FLYING SPUR V8 MULLINER
Bentley-Flying-Spur-V8-Mulliner-front-three-quarters-in-Damson-purple-paint
Flying Spur V8 Mulliner - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 20,0; orta 13,3; yüksək 10,8; çox yüksək 11.2; qarışıq 12,7; qarışıq CO2 288 q/km; Qət edilən məsafə 709km

FLYING SPUR V8 MULLINER

Flying Spur Mulliner V8 avtomobili ən son avtomobil sənətkarlığını müasir 4,0 litrlik V8 mühərriki ilə birləşdirir. Nəticə isə əsl superkar performansı ilə birlikdə mükəmməl rahatlıq və sənətkarlıq təqdim edən lüks sedandır. Arxa oturacaqda əyləşməyi və ya avtomobili sürücünün idarə etməsini, yaxud sükanı özünüz idarə etməyi planlaşdırmağınızdan asılı olmayaraq, Flying Spur Mulliner V8 ilə səyahət etmək təcrübəsinə bənzər bir şey yoxdur.

Ətraflı məlumat üçün elə indi bizə +99412 4048282 telefon nömrəsinə zəng edin.

Zərif və müasir

Flying Spur Mulliner V8 sadəcə lüks avtomobil deyil. O, müasir avtomobil dizaynının heyrətamiz nümunəsidir. Yüksək keyfiyyətli alüminium panellərdən hazırlanmış, incə Mulliner detallarının əlavə edilməsi ilə vurğulanan avtomobil demək olar ki, qüsursuz görünüşə malikdir. Onun 22 düymlük cilalı təkərləri boz rənglə boyanmış millərin mərkəzində avtomatik tənzimlənən təkər qapaqları ilə təchiz olunmuşdur. Mulliner-in “ikili romb” oyuqlu dizaynı qanad boşluqları və öndəki radiator barmaqlığına tətbiq edilmişdir. Yuxarıda isə elektrik şəkildə yerləşdirilə və çıxarıla bilən işıqlı Bentley “Flying B” kapot maskotu var.

Zövqlə hazırlanmış salon

Əl işi olan məlumat paneli sizə 12,3 düymlük sensor ekran və ya üç xrom çərçivəli analoq manometr arasında seçim etmək imkanı verən gözəl, fırlanan displey - Bentley-nin Döndərilən displeyi ilə birgə xromlaşdırılmış, dəqiq yer alan havalandırma dəlikləri və xrom Mulliner şəffaf ekranını əhatə edir. Mühərriki söndürdüyünüz zaman, alətlər paneli əsas panelin qalan hissəsinə mükəmməl şəkildə uyğunlaşan, əl işi olan taxta paneli əks etdirərək əsas panelin arxasına qayıdır. Detallara olan bu diqqət baxdığınız hər yerdə - Breitling for Mulliner alətlər panelinin saatına uyğun olaraq yenidən işlənib hazırlanmış sürücünün alətlər ekranında olan rəqəmsal siferblatda belə özünü göstərir.

Siz səkkiz üçzolaqlı interyer rəng sxemlərindən seçim edə bilərsiniz. Vurğulanmış rəngdən hər biri Mulliner naxışlı oturacaqlara tətbiq olunan zolaqlarda istifadə olunub. Dəri qapı panelləri tikiş olmadan rombşəkilli tekstura şəklində hazırlanıb və onlara toxunmamaq həqiqətən qeyri-mümkündür. Ayaq boşluqlarında dərin xovlu Mulliner döşəmə örtükləri gözəl rahatlıq hissini artırır, panoramik lyuk isə salonu işıqlı edir və hətta salonun həm ön, həm də arxa hissəsini sanki daha geniş edir.

Salonun bütün uzunluğu boyunca təchiz olunmuş rombşəkilli mərkəzi konsolla ayrılan arxa oturacaqlarda isitmə, soyutma və masaj funksiyaları, həmçinin Mulliner xrom mozaikləri ilə tamamlanmış elektriklə təchiz olunmuş piknik masalarına çıxış var.

Avtomobil daxilində qurulmuş ən müasir texnologiya

Orta konsolda quraşdırılmış naqilsiz Sensor Ekran Pultu arxa oturacaqda əyləşən sərnişinlərə oturacaq idarəediciləri, səs sistemi və lyuk kimi bir çox vacib avtomobildaxili xüsusiyyətlərə çıxış imkanı verir. Bentley imzalı səs sistemindən tutmuş Bang və Olufsen və Naim-dən audiofil opsiyalarına qədər səs sistemləri arasından seçim edə bilərsiniz. Müasir səs izolyasiyası şəhərin səs-küyünü salona yaxın buraxmır, daxildə qurulmuş ionizator isə çöldə havanın keyfiyyətinin necə olmasından asılı olmayaraq, salon daxilində olan atmosferin hər zaman təmiz və təravətli olmasını təmin edir.

