FLYING SPUR HİBRİD
Bentley-Flying-Spur-Hybrid-full-front-view-in-Viridian-paint

FLYING SPUR HİBRİD

Flying Spur Hibrid əl işi olan dəbdəbə və dayanıqlı dizaynın cəlbedici birləşməsini əks etdirir və Bentley-dən gözlədiyiniz heyranedici performansa güzəştə getmədən sizə emissiyasız idarəetmə imkanı yaradır. Avtomobili özünüz idarə etməyinizdən, yaxud sürücü tərəfindən idarə edilərək sərnişin olmağınızdan asılı olmayaraq, bu, misli görünməmiş avtomobildir.

Ətraflı məlumat üçün elə indi bizə +99412 4048282 telefon nömrəsinə zəng edin.

Uğurlu dizayn

Flying Spur belə geniş avtomobil üçün diqqət cəlb edən müasir profil verərək, uzun, alçaq dam cizgisinə və güclü arxa gövdəyə malikdir. Dünyanın istənilən yerində, istənilən avtomobil üçün yaradılmış ən böyük və superperformanslı alüminium korpus panellər sayəsində, onun parlaq səthi əyani şəkildə bütün uzunluğu boyunca uzanır. “Hibrid” ön palçıq nişanı elektrik imkanlarını aydın şəkildə ifadə edərək, avtomobili seyredənlərə tanıdır. Parlaq 20 düymlük disklər 21 və 22 düymlük seçimlər ilə standart kimi təqdim olunur.

İçəridə salon əl ilə hazırlanmış sakit dəbdəbəli məkanı xatırladır. Beş standart dəri rəngi seçimi sizi lüks məkan ilə təmin etmək üçün on müxtəlif vinirdən istənilən biri ilə uyğunlaşdırıla bilər. Əlavə vinir seçimlərinə mərkəzdən keçən incə xrom xətt ilə ayrılmış, kontrastlı parlaq qara taxta bitişi ilə uyğunlaşdırıla bilən ikili vinirlər daxildir.

Arxa oturacaqda lüks

Salonun arxasında sərnişinlər 14 formalı elektrik tənzimləmə və standart yaddaş parametrləri olan əsl rahat, kürsü komfortlu arxa oturacaqlarda əyləşə bilər. Super yumşaq Alcantara yastıqları ilə nəfis Nappa dərisindən hazırlanmış baş altlıqları olan Flying Spur Hibrid sərnişinlər üçün rahatlığın yeni səviyyələrini təmin edir. Bunu avtomobildə biznes-klas kimi fərz edin.

Simsiz Sensor Uzaqdan İdarəetmə arxa oturacaq sərnişinlərinin oturacaq masajından musiqi seçimi və kondisioner səviyyələrinə qədər salondakı əksər parametrləri tənzimləsinə imkan yaradır – ona görə də sürücünün fikrini yoldan yayındırmağa ehtiyac yoxdur.

İstəyə əsasən Bentley Arxa Əyləncə sistemi ön baş altlıqlarının arxasına quraşdırılmış iki yüksək ayırdetmə dəqiqliyinə malik 10.1 düymlük ekran əlavə edir. Yoldan olarkən filmlər, musiqi və digər media vasitələrindən yararlanması üçün sərnişinlərə mobil cihazlarından birbaşa məzmuna baxmağa imkan yaradır.

Flying Spur Hibrid Odissey Buraxılışı

Flying Spur Hibrid Odissey Buraxılışı Flying Spur Hibridin işıq üzü görməsini qeyd edir, eyni zamanda Bentley-nin gələcək dizayn istiqamətinə baxış nümayiş etdirir. Dayanıqlı dizaynı bütün formalarda nümayiş etdirmək üçün hazırlanmış bu avtomobil, avtomobil dünyasında bənzərsiz olan çoxsaylı əl işi xüsusiyyətləri və bitişləri ehtiva edir.

Parlaq toxunuşlarda boyanmış Pale Brodgar aksentləri, aşağı kuzov işləmələri və 21 düymlük on iki-tərəfli disklər eksteryerə sakitlik toxunuşu əlavə edir. Odissey Buraxılışı nişanlarında “D” sütunlarını görmək mümkündür, Odissey Buraxılışının qoruyucu lövhələri isə qapılar açılarkən görünür.

İçəridə hər biri 3D almaz teksturalı dəri bəzəklərinə malik olan beş üç-rəngli dəri sxemi seçimi mövcuddur. Eksklüziv işləmə bir-birinə gözəl şəkildə qarışmış ip rəngləri ehtiva edir, oturacaq arxaları və baş altlıqları üçün dəriyə dayanıqlı alternativ olan lokal mənşəli yun tüvid panelləri istifadə edilib. Tac formasında kəsilmiş Koa vinirləri minimal lak istifadə edən açıq məsaməli cilalamaya malikdir, bu isə bir daha ekoloji cəhətdən təmiz hesab edilir. Piano Linen vinir mərkəzi konsola taxtanın teksturası ilə mükəmməl şəkildə uyğunlaşan rahat, mirvari kimi bitiş verir.

Yeni növ güc

Flying Spur Hibrid təkcə elektrik gücü ilə idarə etmək imkanı ilə Bentley-dən gözlədiyiniz akselerasiyanı vermək üçün 2.9 litrlik ikili turbo enerjili benzin mühərriki ilə 100 kVt-lıq elektrik mühərrikini birləşdirir.

O, sabit vəziyyətdən sadəcə 4.1 saniyədə (4.3 saniyədə 0-100 km/s) 60 m/saata, maksimal sürəti isə 177 m/s (285 km/s) çatır. Elektrik mühərrikinin yardımı sayəsində, siz ayağınızı aşağı qoyan zaman ani akselerasiyanı hiss edəcəksiniz.

