CONTINENTAL GT V8 MULLINER
Bentley Continental seriyasının tamamilə yenilənmiş dəbdəbəli Continental GT V8 Mulliner modelini təqdim edirik.
Continental GT seriyasının hamar və mükəmməl şəkildə formalaşdırılmış cizgiləri ilə bəzədilmiş bu bənzərsiz model avtomobil salonunun qurulması üzrə dünyanın ən məşhur markası olan Bentley Mulliner tərəfindən Kru şəhərində əllə hazırlanıb. Avtomobilin özünəməxsus detalları və nizamlana bilən parametrləri həddindən artıq dəbdəbəli qran-turizm sinfinin yeni standartını müəyyən etməklə unikal istəklərinizin nəzərə alınmasına şərait yaradır.
Bu gün Bentley Baku ilə görüş təşkil etməklə bu heyrətamiz avtomobili özünüz kəşf edin. Sadəcə olaraq +99412 4048282nömrəsi ilə əlaqə saxlayın və ya öz məlumatlarınızı aşağı hissəyə daxil edin.
Xüsusi olaraq seçilmiş, əllə hazırlanmış və kolleksiyaçıları cəlb edəcək model
Radiator toru, qanad boşluqları və parlaq gümüşü rəngli xarici arxa görüntü güzgülərinin üzərindəki eksklüziv Mulliner detallarından tutmuş salonun içərisini bəzəyən tamamilə yeni dekorativ işləmələrə qədər Continental GT V8 Mulliner modeli Bentley markasının Continental ailəsinin flaqmanı kimi çıxış edir.
Tamamilə yeni mərkəzi pult və idarəetmə paneli içəriyə daxil olan kimi insanı cəlb edir. Xromlaşdırılmış çərçivəyə malik cilalanmış gümüşü Mulliner siferblatı üçün eksklüziv olaraq hazırlanmış Breitling saatı mərkəzi pultun almazdan hazırlanmış yeni texniki bölməsini tamamlayır. “Grand Black” üzlüklü ön panelinə üzərinə həkk olunmuş zərif və heyranedici siluet Bentley Mulliner modelinin sahib olduğu detallara diqqət çəkmək üçün nəzərdə tutulub.
400.000-ə qədər tikişlə avtomobilin salonu boyunca Bentley Mulliner seriyası üçün səciyyəvi olan “romb içərisində romb” konsepsiyası yaradılmışdır. Bu prosesin tamamlanması üçün 18 ay vaxt sərf olunub. Bundan əlavə, salon içərisində müxtəlif işıqlandırma atmosferləri yaratmaq üçün 3D formatlı dekorativ işıqlandırmanı tənzimləmək mümkündür. Ənənəvi sənətkarlıq üsulları ilə innovativ dizaynın bu cür kombinasiyası nəticəsində bənzərsiz avtomobil modeli yaradılıb.
Öz avtomobilinizi başdan-ayağa özünüz dizayn edin
Rəng çalarlarından təzadlı tikişlərə, dəridən panellərə qədər Continental GT V8 Mulliner modelində modifikasiya imkanları bənzərsizdir.
Salona daxil olan zaman qapının LED işıqları Bentley markasının ikonik simvolunu yerə əks etdirir. Astananın işıqlanan qoruyucu lövhələri və dekorativ işıqlandırmanın 14 rəng çaları isə avtomobilin atmosferinə nəzarət edərək hər bir səfərdə tamamilə fərqli ab-hava yaşamağa imkan verir.
3 rəngdən ibarət səkkiz ədəd oturacaq və örtük kombinasiyaları interyerin sizin tərəfinizdən dizayn olunmasına şərait yaradır. Bu cür xüsusi rəng bölgülərinin hər biri unikal təzada və vurğu işlənməsinə malik olan əsas, ikinci və üçüncü dərəcəli dəri işləmələrindən ibarət olmaqla əlavə dərinlik və obrazlılıq yaradır. Amalfi sahillərindən gecələr səmanı işıqlandıran ən parlaq ulduz olan Siriusa qədər müxtəlif təbii elementlərdən ilham alınaraq yaradılan bu cür gözəl rəng çalarları öz xüsusi interyerinizi yaratmaq üçün sizə tam azadlıq verir. Başqa sözlə, bu, tamamilə yenilənmiş dəbdəbəli modeldir.
Bentley konfiquratoruna daxil olaraq Continental GT V8 Mulliner modelinin xüsusi tikiş üsullarını kəşf edə bilərsiniz.
