CONTINENTAL GT MULLINER CONVERTIBLE
Avtomobil kuzovunun qurulması üzrə dünyada ən qədim və ən məşhur olan misilsiz Bentley Mulliner ekspertizası əsasında yaradılmış eksklüziv Continental GT Mulliner Convertible kabrioleti sizə bənzərsiz və dəbdəbəli gran-turizm təcrübəsini yaşadacaqdır.
Bentley Continental seriyasının bu modeli bütün səviyyələrdə avtomobilin açıq havada idarə olunmasından zövq almağınıza şərait yaradır. Xüsusi detalları və nəfəs kəsən performansından tutmuş tənzimlənə bilən parametrləri və mükəmməl rahatlığa qədər zövqünüzə uyğun hazırlanmış nadir Mulliner modelinə artıq sahib ola bilərsiniz.
Bu gün Bentley Baku ilə görüş təşkil etməklə Continental GT Mulliner Convertible kabrioletini özünüz kəşf edin. Bentley ilə öz qeyri-adi səyahətinizə başlamaq üçün sadəcə olaraq +99412 4048282 nömrəsi ilə əlaqə saxlayın və ya öz məlumatlarınızı aşağı hissəyə daxil edin.
Zamanın tələblərinə uyğun hazırlanmış əl işi
Əllə tikilmiş tavan örtüyü Continental GT Mulliner Convertible kabrioletinə özəl olaraq hazırlanıb. Bu cür mürəkkəb və dəbdəbəli tikiş üsulu özündə təzad və vurğu işlənməsini birləşdirməklə gözlə görə və toxunaraq hiss edə biləcəyiniz işləmələr üçün Bentley markasının özünəməxsus “romb içərisində romb” naxış konsepsiyasını yaradır.
Bu qran-turizm avtomobilinin hər bir millimetri diqqətlə nəzərdən keçirilib. Heç bir detal həddindən artıq kiçik deyil və detalları gücləndirmək və ya təkmilləşdirmək üçün heç bir imkan əldə buraxılmayıb. İdarəetmə panelinin ən vacib hissəsində yerləşən Mulliner siferblatı üçün eksklüziv olaraq hazırlanmış Breitling dekorativ işləmələrindən tutmuş mərkəzi pultun almazdan hazırlanmış texniki bölməsinə qədər hər bir element salonda keçirdiyiniz hər bir andan zövq almağınıza kömək edəcəkdir. Mürəkkəb işləmələr sürücünün rəqəmsal LED idarəetmə panelini bənzərsiz şəkildə özündə birləşdirməklə bədii incəsənətlə inkişaf edən texnologiya arasında körpü yaradır.
Özünəməxsus fərdiləşdirmə
İncə dəri işləmələrindən 3 rəngli eksklüziv oturacaq və örtük kombinasiyalarına qədər elementlərdən istifadə edərək unikal tərzinizə uyğun avtomobil yarada bilərsiniz. Continental GT Mulliner Convertible kabrioleti həm təbii, həm də süni elementlərin ilham verdiyi 3 rəngdən ibarət səkkiz rəng bölgüsü seçimi ilə müştərilərin diqqətinə çatdırılır. Bentley şirkətinin onlayn konfiquratorunda mövcud olan rəng bölgülərinə Amalfi, Fler, Askot, Sterlinq, Pavilyon, Sirius, Sienna və Kembrik daxildir.
Salonun içərisindəki 3D formatlı dekorativ işıqlanma salonun mühitini dəyişdirmək imkanı verir və qapını açdıqda qapının LED işıqları Bentley markasının ikonik simvolunu yerə əks etdirir. Tənzimləyə biləcəyiniz digər elementlərə “Grand Black” üzlüklü ön panelin üzərində əks olunan cəlbedici kabriolet silueti daxildir. Bu elementin rənglərini də 3 rəngdən ibarət səkkiz ədəd eksklüziv oturacaq və örtük kombinasiyası arasından seçə biləcəyiniz kombinasiyaya və ya eksteryerin boya seçiminə uyğunlaşdırıla bilər. Fərdiləşdirmənin bu səviyyəsi Bentley Baku ilə əlaqə saxlamaqla və Bentley şirkətinin Mulliner modeli üzrə fərdi istismar prosesi vasitəsilə təşkil edilə bilər. Bu zaman sizə yolda qarşılaşa biləcəyiniz digər avtomobillərə bənzəməyən nadir və fərdi xüsusiyyətlərə malik avtomobil modeli yaratmaq imkanı verilir.
Qüsursuz dizayn
Unikal detallar Continental GT modelinin hər kəs tərəfindən arzu edilən Bentley Mulliner statusunu ifadə edir. Markanın həkk olunduğu qanad boşluqları, naxışlarla bəzədilmiş başlıqaltları, panel boyunca tikişlər və astananın işıqlanan qoruyucu lövhələri yalnız bu seriyada tapa biləcəyiniz eksklüziv xüsusiyyətlərdir.
