Mulliner-in Continental GT Nömrə 9 Buraxılışı

Continental GT Number 9 - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 22,3; orta 13,9; yüksək 11,8; çox yüksək 11,7; qarışıq 13,6; qarışıq CO2 308 q/km; Qət edilən məsafə 662km

Bentley şirkətinin ilk 100 möhtəşəm ilinin şərəfinə Mulliner əsl qeyri-adi məhdud buraxılış olan Continental GT Nömrə 9 Buraxılışını yaratdı.

Bentley-nin yarış irsini qiymətləndirərək və Bentley Həvəskarı Cənab Henri “Tim” Birkinin əfsanəvi No. 9 Blower avtomobilindən ilhamlanaraq, bu məhdud buraxılış rəqibsiz dizayn və həyəcanverici, cəlbedici idarəetmə təklif etməklə Bentley-nin davamlı axtarışının xülasəsidir.

Bu diqqətəlayiq avtomobillərdən cəmi 100 ədəd istehsal ediləcək və Bentley-nin hekayəsinin bənzərsiz bir hissəsinə sahib olmaq üçün ağlasığmaz dərəcədə nadir fürsətdir. Nömrə 9 Buraxılışı haqqında öyrənmək üçün Bentley Baku ünvanına daxil olun və ya +99412 4048282 nömrəsi ilə bizə zəng edin.

Əfsanəvi keçmişi olan müasir şahəsəri

Orijinal Nö.9 Blower avtomobilinin həyəcanlandırıcı xarakteri onu 1920 və 30-cu illərdə dərhal məşhur və avtomobil yarışının dözümlü əfsanəsi etmişdi. Hazırda Nömrə 9 Buraxılışı, Nö 9 avtomobilinə edilən interyer və eksteryer dizaynı töhfələri seriyası ilə yeni Continental GT avtomobilinin parlaq xətlər, rəqibsiz güc və müasir texnologiyasını birləşdirir.

Tim Birkinin bu gündə yarışlarda iştirak edən ikonik 1930-cu il Nö 9 Le Mans yarış avtomobilinin bərpa işləri zamanı orijinal oturacağı dəyişdirilmişdi. Bentley-nin hekayəsinin bu qiymətli hissəsinin taxta fraqmenti rezin içərisində ehtiyatla yerləşdirilib və Continental GT Nömrə 9 Buraxılışında 100 avtomobilin hər birində yerləşdirilib, Bentley-nin Fırlanan Displeyində qürurla nümayiş etdirilir.

İncə detallar

Orijinal Nö. 9 avtomobilinin qapı yastıqcalarından qabarıq şəkildə çıxan B loqosu baş dayaqları və qapı yastıqcalarında yenidən yaradılıb və 1930-cu illərin üslubunu yaxından təmsil etmək üçün dərilərə yüksək parlaqlıqlı bitiş verilib, Nö. 9 Blower avtomobilinin təsiri Continental GT Nömrə 9 Buraxılışının salonu boyunca aydın şəkildə görünür.

Döndərilmiş alüminium Mühərrik Örtüyü mərkəzi konsolda bitir və eksklüziv British Jaeger saatı həmçinin orijinal avtomobilin güc və yarış irsini oyadır.

Diqqət çəkici eksteryer

Nömrə 9 Buraxılışı ilə debüt edən Mullinerin yeni yaradılan Viridian boya rəngi ənənəvi Racing Green-də Nö 9 Blower avtomobilinin müasirliyə vurğusunu təmsil edir. Alternativ olaraq, siz tünd, dəbdəbəli qara rəng olan Beluga-nı seçə bilərsiniz.

Siz ya avtomobilin 22 düymlük rəngli təkərlərini eksteryer ilə uyğunlaşdırmağı seçə, yaxud diqqətçəkici kontrast kimi başqa boya rəngindən istifadə edə bilərsiniz. Qeyri-adi Mulliner ustalığını nümayiş etdirən Nö 9 avtomobilinin 18 karatlıq ilə örtülmüş eksteryer nişanı mükəmməl yekun toxunuş yaradır.

21-ci əsrin əfsanəsi

Mulliner-in təqdirəlayiq Continental GT Nömrə 9 Buraxılışı haqqında ətraflı öyrənmək və Bentley hekayəsinin bu nadir hissəsinə sahib olmaq şansı üçün lütfən, Bentley Baku şirkətinə baş çəkin və ya +99412 4048282 nömrəsi ilə bizə zəng edin.

Qalereya