Yeni Centenary Specification təqdimatı

Bentley öz 100 illiyini xüsusi Centenary Specification versiyasını təqdim edərək qeyd edir. Yalnız 2019-cu ilin yanvar-dekabr ayları arasında buraxılan Bentley avtomobilləri üçün təklif olunan bu dəbdəbəli versiya ilə yaxından tanış olmaq üçün Bentley Baku dilerimizə müraciət edin.

Müasir və dəbdəbəli texnikalar və materiallar sayəsində keçmişin xüsusi elementlərini yenidən canlandırmaq üçün yaradılaraq və şirkətin şanlı tarixini vurğulayaraq, Centenary Specification Kru zavodunda 2019-cu ilin yanvar-dekabr ayları arasında istehsal olunan bütün Bentley-lərdə təklif olunacaq.

Centenary nişanları, oturacaqların xüsusi naxışları, unikal astanalar və salamlama lampaları hər bir avtomobili təntənəli şəkildə səciyyələndirəcək və onların əsl kolleksiya avtomobili olacağına zəmin yaradacaq.

Centenary Specification: Fərqlənmə nişanı

Unikal Centenary Gold qabaq və arxa nişanlar çarxların xüsusi mərkəz nişanlarına uyğun olacaq və onların hər birisində ‘1919 - 2019’ tarixləri yazılacaq. Bu təkrarolunmaz yazı həmçinin astanalarda da qeyd olunacaq. Sükan çarxının nişanında, açarın korpusunda və ötürmə qolunda da Centenary Gold elementləri var.

Sərnişinləri salamlamaq üçün Xüsusi Yüzillik salamlama işığı qapı güzgülərindən aşağı işıq saçacaq, müştərilər isə Centenary Gold Contrast Stitch yaxud Centenary Gold Cross oturacaq tikişlərini seçə biləcəklər.

Retro Bentley-lərdəki eksklüziv metal işlənməsindən ilhamlanaraq (yeni Bentayga Hybrid-də misə oxşar elementlər kimi), Centenary Gold müasir çalarlarla olan dəbdəbəli qızılı metal rəngidir. O, Bentley-nin zəngin irsinə ehtiram nümunəsi, valehedici və yeni dövrə keçidin bir rəmzidir və cəvahirat kimi parlamaq və işıq saçmaq üçün xüsusilə yaradılmışdır. O, Bentley-nin Centenary loqotipində istifadə ediləcək və Bentley-nin təntənəli mərasimlərinin sinoniminə çevriləcək.

Centenary Specification versiyası barədə ətraflı öyrənmək üçün Bentley Baku dilerinə müraciət edin yaxud məsləhətçilərimizdən biri ilə danışmaq üçün +99412 4048282 nömrəsinə zəng edin.

Qalereya