Mulliner modelinin yeni gözəçarpan radiator toru xromlaşdırılmış daxili romblar və parlaq qara rəngli xarici romb dizaynı ilə təchiz olunmaqla avtomobilin yolda daha yaxşı nəzərə çarpmasını təmin edir və dəbdəbəli dərinlik hissi yaradır. Parlaq gümüşü rəngli xarici arxa görüntü güzgüləri avtomobilin qüvvətli profilini diqqət mərkəzinə gətirən iki çalarlı estetika yaradır.
Yeni boyanmış və cilalanmış 10 milli 22 düyümlük yeni Bentley təkərləri möhtəşəm performans duyğusu, Bentley markasının avtomatik tənzimlənən “B” təkər emblemləri isə avtomobil hərəkət edərkən dəyişməz qalan gözəllik yaradır. Bentley şirkətinin onlayn konfiquratorundan istifadə edərək bu və digər xüsusiyyətlərə nəzər sala bilərsiniz.
Valehedici dinamika
Bentley şirkətinin 6 litrlik qeyri-adi W12 mühərriki avtomobilin üstüaçıq şəkildə idarə olunması təcrübəsini başqa səviyyəyə qaldırır ki, bu da güc və zərafətin mükəmməl kombinasiyasını göz önünə sərir. Bu, avtomobilin sürətini cəmi 3,8 saniyədə 0-dan 100 km/saat-a qədər artırmağa imkan verir. Maksimum sürət həddi isə 333 km/saat təşkil edir. Hava şəraiti əlverişsiz olarsa, hətta 50 km/saat-a qədər sürətlə hərəkət edərkən belə bir düyməyə basaraq tavanı örtə bilərsiniz.
Texniki cəhətdən mükəmməlləşdirilən və tənzimlənə bilən şassi sükanın dəqiq şəkildə çevrilməsini və mükəmməl rahatlığı təmin etmək üçün Bentley şirkətinin 48 voltla çalışan Bentley Dynamic Ride sistemindən* istifadə edir. Şəhər yollarında üstüaçıq şəkildə hərəkət etməyinizdən və ya sahilyanı ərazilərin geniş döngələri qət etməyinizdə asılı olmayaraq, intellektual texnologiya və zərif dizaynın kombinasiyası hər bir səfəri unudulmaz edir.
Continental GT Mulliner Convertible modelinin qarşısıalınmaz gücü və zərafətini sınaqdan keçirməyin yeganə yolu sükan arxasına keçmək və aşağıdakı anket vasitəsilə bizimlə əlaqə saxlayaraq sınaq yürüşü təşkil etməkdir.
*Bentley Dynamic Ride sisteminin standartlaşdırılması bazara görə dəyişir.
Continental GT Mulliner Convertible , EU27, Böyük Britaniya, İsrail, Ukrayna, Norveç, Türkiyə və Vyetnam xaricində bütün bazarlarda sifariş edilə bilər.

Texniki xüsusiyyət
Mühərrik
- Mühərrik6.0 litre twin-turbocharged W12
- Transmissiya8-speed Dual Clutch
- Güc635 PS / 626 bhp / 467 kW @ 6000 rpm
- Fırlanma anı900 Nm, 664 lb.ft @ 1350-4500 rpm
- Tullantı səviyyəsiEU 6
- Yanacaq98 (95) RON
Performans
- Maksimal sürət207 mph / 333 km/h
- Sürətlənmə mil/s0 - 60 mph 3.7 seconds
- Sürətlənmə km/s0 - 100 km/h 3.8 seconds
Ölçülər
- Ban üslubuConvertible
- Ümumi uzunluq4850mm / 190.94in
- Güzgülərlə birgə eni2187mm / 86.1in
- Bükülmüş güzgülərlə eni1964mm / 77.32in
- Hündürlük1399mm / 55.08in
- Çarx bazası2849mm / 112.17in
- Ön iz1672mm / 65.51in
- Arxa iz1664mm / 65.51in
Yanacaq sərfi
- *NEDC Hərəkət Dövrü:
- Şəhər17.2 litres/100 km
- Şəhərdən kənar9.4 litres/100 km
- Qarışıq12.3 litres/100 km
- CO2 tullantıları (qarışıq)280 g/km
- WLTP Hərəkət Dövrü:
- Aşağı23.9 litres/100 km
- Orta15.5 litres/100 km
- Yüksək12.8 litres/100 km
- Cox Yüksək12.7 litres/100 km
- Qarışıq14.8 litres/100 km
- Qarışıq CO2336 g/km
- Qət Edilən Məsaf608 km
- Sərf dərəcəsiF
- *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.
Qalereya
Continental GT Mulliner Convertible - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 23,9; orta 15,5; yüksək 12,8; çox yüksək 12,7; qarışıq 14,8; qarışıq CO2 336 q/km; Qət edilən məsafə 608km