MULLINER LIMITED EDITION: FLYING SPUR DESIGN SERIES

Flying Spur Design Series – Mulliner-in heyranedici Limited Edition versiyasıdır. Bütün çeşiddə təklif olunaraq, bu eksklüziv versiya Flying Spur-ın ən vacib dizayn xətlərini parlaq və səciyyəvi rənglər ilə birgə vurğulayır.

Bentley dizaynerləri ilk cizgiləri kağıza köçürən zaman avtomobilin həm daxili, həm zahiri ruhunu təcəssüm edən xətləri çəkirlər. Mulliner-in Flying Spur Design Series həmin daxili və zahiri dizayn elementlərini xüsusilə vurğulayır.

Flying Spur Design Edition barədə ətraflı öyrənmək üçün bizimlə əlaqə üçün +99412 4048282 nömrəsinə zəng edin.

Bu məhdud buraxılış avtomobillərini beş əsas rəngdə sifariş etmək olar – Mandarin, Pillar Box Red, White, Kingfisher və Azure Purple. Məğrur aksent rəngləri dərhal eksteryerin aşağı hissəsinin zərif xəttində nəzərə çarpır. İdmana daha meylli olan V8 S və W12 S variantlarında bu dizayn elementi həmçinin qabaq aşağı torda vardır.

Avtomobilə əyləşib qapını bağladıqdan sonra siz rəng mühasirəsinə düşürsünüz. Mərkəzi panelin aşağı qanadlarından başlayaraq, seçdiyiniz əsas rəng müfəssəl şəkildə arxa qapılara keçir. Aksent rəngin yekun notlarını isə sükan çarxının 12-saatlıq zolağında və xüsusilə işlənmiş oturacaq mərkəzlərindəki boşluqlarda tapmaq olar.

Flying Spur Design Series həmçinin yeni texniki örtüklə təqdim edilir: Titanla zənginləşdirilmiş karbon lifi gücün və möhkəmliyin mükəmməl birləşməsi üçün hazırlanıb. Bu vaxta qədər yalnız aviasiya sənayesində işlənən bu texnologiya alət panelinə və tutacaqlara daha zəngin effekt vermək üçün təklif olunur.

Mulliner sarılmasını qapı panellərində və oturacaq dəstəklərində tapmaq olar. Son cizgi kimi isə Mulliner adı alət panelində və aksent rəngində işıqlanan astanalarda əlavə edilib.

Ətraflı məlumat üçün bizimlə +99412 4048282 telefon nömrəsi ilə əlaqə saxlayın. Biz bu xüsusi avtomobillər barədə sizinlə daha çox paylaşa bilərik. Bentley-nin fərdiləşdirmə bölməsi olan Mulliner barədə ətraflı məlumat əldə etmək istəsəniz, bizə qonaq gəlməyinizi tövsiyə edirik. Biz Mulliner-in avtomobilinizi şəxsiyyət və həyat tərzinizi əks etdirən fərdi bəyanata çevirməsi barədə sizə daha dərin təsviri təqdim etməyə şad olardıq.