CONTINENTAL GTC
Continental GTC (V8) WLTP hərəkət dövrü: yanacaq sərfi, l/100km - Qarışıq 12.5. Qarışıq CO₂ Emissiyaları - 284 g/km.

CONTINENTAL GTC

Ümumi təsvir

Continental GTC modeli Continental GT-nin kabriolet versiyasıdır - bir çoxları tərəfindən əla lüks qrand-turer hesab olunur. Bu o deməkdir ki, o, performans, sənətkarlıq və zərif dizaynın inanılmaz birləşməsini özündə cəmləçdirərək sizə avtomobilin damı endirilmiş vəziyyətdə bütün bunlardan həzz almaq imkanı verir.

Continental GTC avtomobili əsas diqqəti komforta verən Continental GTC Azure, əsas diqqəti performansa verən Continental GTC Speed və kabriolet avtomobilin zirvəsi olan Continental GTC Mulliner-i əhatə edən dörd kabriolet modeldən biridir.

Continental GTC haqqında daha çox məlumat almaq və test-drayv təşkil etmək üçün bu gün bizimlə əlaqə saxlayın.

Dizayn

Avtomobili istər damı açıq, istərsə də qapalı şəkildə idarə etməyi seçməyinizdən asılı olmayaraq, Continental GTC həqiqətən heyrətamiz avtomobildir. Avtomobili istər damı açıq, istərsə də qapalı şəkildə idarə etməyi seçməyinizdən asılı olmayaraq, Continental GTC həqiqətən heyrətamiz avtomobildir. Eksteryer detallarının əksəriyyəti cilalanmış xromla işlənilib, matrisin ön radiator barmaqlığı da xromla əhatə olunub və parlaq qara rəngdədir. 21 düymlük beşmilli təkərlər və elliptik dördbucaqlı səsboğucular yalnız onun heyrətamiz görünüşünü artırır. Salonda əllə işlənmiş şponlar mərkəzi konsoldan yuxarı qalxır və rəvan şəkildə qapılara doğru uzanır. Əllə işlənmiş dəri oturacaqlar seçdiyiniz naxış, zolaq və ya kontrast tikişlərlə bəzədilə bilər, zəngin interyer seçimləri isə avtomobilinizi zövqünüzə uyğun fərdiləşdirə biləcəyinizi təmin edir.

Continental GTC modeli ilə bağlı fərdiləşdirmə seçimləri haqqında ətraflı öyrənmək üçün bizimlə bu gün əlaqə saxlayın.

Performans

İki turbinli V8 mühərriki 550 at gücü və 770 Nm fırlanma anı ilə təqdim olunur ki, bu da avtomobilə 4,1 saniyə ərzində 0-100 km/saat sürət yığmağa və bu sürəti maksimal olaraq 318 km/saata qədər artırmağa imkan verir*.

Avtomatik işəsalma/dayandırma və güc tələb olunmayanda səkkiz silindrdən dördünü söndürən, lazım olduqda onları avtomatik olaraq yenidən işə salan dəyişən iş həcmi sistemi sayəsində mühərrik öz ölçüsünə görə olduqca səmərəlidir.

Dörd idarəetmə rejimi sizə avtomobilin xüsusiyyətlərini tənzimləməyə imkan verir. İdman rejimi olduqca reaktiv sürüş təqdim edir, Komfort rejimi isə zərif sürüşə üstünlük verir. Bentley rejimi ikisi arasında tarazlığı təklif edir, Fərdi rejimi isə avtomobilin parametrlərini zövqünüzə uyğun konfiqurasiya etməyə imkan verməklə effektiv şəkildə fərdi idarəetmə rejiminizi yaradır.

Bentley Dynamic Ride digər vaxtlarda gəzinti rahatlığına xələl gətirmədən, döngələr zamanı avtomobilin tarazlıq səviyyəsini saxlamaq üçün nəzərdə tutulmuş istəyə bağlı elektron fırlanmaya nəzarət sistemidir.

*Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət

Texnologiya

Continental GTC-nin şübhəsiz ki, ən yaxşı cəhəti onu üstü açıq vəziyyətdə sürmək imkanıdır – buna görə də o, bütün il boyu avtomobilin üstü açıq sürülməsini dəstəkləmək üçün hazırlanmışdır. Qızdırılan qoltuqaltılar soyuq günlərdə özünüzü rahat hiss etməyinizə kömək edəcək, havalandırılan oturacaqlar isə isti havada sizi sərin saxlayacaq. Siz hətta avtomobil hərəkətdə olarkən 50 km/saata qədər sürətlə damı açıb bağlaya bilərsiniz - beləliklə, hava dəyişərsə, dayanmağa ehtiyac yoxdur.

