FLYING SPUR
error_file_does_not_exist
Flying Spur - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 25,9; orta 16,0; yüksək 12,6; çox yüksək 12.3; qarışıq 15,0; qarışıq CO2 340 q/km; Qət edilən məsafə 600km

FLYING SPUR

Flying Spur dinamik performans və müasir ustalığın bənzərsiz birləşməsidir. Müasir dizayn və ilhamlanmış icra ilə onun intuitiv texnologiyası sizi avtomobilə və ətrafınızdakı dünya ilə əlaqəli saxlayır. İdarə etməyinizdən və ya avtomobildə getməyinizdən asılı olmayaraq zəngin təcrübə bəxş edir, çünki həyəcanverici olduğu kimi həm də incəliklə hazırlanıb. Bu heyranedici avtomobil haqqında ətraflı öyrənmək üçün lütfən, +99412 4048282 nömrəsi ilə bizə zəng edin və ya Bentley Baku ünvanında bizi ziyarət edin.

Müasir dizayn

Flying Spur avtomobilinin kəskin xətləri, incəldilmiş forması və balanslaşdırılmış proporsiyaları hakim varlıq yaratmaq üçün birləşib. İddialı dizayna şaquli qanadlı matris barmaqlıq, kəsilmiş kristal effektli fənərlər, standart kimi 21 düymlük ikili on guşəli parlaq boyalı disklər və şərti işıqlı Flying B maskotu daxildir.

İnteryerin müasir dizaynı həm sürücü, həm də sərnişinlər üçün təkmilləşdirilmiş və rahat mühit yaradır. İşıq panoramik şüşə damdan yenidən dizayn olunmuş kabinə daxil olur, cilalanmış və ya istəyə bağlı almaz ilə örtülmüş bitişdə mərkəz ventilyasiyalar ekstra detal səviyyəsi əlavə edir.

Harmoniyalı interyer ikili fleyta formalı oturacaqlara malikdir və ya siz qarışıq tikiş və işləməni özündə birləşdirən Dik Almazlı dizayn ilə Mulliner İdarəetmə Spesifikasiyasını seçə bilərsiniz.

Mürəkkəb performans

635 at gücü və 900 nm tork istehsal edən möhtəşəm 6.0 litrlik W12 mühərriki üzərində Flying Spur mürəkkəb və həyəcanverici idarəetmə təcrübəsi təmin edir. Zəhmətsiz akselerasiya ilə gücün görünən sonsuz dalğası sizi 3.7 saniyədə (3.8 saniyədə 0-dan 100 km/s-a qədər) 0-dan 60 km/s-a qədər və 207 mph (333 km/s) yüksək sürət ilə aparır.

Səkkiz sürətli dual mufta transmissiyası sürətli ötürücü dəyişdirmələri və rahat sürətlənməyə imkan yaradır. Altıncı ötürmədə maksimal sürətə çataraq, yeddinci və səkkizinci ötürmələrdə sürətlə gedərkən yanacaq sərfini azaldır. Əyləcə əsasən tork vektorizasiyası sistemi küncdən dönmə zamanı istənilən sürətdə təsirli çeviklik təmin etmək məqsədilə Bentley Dynamic Ride, 48V Elektron Aktiv Fırlanmaya Nəzarət sistemimiz ilə birgə işləyərək daxili təkərlərə əyləc tətbiq edir.

Dörd idarəetmə rejimi seçimi -Komfort, Sport, Bentley və Fərdi - idarəetmə təcrübəsini daha faydalı edəcək. Adaptiv Klapan Nəzarəti ilə avtomobilin səsini tənzimləməklə siz Sport rejimində daha aydın səsdən, Komfort rejimdə isə daha ehtiyatlı səsdən zövq ala bilərsiniz.

Qüsursuz texnologiya

Hər idarəetməni təkmilləşdirmək və səyahətinizə nəzarətin yeni səviyyələrini bəxş etmək üçün Flying Spur avtomobilinə innovativ texnologiya inteqrasiya edilib. Apple CarPlay® daxil olmaqla, My Bentley Qoşulmuş Avtomobil xüsusiyyətləri, Peyk xəritələri və Mənim avtomobilim statusu My Bentley proqramında mümkündür və sizi avtomobiliniz və ətrafdakı dünya ilə qüsursuz şəkildə əlaqələndirir. Eyni zamanda, Lokal təhlükə məlumatı və Fərdi eZəng köməyi kimi intellektual təhlükəsizlik sistemləri inamınızı artırır.

Şərti Dekorativ İşıqlandırma ilə atmosferik interyer işıqlandırmasını sazlayın və sevimli işıqlandırma konfiqurasiyalarını Uzaqdan Sensor Ekranında saxlayın. Standart kimi daxil edilmiş bu dəqiqliklə hazırlanmış ekran arxa mərkəzə birləşdirilib və arxa oturacaqlardan dam, ventilyasiya, əyləncə və daha çox şeyi idarə etməyinizə icazə verərək düyməyə toxunmaqla asanlıqla çıxarıla bilər.