Valehedici güc və idarəetmə

Flying Spur Mulliner V8 avtomobili Bentley-nin ikiturbinli 4,0-litrlik V8 mühərriki ilə təchiz edilmişdir. Bu avtomobil üçün mövcud olan alternativ güc aqreqatlarından daha yüngül olan bu model həyəcanverici sürətlənməni həqiqətən çevik idarəetmə ilə birləşdirir. Onun maksimal sürəti 318 km/saatdır, 0-100 km/saat sadəcə 4,1 saniyədə əldə oluna bilər. Avtomobili İdman rejimində sürün və salonun inanılmaz səs izolyasiyasına baxmayaraq, ayağınızı üstünə basdığınız anda V8 mühərriklərinə xas olan ruhlandırıcı gurultu eşidəcəksiniz.

Özünüz üçün mükəmməl Flying Spur avtomobili yaradın

Flying Spur Mulliner V8 modelini Bentley-nin standart, genişləndirilmiş və Mulliner kimi tanınan üç rəng silsiləsindən istənilən rəngdə sifariş verə bilərsiniz, sizə 80-dən çox bitiş seçimi təqdim olunur. Təqdim etdiyiniz rəng nümunəsinə əsaslanaraq xüsusi rəng də sifariş etmək imkanı da var.

Salonun içərisində hər biri üç fərqli rəngdən ibarət olan səkkiz rəng zolağı var - əsas dəri rəngi, əlavə dəri rəngi və vurğulama rəngi. Hətta əsas torbalar və təqdimat qutusu bir-birinə uyğun şəkildə işlənilib hazırlanacaq.

Salon standart olaraq xromlaşdırılmış Mulliner şəffaf ekranı və Flying Spur Grand Black fanerləri ilə təchiz olunmuşdur, lakin istəsəniz, aşağıda qeyd olunmuş açıq məsaməli seçimlərdən tutmuş İkili Fanerlərə və Karbon Lifi və Mühərrikşəkilli Alüminium kimi texniki bitişlərə qədər Bentley silsiləsindən istənilən faneri seçə bilərsiniz.

Flying Spur Mulliner V8 haqqında ətraflı məlumat almaq üçün bizə birbaşa +99412 4048282 nömrəsinə zəng edin.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre Twin-turbocharged V8
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    550PS / 542bhp / 404kW @ 6000 rpm
  • Fırlanma anı
    770Nm, 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • Maksimal sürət
    198mph / 318km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 4.0 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 4.1 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5316mm / 209.29in
  • Güzgülərlə birgə eni
    2220mm / 87.40in
  • Bükülmüş güzgülərlə eni
    2013mm / 79.25in
  • Hündürlük
    1483mm / 58.39in
  • Çarx bazası
    3194mm / 125.75in
Yanacaq sərfi
  • NEDC Hərəkət Dövrü:
  • Şəhər
    16.5 litres/100km
  • Şəhərdən kənar
    8.8 litres/100km
  • Qarışıq
    11.6 litres/100km
  • CO2 tullantıları (qarışıq)
    270g/km
  • Qət Edilən Məsafə
    776 km
  • Sərf dərəcəsi
    E
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    20.0 litres/100 km
  • Orta
    13.3 litres/100 km
  • Yüksək
    10.8 litres/100 km
  • Cox Yüksək
    11.2 litres/100 km
  • Qarışıq
    12.7 litres/100 km
  • Qarışıq CO2
    288 g/km
  • Qət Edilən Məsafə
    709 km
  • Sərf dərəcəsi
    F

Qalereya

MƏLUMAT SORĞULAYIN

Bentley Flying Spur V8 Mulliner

*Mütləq sahə

Lütfən, məlumatınızı aşağıda daxil edin və biz sorğunuza dair kömək etmək üçün sizə bir azdan zəng edəcəyik. 

MARKETİNQ SEÇİMLƏRİ
Bentley xəbərlərini, məhsul və xidmət barədə məlumatı qəbul etməyə davam etmək üçün əlaqə üstünlüklərinizi aşağıda təqdim edin. Bentley-dən məlumatlara daxildir: eksklüziv Bentley xəbərləri, məhsulla bağlı məlumat, brend xəbərləri, müstəsna tədbirlərə dəvətlər, Bentley sahibliyinə dair xəbərlər və bizə Bentley-nin gələcəyini qurmağa kömək edəcək bazar araşdırmaları.

Mən Bentley-dən marketinq bildirişlərini almağa istərdim: