CONTINENTAL GT
Continental GT (V8) WLTP hərəkət dövrü: yanacaq sərfi, l/100km - Qarışıq 12.1. Qarışıq CO₂ Emissiyaları - 275 g/km.

CONTINENTAL GT

Ümumi təsvir

Continental GT-ni Britaniyanın tipik qrand-tureri kimi təsəvvür edə bilərsiniz. Heç bir başqa avtomobil belə inanılmaz sənətkarlıq və komfortu bu qədər heyrətamiz performansla birləşdirə bilməz. Avtomobili məşhurlaşdıran zərif dizayna isə söz ola bilməz. Dəbdəbə, güc və praktikliyin ideal balansını təklif edən Continental GT avtomobili Continental GT seriyasındakı dörd modeldən biridir. O, əlavə komfort və əhval-ruhiyyənin yüksəldilməsi xüsusiyyətləri, olduqca güclü Continental GT Speed və GT sənətkarlığının zirvəsi olan tayı-bərabəri olmayan Continental GT Mulliner-i özündə cəmləşdirən Continental GT Azure ilə rəqabət aparır.

Continental GT haqqında daha çox məlumat almaq və test-drayv təşkil etmək üçün bu gün bizimlə əlaqə saxlayın.

Dizayn

Continental GT modelinin istənilən yerinə baxsanız, son iki onilliyin ən çox bəyənilən avtomobil dizaynlarından birinə töhfə verən detalları görəcəksiniz. Onlar parıltılı qara rəngdə olan Bentley matrisşəkilli barmaqlıq və elliptik dördçıxışlı borulardan tutmuş standart olaraq quraşdırılmış 21 düymlük beş üçmilli təkərlərə qədər dəyişir. Avtomobilin bu eksteryer detallarının əksəriyyəti cilalanmış xromla tamamlansa da, xromu qara rəngə dəyişdirən Blackline Spesifikasiyasını əlavə etmək seçimi də mövcuddur.

Avtomobilin içərisində Crown Cut Walnut şponları mərkəzi konsoldan ön panel və qapılara qədər uzanaraq ecazkar şəkildə genişlənir. Alternativlərə parlaq metal örtüklərlə təchiz oluna bilən yüksək parlaqlı taxtalar, daha minimalist hisslər üçün açıq məsaməli taxtalar və karbon lifi də daxil olmaqla texniki materiallar seçimi daxildir. Beluga, dolğun qara və Cricket Ball, tünd qırmızı daxil olmaqla, beş gözəl dəri üzlük rəngi mövcuddur. Sizə gözəl bitiş toxunuşu əlavə etmək seçimi verən bəzəklər, zolaqlar və kontrastlı tikişlər də seçim kimi mövcuddur.

Continental GT modeli ilə bağlı fərdiləşdirmə seçimləri haqqında ətraflı öyrənmək üçün bizimlə bu gün əlaqə saxlayın.

Performans

Dəbli olmaqla yanaşı, Continental GT həm də 550 a.g., 4,0 saniyəyə 0-100 km/saat sürət yığmaqla və maksimal 318 km/saat əldə edən sürətə malik olan olduqca güclü avtomobildir*. İdman rejimində avtomobil olduqca manevrli sürücülük təcrübəsi təklif edir, Komfort rejimi isə hərəkət rahatlığına üstünlük verir. Bentley rejimi bu ikisinin optimal qarışığını təqdim edir və Fərdi rejimi isə parametrləri dəqiq tənzimləməklə öz rejiminizi yaratmağa imkan verir.

Sifarişli Bentley Dynamic Ride fırlanmaya nəzarət sistemi döngə götürərkən məhdud kuzov yuvarlanması ilə avtomobilin tarazlığını saxlayır və düz yolda sürərkən olan hərəkət rahatlığını pozmur.

*Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət

Texnologiya

Continental GT telefonunuzla tam inteqrasiyaya imkan vermək üçün Apple CarPlay* ilə təchiz olunub. Siz uyğun telefonları naqilsiz doldurma funksiyası ilə doldura bilərsiniz və siqnal olarsa daxildə qurulmuş Wi-Fi giriş nöqtəsi sayəsində avtomobildə internetdən həzz ala bilərsiniz. My Bentley funksiyasına qoşulmuş xidmətlərə onlayn radio və peyk naviqasiyası üçün naqilsiz şəbəkə vasitəsilə xəritə yeniləmələri daxildir.

City (Şəhər) Spesifikasiyası standart şəkildə qurulub. Şəhərdə sürülmək üçün inteqrasiya edilmiş avtomobil 360º Üst Görünüş Kamerası, Parklama Yardımı, geriyə dönərkən qarşılaşa biləcəyiniz maneələr barədə xəbərdarlıqlar və Yol-hərəkət nişanının tanınması** daxildir.