İdarə etməyin üç üsulu

Avtomobil mövcud elektrik gücündən ən yaxşı şəkildə faydalanmaq üçün üç idarəetmə rejiminə malikdir. Əvvəlcə elektrik gücü ilə hərəkətə keçib səyahətinizə başlamağa icazə verən EV Drive rejimi ilə işə düşür. Siz hətta benzin mühərrikini işə salmadan, magistral yol sürətləri ilə akselerasiya edə bilərsiniz. Hibrid rejimi avtomobilin elektrik gücündən nə zaman və harada istifadə etməyi seçmək, yaxud benzin mühərrikindən ümumiyyətlə istifadə edib-etməmək üçün İntellektual Naviqasiya sistemindən istifadə etməsinə icazə verir. Üçüncü rejim olan Saxlama rejimi akkumulyator gücünü daha sonrakı istifadə üçün saxlamaq məqsədilə benzin və elektrik gücünün fərqli balansından istifadə edir və elektrik gücünü intellektual, regenerativ əyləcləmə ilə tarazlaşdırır.

Təkmilləşmiş texnologiyanı sınaqdan keçirin

My Bentley smartfon tətbiqi ilə siz harada olmağınızdan asılı olmayaraq, istənilən vaxt nə qədər akkumulyatorunuzun qaldığını yoxlaya bilərsiniz. Ən yaxın doldurma məntəqələrinin harada olduğuna baxa və hətta park etdiyiniz yeri unutduğunuz halda, avtomobilinizi tapmaq üçün istifadə edə bilərsiniz. Bəzi sistemlər seçim zamanı aktivləşdirmək üçün proqramlaşdırıla bilər, ona görə də, avtomobilinizi uzaqdan doldura bilərsiniz (bir şərt ilə ki, adapterə qoşulmuş olsun). İçəri daxil olduğunuz zaman avtomobilin rahat olmasını təmin etmək üçün salonda temperaturun optimal səviyyəyə çatmasını istədiyiniz vaxtı təyin edə bilərsiniz. Sizi təhlükəsiz saxlamaqdan tutmuş həyatınızı Bentley ilə daha asan edən My Bentley tətbiqi Flying Spur avtomobilinin sahibliyinə ekstra imkan əlavə edir.

Seçimlər çoxdur

Flying Spur Hibrid sifariş etdiyiniz zaman, avtomobili fərdiləşdirmək üçün saysız seçimlər mövcuddur. Seçim etməyiniz üçün standart yeddi boya rəngi var, həmçinin 80-dən çox rəng seçimi ilə Bentley-nin geniş çeşidlərindən seçmə imkanınız mövcuddur. İki 21 düymlük disk mövcuddur, biri Cilalanmış On İki-Guşəli Disk və digəri tünd boz və cilalanmış metal bitişli On İki-Guşəli dizaynlı disklər. Mulliner İdarəetmə Xüsusiyyəti tam qara seçimlər daxil olmaqla, üç əlavə 22 düymlük disk ehtiva edir.* Digər tərəfdən, Blackline Xüsusiyyəti nişanlar istisna olmaqla, eksteryerin bütün parlaq cilalarını qara rəngə çevirir. Lakin bu, sadəcə səyahətin başlanğıcı idi. Flying Spur Hibrid haqqında ətraflı öyrənmək üçün bizə birbaşa +99412 4048282 nömrəsinə zəng edin.

*Disklərin mövcudluğu ölkə üzrə fərqlənir. Sizə təklif edə biləcəyimiz seçimləri təsdiqləmək üçün bizimlə əlaqə saxlayın.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    2.9 V6 TFSi engine combined with 100kW electric motor
  • Transmissiya
    8-speed Automatic Transmission
  • Güc (kombinə edilmiş)
    544 PS / 536 bhp / 400 kw
  • Güc (Petrol)
    416 PS / 410 bhp / 306 kw @ 5650 rpm
  • Güc (e-Drive)
    136 PS / 134 bhp / 100 kw
  • Fırlanma anı (kombinə edilmiş)
    750 Nm / 553 lb.ft
  • Fırlanma anı (Petrol)
    550 Nm / 406 lb.ft @ 5250 rpm
  • Fırlanma anı (e-Drive)
    400 Nm / 295 lb.ft
  • Batareya Gücü
    18.0 kWh
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    Benzin və Elektrik
Performans
  • Maksimal Sürət (Kombinə edilmiş)
    177 mph / 285 km/h
  • Maksimal Sürət (Yalnız Elektrik)
    87 mph / 140 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 4.1 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.3 secs
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5316mm / 209.29in
  • Güzgülərlə birgə eni
    2220mm / 87.4in
  • Bükülmüş güzgülərlə eni
    2013mm / 79.25in
  • Hündürlük
    1483mm / 58.39in
  • Çarx bazası
    3194mm / 125.75in

MƏLUMAT SORĞULAYIN

Bentley Flying Spur Hybrid

*Mütləq sahə

Lütfən, məlumatınızı aşağıda daxil edin və biz sorğunuza dair kömək etmək üçün sizə bir azdan zəng edəcəyik. 

MARKETİNQ SEÇİMLƏRİ
Bentley xəbərlərini, məhsul və xidmət barədə məlumatı qəbul etməyə davam etmək üçün əlaqə üstünlüklərinizi aşağıda təqdim edin. Bentley-dən məlumatlara daxildir: eksklüziv Bentley xəbərləri, məhsulla bağlı məlumat, brend xəbərləri, müstəsna tədbirlərə dəvətlər, Bentley sahibliyinə dair xəbərlər və bizə Bentley-nin gələcəyini qurmağa kömək edəcək bazar araşdırmaları.

Mən Bentley-dən marketinq bildirişlərini almağa istərdim: