THE MULSANNE W.O. EDITION BY MULLINER

Mulsanne - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 29,8; orta 17,4; yüksək 13,3; çox yüksək 13,0; qarışıq 16,2; qarışıq CO2 365 q/km; Qət edilən məsafə 593km
TARİXİN MÜSTƏSNA MƏQAMINDA: THE MULSANNE W.O. EDITION BY MULLINER

Bentley Motors yeni, xüsusi və məhdud Mulsanne buraxılışını təqdim edir. The Mulsanne W.O. Edition by Mulliner buraxılışı Bentley Motors-un banisinə ehtiramını təcəssüm etdirir və hər bir avtomobildə əsl Bentley tarixini birləşdirir.

Bentley 2019-cu ildə yüzilliyinə yaxınlaşdıqca, Mulsanne W.O. Edition cizgisini yaratmaq üçün Mulliner dizaynerləri tariximizin son 99 ilinə nəzər yetirdilər. Yeni Mulsanne W.O. Edition by Mulliner dizaynının əsasını çoxlarının Britaniyada avtomobillərin ‘qızıl illəri’ adlandırdığı dövrdə yaradılmış WO-nun 8 Litre, GK 706 üzərində əsaslanır.

Məhdud buraxılışın 100 ədədinin hər birisində WO-nun şəxsi 8 litrli avtomobilinindən uzun illər əvvəl götürülmüş dirsəkli valın bir hissəsi göstərilir – həmin maşın Bentley Motors üçün 1930-cu ildə onun yaratdığı sonuncu model idi.

Bentley 8 Litre – W.O. dizaynı ilə sonuncu maşın

8 Litre W.O. Bentlinin ən müstəsna qrand tureri kimi təqdim edilirdi. İstehsalı 1930-cu ildə başlanılan bu avtomobil həmçinin Bentley Motors üçün şəxsən yaratdığı sonuncu avtomobil idi.

O, öz zamanının ən iri və ən dəbdəbəli Bentley-si olaraq, Britaniyada ən güclü mühərriki olan avtomobil idi – 7983 kub. sm düz altılıq müstəsna göstəriciləri ilə seçilirdi. W.O. özü 8 Litre barədə bunu demişdi: “Mən həmişə 100 mil/s aşan və həddən artıq güclü maşını buraxmaq istəyirdim və fikrimcə biz buna indi nail olduq.

İlkin olaraq GK 706 kimi qeydiyyatdan keçmiş, W.O-nun avtomobili istehsal xəttindən çıxmış ikinci 8 Litre maşını idi və onun şəxsi nəqliyyat vasitəsinə çevrilmişdir. O, HJ Mullinerə 12-futluq, qısa çarx şassisi üzərində sedan banını hazırlamağa sifariş vermişdir. Bundan sonra W.O. sevimli maşınını 1931-ci ildə satmalı oldu.

2006-cı ildə Bentley Motors həmin maşını geri aldı, həmin vaxt ilkin dirsəkli valı dəyişilərək avtomobil qoruyucu bərpadan keçmiş və indi həmin valın hissələri simvolik olaraq yeni Mulsanne W.O. Edition by Mulliner avtomobilində quraşdırılır.

W.O-nun 8 Litre o vaxtdan bəri hər növbəti Bentley direktoru üçün rəmzi ‘şirkət maşınına’ çevrilərək şirkətin banisinə istinad edən ənənəni qoruyub saxlayır. İndi o, İngiltərənin Kru şəhərində şirkətin baş ofisinində Bentley Motors Lineage Exhibition sərgisinin mərkəzi eksponatıdır.

Bu müstəsna və məhdud buraxılış barədə ətraflı öyrənmək üçün +99412 4048282 telefona bizə zəng edin və ya Bentley Baku ünvanına müraciət edin.

Qalereya