*Apple CarPlay, Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.
**Android, Google LLC-nin əmtəə nişanıdır.

Fərdiləşdirmə

Continental GT zövqünüzü əks etdirməlidir və Bentley geniş fərdiləşdirmə seçimləri ilə bunu asanlaşdırır. Bu, əlbəttə ki, avtomobilinizin rəngindən başlayır və burada seçim ən azı təsirlidir. Standart olaraq təklif olunan yeddi rənglə yanaşı, geniş çeşiddə olan variantları, həmçinin Mulliner-dən atlas və mirvari rəngli işləmələri nəzərdən keçirdiyiniz zaman seçmək üçün 80-dən çox rəng var.

Bir neçə təkər dizaynı mövcuddur və əlavə dayanma gücü üçün siz parlaq qırmızı və ya qara tutqacları olan Karbon Keramika Əyləcləri əlavə edə bilərsiniz. Digər sifarişli xüsusiyyətlərə LED Salamlama Lampaları, panoramik dam və ya avtomobilin eksteryerinə parlaq karbon lifli asqı əlavə edən Styling Spesifikasiyası daxildir.

Salonun içərisində siz geniş çeşiddə dərilər, tikiş üslubları, zolaqlar və naxışlar, o cümlədən elektriklə tənzimlənən başlaltılar, yastıqlar və yan dayaqlar, habelə ventilyasiya və masaj funksiyaları əlavə edən Ön Oturacaqlarının Rahatlığı Spesifikasiyası daxil olmaqla texnoloji opsiyalar arasından seçim edə bilərsiniz.

Continental GT üçün mövcud seçimlər haqqında ətraflı məlumat almaq və ya fərdi funksiyalar və işləmələr haqqında Mulliner ekspertlərimizlə danışmaq üçün bizimlə bu gün əlaqə saxlayın.

Mühərrik və texniki spesifikasiyalar

İki turbinli 4,0 litrlik V8 benzin mühərriki ilə təchiz edilmiş Continental GT avtomobili sizi 318 km/saat sürətlə aparmaq gücünə malikdir*.

*Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət

Qalereya

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    550 PS / 404 kW / 542 bhp @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm, 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6
  • Yanacaq
    98 (95) RON
Performans
  • *Maksimal sürət
    198 mph / 318 km/h
  • *Orijinal avadanlıq kimi quraşdırılmış yay təkərləri ilə maksimal sürət
  • Sürətlənmə mil/s
    0 - 60 mph 3.9 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.0 secs
Ölçülər
  • Ban üslubu
    Coupé
  • Ümumi uzunluq
    4850mm / 190.94in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Bükülmüş güzgülərlə eni
    1966mm / 77.4in
  • Hündürlük
    1405mm / 55.31in
  • Çarx bazası
    2851mm / 112.24in
Yanacaq sərfi
  • *NEDC Hərəkət Dövrü:
  • Şəhər
    16.2 l/100 km
  • Şəhərdən kənar
    8.5 l/100 km
  • Qarışıq
    11.3 l/100 km
  • CO2 tullantıları (qarışıq)
    263g/km
  • Qət Edilən Məsafə
    796 km
  • Sərf dərəcəsi
    F
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    19.4 l/100 km
  • Orta
    12.5 l/100 km
  • Yüksək
    10.3 l/100 km
  • Cox Yüksək
    10.7 l/100 km
  • Qarışıq
    12.1 l/100 km
  • Qarışıq CO2
    275 g/km
  • Qət Edilən Məsafə
    744 km
  • Sərf dərəcəsi
    F
  • *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.

MƏLUMAT SORĞULAYIN

*Mütləq sahə

Lütfən, məlumatınızı aşağıda daxil edin və biz sorğunuza dair kömək etmək üçün sizə bir azdan zəng edəcəyik. 

MARKETİNQ SEÇİMLƏRİ
Bentley xəbərlərini, məhsul və xidmət barədə məlumatı qəbul etməyə davam etmək üçün əlaqə üstünlüklərinizi aşağıda təqdim edin. Bentley-dən məlumatlara daxildir: eksklüziv Bentley xəbərləri, məhsulla bağlı məlumat, brend xəbərləri, müstəsna tədbirlərə dəvətlər, Bentley sahibliyinə dair xəbərlər və bizə Bentley-nin gələcəyini qurmağa kömək edəcək bazar araşdırmaları.

Mən Bentley-dən marketinq bildirişlərini almağa istərdim: