YENİ FLYING SPUR V8 S BLACK EDITION

Bentley Flying Spur V8 S Black Edition ilə tanış olun. Dinamik, valehedici 4-qapılı sedana daha tutqun palitranı verərək, bu yeni buraxılış olduqca güclü və sirli görünüşlü Bentley Flying Spur V8 S-ə yeni ölçünü əlavə edir.

Onu sınamaq üçün bizimlə +99412 4048282 telefon nömrəsi ilə əlaqə saxlayın.

Kəskin qara rəng mövzusu eksteryerdə Black 21" Seven Spoke Elegant yeddioxlu diskindən tutmuş tutqun çalarlı qabaq və arxa faralara qədər parlaq qara detallarla zəngindir. Bu tutqun çalar həmçinin arxa bamperdə və qapı tutacaqların əlavələrində də uzadılıb. Bu ciddi görünüş Beluga parlaq qapı güzgüləri, tünd qara radiator torunun ətrafı və şüşə panelləri, həmçinin nəzərəçarpan qırmızı və ya qara əyləc support çeşidi ilə tamamlanır.

Bu tutqun palitra Anthracite, Beluga, Ice, St. James Red’, Hallmark və ya Dark Sapphire daxil olmaqla uyğun gələn eksteryer və interyer rəng çeşidlərinə mükəmməl əlavədir. Ardı isə salonda gəlir: unikal təktonlu rəng bölünməsi və kontrast üst panel xətti, interyer boyunca kontrast tikişlər və kontrast tikişlə işlənmiş idman üslubunda sükan çarxı. Bu, əsl müasir dəbdəbədir.

Bu cür atmosfer görünüş Bentley Flying Spur V8 S-in valehedici drayvını və fitri qüvvəsini vurğulayır. Xüsusi kalibrə edilmiş asma sayəsində o, həyacan, idarələmə zövqü və zərifliyi qurban vermədən idarələnmə üçün yaradılıb. S Mode rejimində akselerator və transmissiyanın reaksiyası da daha zəngin idarələmə üçün modifikasiya edilmişdir.

Daha kəskin idarələmə, tamötürücülü sistem sayəsində mükəmməl dartım və nəzarət, 40:60 nisbətində qabaq/arxa çəki paylaşması isə Bentley Flying Spur V8 S-in idman drayvına əlavə edilmiş digər zəngin elementlərdir.

İndi isə Flying Spur V8 S Black Edition-ın fitri görünüşünü, qüvvəsini və performansını aşkarlamağın vaxtı gəlib çatıb. Ətraflı məlumat üçün bizimlə +99412 4048282 telefonu nömrəsi ilə əlaqə saxlayın yaxud  Bentley Baku ünvanına baş çəkin.