Avtomobilin özünün Wi-Fi giriş nöqtəsi, həmçinin Apple CarPlay* və uyğun smartfonlar üçün naqilsiz şarj etmə imkanı var. Qoşulu xidmətlərə onlayn radio kimi peyk naviqasiyası üçün naqilsiz şəbəkə vasitəsilə xəritə yeniləmələri daxildir. Seçim etmək üçün üç inanılmaz səs sistemi də mövcuddur. Bentley-nin Signature Audio sistemi standart şəkildə quraşdırılıb. Siz onu Bang & Olufsen for Bentley və ya ən yüksək səs keyfiyyəti üçün 20 kanallı Naim for Bentley sisteminə yeniləşdirə bilərsiniz.

*Apple CarPlay, Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.

Fərdiləşdirmə

Siz yeddi standart eksteryer rəngindən birini seçə bilərsiniz. Bentley-nin geniş çeşidli boyalarını, o cümlədən Mulliner-dən atlas və mirvari rəngli işləmələri nəzərə alsaq, bu rəqəm 80-dən yuxarı qalxır. Dam üçün eyni tonlu rənglər və müasir parça da daxil olmaqla yeddi xarici parçadan birini seçə bilərsiniz.

Bir neçə təkər dizaynı mövcuddur və əlavə dayanma gücü üçün siz parlaq qırmızı və ya qara tutqacları olan Karbon Keramika Əyləcləri əlavə edə bilərsiniz. Digər sifarişli xüsusiyyətlərə LED Salamlama Lampaları, panoramik dam və ya avtomobilin eksteryerinə parlaq karbon lifli asqı əlavə edən Styling Spesifikasiyası daxildir.

Siz Bentley-nin Blackline Spesifikasiyası ilə xrom eksteryer detalları heyrətamiz qara işləmə ilə əvəz edə bilərsiniz. Parlaq rəngli avtomobildə qara detallar ona kontrast əlavə edir, daha tünd rəngli avtomobildə isə ona daha zərif, gizli görünüş verir.

İnteryer həm də heyrətamizdir, sizə seçim etmək üçün beş dəri rəngi, o cümlədən zəngin, qara Beluga və tünd qırmızı Cricket Ball təqdim olunur. Beş interyer dam rəngi sizə daha çox fərdiləşdirmə etmək imkanı, ixitiyari Rəng Spesifikasiyası isə Bentley-nin bütün dəri rəngləri və rəng bölgüləri arasından seçim etmək imkanı verir.

Ön panel, konsol və qapı panelləri üçün geniş çeşiddə şpon seçə bilərsiniz. Əlavə fərdiləşdirmə üçün Bentley-nin şəxsi istismar bölməsi Mulliner sizə həqiqətən unikal avtomobil yaratmağınıza kömək edə bilər.

Continental GTC üçün mövcud seçimlər haqqında daha çox məlumat almaq və ya Mulliner ekspertlərimizlə danışmaq üçün bu gün bizimlə əlaqə saxlayın.

Mühərrik və texniki spesifikasiyalar

İki turbinli 4,0 litrlik V8 benzin mühərriki ilə təchiz edilmiş Continental GTC avtomobili sizi 318 km/saat sürətlə aparmaq gücünə malikdir*.

*Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət

Qalereya

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    550 PS / 404 kW / 542 bhp @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm, 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • *Maksimal sürət
    198 mph / 318 km/h
  • *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət
  • Sürətlənmə mil/s
    0 - 60 mph 4.0 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.1 secs
Ölçülər
  • Ban üslubu
    Convertible
  • Ümumi uzunluq
    4850mm / 190.94in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Bükülmüş güzgülərlə eni
    1964mm / 77.32in
  • Hündürlük
    1399mm / 55.08in
  • Çarx bazası
    2849mm / 112.17in
Yanacaq sərfi
  • *NEDC Hərəkət Dövrü:
  • Şəhər
    16.6 l/100 km
  • Şəhərdən kənar
    8.9 l/100 km
  • Qarışıq
    11.7 l/100 km
  • CO2 tullantıları (qarışıq)
    266g/km
  • Qət Edilən Məsafə
    769 km
  • Sərf dərəcəsi
    E
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    20.2 l/100 km
  • Orta
    13.0 l/100 km
  • Yüksək
    10.7 l/100 km
  • Cox Yüksək
    10.9 l/100 km
  • Qarışıq
    12.5 l/100 km
  • Qarışıq CO2
    284 g/km
  • Qət Edilən Məsafə
    720 km
  • Sərf dərəcəsi
    F
  • *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.

MƏLUMAT SORĞULAYIN