Lokal təhlükə məlumatından tutmuş Smart LED matris fənərlərinə və şərti Gecə Görünüşü kamerasına kimi intellektual təhlükəsizlik sistemləri sizə yolda tam inam bəxş edir. Təkmilləşdirilmiş şəhərdə idarəetmə təcrübəsi üçün standart kimi daxil edilmiş Şəhər Spesifikasiyası Piyada Xəbərdarlığı, Yol İşarəsinin Tanınması və Yuxarıdan Görünüş Kamerası kimi xüsusiyyətlər ilə birgə təqdim olunur.

Apple CarPlay® Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.

Sonsuz fərdiləşdirmə

Onu tamamilə özününküləşdirmək Flying Spur avtomobilinin fərqli gözəlliyinin bir hissəsidir. 16 rəngdən ibarət standart palitra genişləndirilmiş və Mulliner diapazonundan seçim etdiyiniz zaman ümumi 80 rəngə qədər genişlənə bilər.

Flying Spur avtomobilinin balanslaşdırılmış proporsiyalarının və unikal xarakterini bitiş seçimləri mümkün olan iki eksklüziv 21 inçlik iki guşəli yüngüllehimli disklər tamamlayır. Burada həmçinin Mulliner İdarəetmə Spesifikasiyası ilə iki bitiş seçimində mümkün olan 22 inçlik disklər var.

Salonun içərisində isə siz iki ikitonlu üslubla 15 dəri çalarından seçim edə bilərsiniz. Bəzi idarəetmələrdə standart olan almaz formalı çıxıntı ahəngdar görünüş üçün illumunatora və mərkəzi ventilyasiyalara qədər uzadıla bilər. Səkkiz olduqca parlaq vinirlə üç yeni açıq məsaməli vinir seçimi, xromlaşdırılmış incə zolaq seçimi və Mulliner tərəfindən yeddi İkili Vinir mövcuddur.

Bu avtomobili mütləq dörd qapılı qrand səyahətçiyə çevirən performans və ustalığın cəlbedici birləşməsini sınaqdan keçirin. Flying Spur haqqında öyrənmək üçün lütfən, +99412 4048282 nömrəsindən bizə zəng edin.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6-litre twin turbocharged W12
  • Transmissiya
    8-speed Quickshift automatic
  • Güc
    635PS / 626bhp / 467kW @ 6000 rpm
  • Fırlanma anı
    900Nm, 664 lb.ft @ 1500-5000 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • Maksimal sürət
    207mph / 333km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 3.7 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 3.8 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5316mm / 209.29in
  • Güzgülərlə birgə eni
    2220mm / 87.4in
  • Bükülmüş güzgülərlə eni
    2013mm / 79.25in
  • Hündürlük
    1483mm / 58.39in
  • Çarx bazası
    3194mm / 125.75in
Yanacaq sərfi
  • NEDC Hərəkət Dövrü:
  • Şəhər
    19,5 litres/100km
  • Şəhərdən kənar
    10,7 litres/100km
  • Qarışıq
    14,0 litres/100km
  • CO2 tullantıları (qarışıq)
    320g/km
  • Qət Edilən Məsafə
    643 km
  • Sərf dərəcəsi
    G
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    25,9 litres/100 km
  • Orta
    16,0 litres/100 km
  • Yüksək
    12,6 litres/100 km
  • Cox Yüksək
    12,3 litres/100 km
  • Qarışıq
    15,0 litres/100 km
  • Qarışıq CO2
    340 g/km
  • Qət Edilən Məsafə
    600 km
  • Sərf dərəcəsi
    G

Qalereya

MƏLUMAT SORĞULAYIN

Bentley Flying Spur

*Mütləq sahə

Lütfən, məlumatınızı aşağıda daxil edin və biz sorğunuza dair kömək etmək üçün sizə bir azdan zəng edəcəyik. 

MARKETİNQ SEÇİMLƏRİ
Bentley xəbərlərini, məhsul və xidmət barədə məlumatı qəbul etməyə davam etmək üçün əlaqə üstünlüklərinizi aşağıda təqdim edin. Bentley-dən məlumatlara daxildir: eksklüziv Bentley xəbərləri, məhsulla bağlı məlumat, brend xəbərləri, müstəsna tədbirlərə dəvətlər, Bentley sahibliyinə dair xəbərlər və bizə Bentley-nin gələcəyini qurmağa kömək edəcək bazar araşdırmaları.

Mən Bentley-dən marketinq bildirişlərini almağa istərdim: