müstəsna səviyyəsində təklif edilir.

TAM FƏRQLİ BİR DÜNYA

Flying Spur ilə tanış olun və tamamilə fərqli dünyanı kəşf edin. Salondakı hər bir detal usta sevgisi ilə hazırlanıb. Və şübhəsiz olaraq hərtərəfli texnologiya da istifadə üçün asandır və onunla təcrübəniz sadəcə zövq verir.

MULLINER DRIVING SPESİFİKASİYASI

Mulliner Driving Specification ilə Flying Spur Mulliner adı ilə əlaqəli olan fərdiləşdirmənin sürəkli ənənəsini davam etdirir. Kru şəhərində hazırlanan Mulliner həm əlavə xarici, həm də daxili xüsusiyyətləri təklif edir.
Buraya 21" diametrində 7 ədəd ikioxlu disklər və perforasiya edilmiş dəri ilə qapı panelləri daxildir.
Dəbdəbəli almaz formasında sarınmış oturacaqlar artıq daha müasir görünüş üçün daha kiçik sarınmanı təklif edir.
Sürücüyə sərbəst idarəetmə təcrübəsini əlavə edən qofralanmış ötürücü qolu və deşilmiş yüngül pedallar misilsiz dəbdəbə hissini daha da gücləndirə bilər.

Hər bir detal bu müstəsna avtomobili fərqləndirmək üçün hazırlanmışdır – Mulliner Driving Specification ilə Flying Spur həqiqətən dəbdəbəli sedanların zirvəsidir.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6-litre twin turbocharged W12
  • Transmissiya
    8-speed Quickshift automatic
  • Güc
    616bhp / 625 PS / 460kW @ 6000rpm
  • Fırlanma anı
    800Nm, 590 lb.ft @ 2000rpm
  • Tullantı səviyyəsi
    EU 6 / LEV II
  • Yanacaq
    98 (95) RON
Performans
  • Maksimal sürət
    199mph / 320km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 4.3 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 4.6 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5299mm / 208.6in
  • Güzgülərlə birgə eni
    2207mm / 86.9in
  • Bükülmüş güzgülərlə eni
    1984mm / 78.1in
  • Hündürlük
    1488mm / 58.6in
  • Çarx bazası
    3066mm / 120.7in
Yanacaq sərfi
  • Şəhər
    12.7mpg 22.2 litres/100km
  • Şəhərdən kənar
    27.7mpg 10.2 litres/100km
  • Qarışıq
    19.2mpg 14.7 litres/100km
  • C02 tullantıları (qarışıq)
    335g/km
  • Şəhərdə hərəkət
    12 mpg
  • Şəhərdən kənar hərəkət
    20 mpg
  • Qarışıq hərəkət
    15 mpg
  • Sərf dərəcəsi
    G