YENİ CONTINENTAL GT V8 S BLACK EDITION

Biz Continental ailəsinin yeni üzvünü təqdim etməyə çox şadıq: Continental GT V8 S Black Edition. Həm kupe, həm kabriolet versiyalarında təklif olunan bu eksklüziv xüsusi buraxılış GT V8 S-ın idmana daha meylli olduğunu və daha da müasirləşdiyini vurğulamaq üçün hazırlanmışdır. Daha sərt effekt üçün isə müştərinin seçdiyi ban rəngi adətən eksteryerdə parlaq elementləri əvəzləyən yüksək parlaqlıqda olan qara elementlərlə zənginləşəcək. Qara komponentlər alt qanadda, qapının və arxa bamperin əlavə elementlərində, həmçinin qapı tutacaqlarında qara aksentləri yaradır. Radiator toru və onun ətrafı, qabaq və arxa faralar tünd rəngdədir və onlara qara dekorativ elementlər əlavə edilib.

Hər detalında müasir üstünlük

Eksteryerin aerodinamik dəstinə gəldikdə isə qabaq splitter, yan kənarlar və arxa diffuzor üçün müştərilər dörd valehedici və zəngin rəngdən birini – St James’ Red, Beluga, Hallmark və ya Cyber Yellow seçə bilərlər. Qapı güzgülərini də ödənişli opsiya kimi eyni uyğun rəngdə təyin etmək olar. Fərqli eksteryeri vurğulamaq üçün isə müştərilər Black 21" Elegant diskləri üçün qara və ya qırmızı əyləc supportlarını seçə bilərlər. Black 21" 5-oxlu istiqamətli disklər Mulliner Driving Specification versiyasının bir hissəsi kimi təklif edilir.

Pillar Box Red, Porpoise, Beluga və ya Cyber Yellow mərkəzi paneldə və Mulliner-dən GT Design oturacaqları ilə interyer eksteryeri əks etdirir. Əgər müştərilər Mulliner Driving Specification versiyasını seçsələr, tək tonda üçoxlu Sports sükan çarxı və almaz formasında sarınmış Mulliner Design oturacaqları müvafiq kontrast tikişlərlərlə tamamlanacaq

Birincilik üçün yaranıb

Continental GT V8 S Black Edition sükan arxasında valehedici təəssüratı bəxş edir. 4,0-litrli ikiturbinli V8 mühərrikin gücü 528 a.g. bərabərdir, odur ki, Continental-ın 0-100 km/s sürətlənməsi 4,5 təşkil edir.

Yeni Continental GT V8 S Black Edition indi sifariş etmək olar. Ətraflı məlumat üçün Bentley Bentley Baku baş çəkin yaxud +99412 4048282 nömrəsinə zəng edin.