MÜSTƏSNA TƏFƏRRÜATLA BAXIŞ

Dünyanın ən təfərrüatlı landşaft şəkillərindən birini və müstəsna giqapiksel fotolarının artıq ikinci kampaniyasını təqdim edərək, Bentley yenə də sərhədləri irəli çəkir.

Bentley-nin əvvəlki giqapiksel şəklində Mulsanne Extended Wheelbase San-Fransiskonun Qızıl Darvaza körpüsündə hərəkət edirdi. Bu dəfə isə müstəsna, yeni Flying Spur Dubayın mərkəzində göstərilir.

Yeni təsvirlə BentleyMotors.com/Explore səhifəsində tanış olun 

Ən dahi hərəkət

İlk baxışda şəkildə Dubayın gözəl üfüqü göstərilir və yer kürəsinin əyriliyi səmanın qıraqlarında aydın görünür.

Bu cür geniş panoramanı əhatə etmək üçün kameraları Dubayın ən hündür binalarından birində quraşdırılmış krandan təxminən üç yüz metrdən artıq olan hündürlükdə sallatmaq lazım idi. Avadanlığı idarə etmək üçün Bentley komandası kameraları yekun şəkli formalaşdıran 1825 fərdi şəkli çəkənə qədər ehtiyatla və metodik şəkildə bir neçə gün ərzində idarə edərək, əvvəl NASA tərəfindən hazırlanmış texnologiyadan istifadə etmişdir.

Bunun nəticəsi isə dünyanın ən böyük reklam şəkillərindən biridir və təfərrüatların səviyyəsinə yalnız böyüdüldüyü zaman əsl qiymət vermək olar. 

Fərqləndirici təfərrüatlar

Şəkildə mərkəzi yeri valehedici Bentley Flying Spur W12 S tutur. Tutqun arxa lampaları və eksteryerin cilalanmış detalları ilə o, fenomenal varlığın şüalarını saçan bir avtomobildir.
 
320 km/s artıq olan maksimal sürətə nail olmuş ilk dördqapılı Bentley olaraq, Flying Spur W12 S özündə qrand-turerin drayvını valehedici və dəbdəbəli sedanın zənginliyi, genişliyi və əl işi ilə birləşdirir.

Salonda isə əl işi ilə hazırlanmış dəri oturacaqlar, paslanmaz poladdan qofralanmış düymələr və mükəmməl dekor panelləri idman dəbdəbəsinin zirvəsini əks etdirir. Bu avtomobil yeni etalon olmaq üçün yaradılıb.

Asudəli baxış

Yeni giqapiksel şəkil Dubayın geniş şəhər landşaftından tutmuş yeni Flying Spur-ın ən zərif detallarına qədər böyütmə imkanını verir və, əvvəlki şəkildən fərqli olaraq, fotonun geniş sahələri sərbəst baxış üçün açılmışdır.

Avtomobilə daha böyüdülmüş miqyasda və təfərrüatlı baxışdan sonra siz 360 dərəcə videoya baxmağa dəvət olunacaqsız. Bu interaktiv filmdə Bentley-nin ekstyer dizaynı üzrə rəhbəri Con Pol Qreqori sizi Flying Spur barədə unikal perspektivi ilə, həmçinin Bentley-nin Dubaydakı qabaqcıl şou-rumu və St. Regis Dubay-dakı dəbdəbəli Bentley Suite otel nömrəsi ilə tanış edir.

Texniki məsələnin həlli

Dubayın istisi hamıya məlumdur və fotoçəkiliş zamanı orta temperaturlar 40°C dərəcədən artıq idi. Şəklin çəkildiyi damda isə orta sürəti 24 km/s olan külək kameranın yerləşdirildiyi millimetr dəqiqliyini pozmağa kifayət edirdi. Lakin bacarıqlı Bentley komandası buna tam hazır idi və NASA-nın Mars Rover missiyalarında panorama landşaft şəkillərini çəkmək üçün hazırladığı avadanlıqdan istifadə etmişdir. Nəticədə isə avtomobilin salonuna qədər cüzi təfərrüatı əks etdirən büllür kimi aydın şəkil yaradılmışdır.

Şəhərlə tanış olun və avtomobili kəşf edin