Fərqli və eksklüziv
Mulliner seriyasının qaçırmaq istəməyəcəyiniz yenilənmiş detalları avtomobilin həm interyeri, həm də eksteryerini Mulliner markalı qanad boşluqları, naxışlı başaltılar və “romb içərisində romb” konsepsiyası əsasında dizayn edilən ön radiator toru ilə digərlərindən fərqləndirir. Boyanmış və cilalanmış tamamilə yeni 10 milli 22 düyüm Mulliner təkərləri avtomobili yolda daha da nəzərəçarpan edir.
Continental GT V8 Mulliner modelinin sahiblərinə həmçinin xatirə kimi seçdikləri interyerin unikal rəng kombinasiyasına uyğun gələn iki açar yuvası olan hədiyyə qutusu veriləcəkdir. Bu, müştərilərə bənzərsiz hislər yaşatmaq üçün görə biləcəyimiz tədbirlərdən sadəcə biridir.
Avtomobilinizin ən incə detallarını hazırlayan zaman Bentley şirkətinin Mulliner modeli üzrə fərdi istismar prosesində iştirak edərək onlayn konfiquratorun sərhədlərindən kənara çıxmaqla arzuladığınız avtomobili reallığa çevirmək üçün dizayner və mühəndislərlə əməkdaşlıq edə bilərsiniz. Sadəcə buraya daxil olaraq Bentley Baku ilə əlaqə saxlaya və əlavə məlumat əldə edə bilərsiniz.
Möhtəşəm performans
Continental GT Mulliner modelinin tamamilə yenilənmiş və həddindən artıq çevik olan V8 mühərriki sürəti 4,0 saniyədə 100 km/saat-a qədər artırmağa imkan verir. Maksimum sürət həddi isə 318 km/saat təşkil edir.
Continental GT V8 Mulliner* modeli avtomobilin idarə edilməsinin verdiyi həzzi artırmaq üçün standart olaraq Bentley şirkətinin bütün hallarda optimal rahatlıq və dinamik çeviklik təmin edən Dynamic Ride (təkər oxuna aktiv nəzarət) sistemi ilə təchiz olunub. Bu, həmçinin “Comfort” (rahat), “Sport” (idman), “Bentley” və “Custom” (xüsusi) rejimlərində avtomobili idarə etməyə imkan verir.
Sükan arxasına keçərək modelin hərəkətləndirici gücünü sınaqdan keçirmək üçün aşağıdakı anket vasitəsilə bizimlə əlaqə saxlayaraq sınaq yürüşü təşkil edə bilərsiniz.
*Bentley Dynamic Ride sisteminin standartlaşdırılması bazara görə dəyişir.

Texniki xüsusiyyət
Mühərrik
- Mühərrik4.0 litre twin-turbocharged V8
- Transmissiya8-speed Dual Clutch
- Güc550 PS / 404 kW / 542 bhp @ 6000 rpm
- Fırlanma anı770 Nm, 568 lb.ft @ 2000-4500 rpm
- Tullantı səviyyəsiEU 6
- Yanacaq98 (95) RON
Performans
- Maksimal sürət198 mph / 318 km/h
- Sürətlənmə mil/s0 - 60 mph 3.9 secs
- Sürətlənmə km/s0 - 100 km/h 4.0 secs
Ölçülər
- Ban üslubuCoupé
- Ümumi uzunluq4850mm / 190.94in
- Güzgülərlə birgə eni2187mm / 86.1in
- Bükülmüş güzgülərlə eni1966mm / 77.4in
- Hündürlük1405mm / 55.31in
- Çarx bazası2851mm / 112.24in
Yanacaq sərfi
- *NEDC Hərəkət Dövrü:
- Şəhər16.2 litres/100km
- Şəhərdən kənar8.5 litres/100km
- Qarışıq11.3 litres/100km
- CO2 tullantıları (qarışıq)263g/km
- Qət Edilən Məsafə796 km
- Sərf dərəcəsiF
- WLTP Hərəkət Dövrü:
- Aşağı19.4 litres/100 km
- Orta12.5 litres/100 km
- Yüksək10.3 litres/100 km
- Cox Yüksək10.7 litres/100 km
- Qarışıq12.1 litres/100 km
- Qarışıq CO2275 g/km
- Qət Edilən Məsafə744 km
- Sərf dərəcəsiF
- *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.
Qalereya
Continental GT V8 Mulliner - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 19,4; orta 12,5; yüksək 10,3; çox yüksək 10,7; qarışıq 12,1; qarışıq CO₂ 275 q/km; Qət edilən məsafə 744km