YENİ BENTLEY CONTINENTAL GT CONVERTIBLE: AÇIQ DAM İLƏ QRAND-TURERLƏRİN ZİRVƏSİ

Yeni Continental GT Convertible - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 23,9; orta 15,5; yüksək 12,8; çox yüksək 12,7; qarışıq 14,8; qarışıq CO2 336 q/km; Qət edilən məsafə 608km
Tamamilə yeni Continental GT Convertible ilə tanış olun. Dizayn və mühəndisliyi Britaniyada hazırlanmış, həmçinin əl işi ilə orada yaradılmış GT Convertible Bentley-nin dünyanın ən dəbdəbəli və füsünkar qrand-turerlərin yaradılması barədə bütün biliklərini təcəssüm etdirir.

“Baxışınızı maqnit kimi cəlb edən füsünkar incəsənət əsəri; fitri kimi qəbul edəcəyiniz mühəndislik üstünlüyü – yeni Continental GT Convertible-ın təklif etdiyi imkanların çeşidi inanılmazdır və yalnız nəcib Britaniya brendi tərəfindən təklif oluna bilər.

Şirkət 1919-cu ildə təsis olunduğu tarixdən bəri, biz dəbdəbəli qrand-turerləri yaradırıq və, yüzilliyimizə yaxınlaşaraq, Continental GT Convertible yüksək dəyərləndirilmiş bir sıraya qoşulur – bəlkə də, dünyada bir dəbdəbə brendinin ən güclü və texnoloji cəhətdən ən qabaqcıl məhsul portfelində öz yerini alır”.

Ətraflı məlumat üçün +99412 4048282 diler nömrəsinə zəng edin yaxud or marağınızı burada bildirin.

Eksteryer

Yeni Continental GT Convertible əvvəlki modellərin füsünkarlığını və üslubunu saxlayır. Damın bağlı ya açıq olduğundan asılı olmayaraq, daha güclü və sərt xətlərin, tamamilə yeni ban və materialların birləşməsi həqiqətən gözəl maşını yaradır.

Dinamik korpusu tamamlamaq üçün ən yeni Continental GT Convertible, 21” Five Tri-Spoke çarxları ilə standart olaraq təmin olunur, 10-Spoke və 22” Five Open-Spoke çarxları isə əlavə təklif olunur. Bu üç çarx dizaynı müxtəlif cilalanmış və rənglənmiş variantlarda təklif olunur. Ümumilikdə, on ədəd fərqli çarx üslubu mövcuddur.

Beluga, Onyx və Portofino daxil olmaqla, 17 ədəd standart Bentley eksteryer rəngi palitrasından seçiminizi edə bilərsiz. Əlavə olaraq genişləndirilmiş rəng çeşidi və Bentley müştəriləri üçün tamamilə fərdiləşdirilmiş rəng uyğunlaşdırılması da mövcuddur. Bunları damın yeddi ədəd eksteryer rəngi ilə uzlaşdırmaq olar.

İnteryer

Ən yüksəkkeyfiyyətli dərilərdən tutmuş Koa və Dark Fiddleback Eucalyptus kimi nadir, ekoloji mənbələrdən hazırlanmış panel örtüklərinə qədər, Continental GT Convertible salonu əl işinin və rəssamlıq bacarığının zirvəsidir. Qabaq panel Bentley nişanının formasını əks etdirən uzun uçan qanadlar üslubunda hazırlanıb. Salonda 10 kvadrat metrdən artıq olan ağac sahəsini təklif edən unikal cüt panellər mövcuddur. Cilalanmış ağacdan sükan çarxını seçmək olar. Bundan əlavə, Red, Blue və Magnolia daxil olmaqla, damın daxili örtüyünün səkkiz rəngini seçmək olar.

Mərkəz panel aşağı panellə uzlaşmaq üçün uyğunlaşdırılıb lakin Côtes de Genève kimi tanınan ən keyfiyyətli isveçrə saatlarının daxilində incə mexaniki örtükdən ilmahlanan yeni texniki işlənilmə ilə müəyyən edilə bilər.

Açıq damla uzaq səyahətlər

Xüsusi füsünkarlıqla hazırlanmış kabriolet damını sadəcə 19 saniyə ərzində açmaq və ya bağlamaq olar, hətta maşın 50 km/s qədər hərəkət etsə belə. Nəticədə düyməyə bir toxunuşla Continental GT Convertible dəbdəbəli kupedən açıq damla qrand-turerə çevrilir. İlk dəfə əsl tvid işlənməsi daxil olmaqla, örtük materialının yeddi fərqli rəngi mövcuddur.

Yeni dizaynda boyun qızdırıcısı (əvvəlki buraxılış modelindən həm daha isti, həm daha sakit) rahat, qızdırılan oturacaqlara mükəmməl inteqrasiya edilərək, səmərəliliyi və elektrik tənzimlənən oturacaqların ətrafında hava axınını optimallaşdırır. Qızdırılan sükan çarxı, oturacaq qızdırıcıları və yeni qızdırılan qoltuqaltılarla birgə bu qabaqcıl rahatlıq xüsusiyyətləri istənilən şəraitdə dəbdəbəli idarələmə hissini yaradırlar.

Performans

Tamamilə yeni Continental GT Convertible valehedici performansı ilə kabrioletlərin verdiyi hissiyatı daha böyük yüksəkliklərə qaldırır. Güclü 6,0-litrli Bentley W12 mühərriki ikimuftalı, səkkizsürətli transmissiya ilə birləşir.

Yeni güc aqreqatı 635 a.g. və 900 Nm fırlanma anına nail olmaq üçün ən müasir mühərrik idarəetmə texnologiyasından istifadə edir və 100 km/s 3,8 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 333 km/s bərabərdir.

Texnologiya

Yeni Continental GT Convertible həmçinin Bentley-nin texnologiyanın unikal tətbiqindən əsas nailiyyətlərini də təqdim edir. Qabaqcıl, tamamilə rəqəmsal və sürücüyə yönələn alət paneli və sürücü üçün Bentley Rotating Display fırlanan displeyi innovasiyaların sirasındadır. Bunlardan axırıncısı üçtərəfli cihazda yerləşən iri 12,3” sensor ekranıdır və bütöv panel materialından ya ekrana, ya da üç füsünkar analoq siferblata fırlanaraq çevrilir.

Yeni Continental həm sürücünün, həm sərnişinlərin rabitəsini daim fasiləsiz saxlamaq üçün nəzərdə tutulmuş xüsusiyyətlərdən faydalanır. Apple CarPlay, həmçinin Online Search onlayn axtarışı və Private eCall daxil olmaqla yaxşılaşdırılmış naviqasiya funksiyaları avtomobildə təkmilləşdirilmiş rabitəni təmin edirlər.

Buraxılışda iki texnoloji paket variantı təklif olunur: City Specification şəhər yolları üçün, Touring Specification isə uzaq səyahətlər üçündür; hər ikisi müştəri təəssüratını optimallaşdırmaq üçün idarələnir.

Füsünkar, müfəssəl və saf olan tam yeni Continental GT Convertible açıq damla dəbdəbəli qrand-turinqin zirvəsidir.

Bizə +99412 4048282 diler nömrəsinə zəng edin, marağınızı bildirmək üçün buraya basın yaxud ekspert komanda üzvlərimizidən birisi ilə şəxsən daha çox məlumat əldə etmək üçün Bentley Baku ünvanına müraciət edin.

Qalereya