Yeni Bentayga V8 Design Series-i təqdim edirik

Bentayga V8 Design Series – WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 19,9; orta 13,1; yüksək 11,2; çox yüksək 12,8; qarışıq 13,3; qarışıq CO2 302 q/km; Qət edilən məsafə 639km

Yeni Bentayga V8 Design Series dünyanın ən lüks SUV-nun müasir üslublu və vizual cəhətdən dinamik versiyasıdır. O, yüksək dərəcədə arzuolunan xüsusi buraxılış yaratmaq üçün unikal Mulliner eksteryeri və interyeri xüsusiyyətlərini mövcud Bentayga seçimlərinin toplusu ilə birləşdirir.

Crewe, İngiltərədə əl ilə hazırlanmış Bentayga V8 Design Series ən dinamik və çevik Bentayga olan lüks və güclü V8-ə əsaslanır. O, dəbdəbə və performansın ali səviyyələrini əks etdirərək Bentayga-nın eleqant şəkildə hazırlanmış və atletik duruşunu daha da gücləndirir.

Bu eksklüziv məhdud buraxılışlı Bentayga avtomobilinə marağınızı qeyd etmək üçün +99412 4048282 nömrəsi ilə bizə zəng edin və ya Bentley Baku ünvanımıza baş çəkin.

Müasir və Dinamik Yol Fantomu

Bentayga Blackline spesifikasiyası korpus rəngli aşağı ön bamperin qoruyucu qapağı və V8-ə fərqli səs əlavə etməkdə kömək edən ikili parlaq qara səsboğucu kimi heyranedici xüsusiyyətlər ilə standart kimi daxil edilib. Aşağı qapıların önündəki Fərqli Design Series işarəsi bu Bentayga-nın xüsusi buraxılış göstəricilərini müəyyən edir.

Yeni 22 düymlük yeddi barmaqlıqlı Mulliner Paraqon təkərlər tünd metallik Palladium Grey rəngində hazırlanıb. Design Series modellərinə həmçinin unikal Mulliner özü bərabərləşdirən çarx nişanı daxildir. “B” nişan mərkəzləri təkmilləşdirilmiş ağırlıq mexanizmi sayəsində təkərlər fırlananda şaquli səmti qoruyub saxlayır.

Unikal və Dəbdəbəli Salon

Bentayga V8 Design Series dörd rəngli və ilhamverici tonda təklif edilən Duotone interyer paleti ilə tam yeni interyer dizaynı seriyası əlavə edir – Pillar Box Red, Narıncı, Mulliner White və Klein Blue - Beluga əsas dərisinin ətrafında.

Yeni kontrast vurğulu rəng bölgüsü Design Series-də ilk dəfə olaraq Bentayga çeşidi üçün təqdim edilib. O, konsol və məlumat panelinin aşağı vurğu sahələri ətrafına diqqəti yönəltməklə, salonun önündə canlı, yüksək kontrastlı rəngiə malikdir. Unikal olaraq, Design Series həm öndən, həm də arxadan Duotone mərkəzi perforasiyalı oturacaq ilə təqdim olunub.

Məlumatlar paneli və qapılara tətbiq edilmiş tam yeni karbon lifli toxuma Bentayga V8 Design Series üçün xüsusilə yaradılıb. O, çox parlaq bitiş ilə mürəkkəb almaz formalı sırınmış naxışa malikdir. Piano Black bitişi tünd tonlu interyer və fərqli dizayn motivini tamamlayan konsol və mərkəzi zolağa uyğunlaşdırılıb.

Minimalist Duotone işləmə salon boyu oturacaqların arxasına uyğunlaşdırılıb, dizayn eksteryerin Design Series nişanı və vurğulanmış dizayn cizgisini əks etdirir. Kontrastlı cildləmə ilə dərin qatlı döşəmə matları bitiş toxunuşu əlavə edir. Məlumatlar panelinin mərkəzi parlaq mirvari üzlük ilə eleqant almaz bəzəkli Breitling saatıdır.

Sərnişinlər “Bentley” tərəfindən incə şəkildə hazırlanmış salonun astanasının işıqlanan qoruyucu lövhələri ilə qarşılanacaq, Ön Oturacağın Komfortunun spesifikasiyası və dəlikli lehimlənmiş idman üslublu pedalları və ayaq altlığı isə standartdır.

Bizə Bentley Baku ünvanında bizə baş çəkməklə, yaxud +99412 4048282 nömrəsi ilə zəng etməklə daha çoxunu kəşf edin, biz sizinlə əlaqə saxlayacağıq.

Qalereya