YENİ CONTINENTAL GT CONVERTIBLE
[AZ] New Continental GT Convertible
Yeni Continental GT Convertible - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 23,9; orta 15,5; yüksək 12,8; çox yüksək 12,7; qarışıq 14,8; qarışıq CO2 336 q/km; Qət edilən məsafə 608km

YENİ CONTINENTAL GT CONVERTIBLE

Üslubdan üstün. Zəriflikdən üstün. Tanış olun – yeni Continental GT Convertible.

Bentley-nin Kru şəhərindəki zavodunda əl ilə yığılmış yeni Continental GT Convertible, damın qaldırılmış ya endirilmiş vəziyyətindən asılı olmayaraq, inanılmaz idarələmə təəssüratını bəxş edir. Və onun əl işinin keyfiyyətinə, dizayn və performansına əsl qiymət verməyin yalnız bir yolu var: avtomobili özünüz sınaqdan keçirməlisiz.

Bizimlə bu telefon nömrəsi ilə əlaqə saxlayın +99412 4048282.

İnnovativ dizayn

Yeni Continental GT Convertible yeni sərt üslubiyyəti və əvvəlki versiyasından daha uzun çarx bazasını təqdim edir. Avtomobilin dinamik görünüşünə əlavə olaraq, bu fakt mühəndislərə mühərriki qabaq oxun üzərinə köçürməyi imkan verdi, nəticədə isə həm çəkinin paylaşması, həm də avtomobilin idarəetməsi yaxşılaşmışdır.

Qısa kənarlar və avtomobilin aşağı və geniş ölçüləri yolda maşına yönələn inanılmaz baxışları bəxş edir, əl ilə hazırlanmış eksteryer detallarının zəngin çeşidi isə diqqəti cəlb edir. İdeyası kristal şüşədən götürülmüş LED matriks qabaq faralarından tutmuş, yaqut kimi qırmızı olan arxa LED lampalarına qədər yeni Continental GT Convertible istənilən nöqtədən heyrətləndirici görünür.

Avtomobilin içərisində isə qabaq paneldən qapılara qədər taxta halqa cizgisini davam edərək sürücünü və qabaq sərnişini öz əhatəsinə alır və eyni zamanda salonda geniş məkan təəssüratını yaradır. Damı endirdiyiniz halda isə interyer mükəmməl üslub üçün eksteryerin dizaynını tam şəkildə əks etdirir.

Damın materialı yeddi fərqli variantda təklif edilir – siz hətta Tweed işlənməsində olan yeni cəlbedici materialı öz istəyinizə uyğunlaşdırıb sifariş edə bilərsiz. Damın interyer işlənməsi isə səkkiz variantda təqdim edilir – damın içəri qatı o qədər keyfiyyətli təcrid edilib ki, dam örtülmüş olduğu halda belə avtomobilin kabriolet olduğuna inanmaq çətindir.

Ağıllı dizaynda olan yeni bağlanma mexanizmi sayəsində dam açılmış olduğu zaman avtomobilin banına çox aşağı səviyyədə oturur. Nəticə isə əsl dinamik görünüşdür. Bu avtomobili damı endirilmiş zaman idarə edəndə ətrafdakıların bütün diqqəti sizdə olacaq.

Valehedici dinamika

Yeni Continental GT Convertible-də Bentley-nin ən yeni 6,0 litrli W12 mühərriki quraşdırılıb. Şəhərdə rəvan hərəkət etdiyinizdən və ya avtomagistralda sürətlənmənizdən asılı olmayaraq, 8-sürətli ikiqat muftalı transmissiya ötürmələri hamar və effektiv şəkildə dəyişir. O, sabit vəziyyətdən 0-dan 100 km/saatadək sadəcə 3,7 saniyəyə sürətlənə bilər və onun maksimal sürəti saatda 333 km/s çatır. Əgər hava durumu dəyişsə, sürət 50 km/s qədər olan zaman siz hətta damı açıb və ya bağlaya bilərsiz.

Yeni Continental GT Convertible dörd fərqli hərəkət rejimini təklif edir – Comfort (Komfort), Sport (İdman), Bentley və Custom (Fərdi). Bu, o deməkdir ki, getmək istədiyiniz yerdən və avtomobilinizi hansı tərzdə idarə etmək istədiyinizdən asılı olmayaraq, yeni Continental GT Convertible yolda mükəmməl təəssüratı bəxş edəcək. Və Active All-Wheel Drive aktiv tam ötürücü sistemi yoldakı vəziyyətdən asılı olmayaraq sizə il boyu etibarlı hərəkəti təmin edəcək.

İdarəetməni sınamaq məqsədilə test-drayva yazılmaq üçün bizimlə bu gün əlaqə saxlayın.

Ağıllı kabriolet texnologiyası

Qızmar yay vaxtı sərinliyi təmin etmək üçün qabaq oturacaqları inteqrasiya edilmiş sərinləşdirmə funksiyaları ilə sifariş etmək olar. Soyuq günlər üçün isə əlavə olaraq qızdırılan qoltuqaltı və qabaq oturacaqlarda əlavə boyun qızdırıcıları təklif edilir. Ətraf hava temperaturundan asılı olmayaraq əllərinizi rahat saxlamaq üçün sükan çarxına qızdırıcı funksiyası standart olaraq daxildir.

Qabaqcıl qoşulma imkanları

Yeni Continental GT Convertible həyatınızı artıq mükəmməl şəkildə dəstəkləmək üçün hazırlanmışdır. Mərkəzi məlumat və əyləncə sisteminin ekranından yaxud sükan çarxından idarə olunaraq, onun rəqəmsal funksiyalarına Apple® CarPlayTM*, real vaxtda nəqliyyat barədə məlumat və avtomobildəki Wi-Fi giriş nöqtəsi daxildir. Eyni zamanda, My Bentley proqramı sizə telefon vasitəsilə avtomobilinizə rəqəmsal giriş imkanını verir.

Yeni Continental GT çeşidində rabitə texnologiyaları barədə ətraflı öyrənmək üçün bizimlə bu gün əlaqə saxlayın.

* Mövcudluq avtomobilin satın alındığı ölkədən asılıdır

Sahibini gözləyir

Bentley-nin İngiltərədəki zavodunda istehsal edilən hər bir avtomobil kimi, yeni Continental GT Convertible əl ilə hazırlanır. Bu, o deməkdir ki, siz avtomobilinizin komplektasiyasını və əl ilə hazırlanan detallarını öz dəqiq istəklərinizə əsasən sifariş edə bilərsiz – eksteryerdən tutmuş panellərə, dərilərə və salonun tikişlərinə qədər.

Ətraflı öyrənmək və ya test-drayvı xahiş etmək üçün lütfən bizə müraciət edin. Bizimlə onlayn yaxud, ən yaxşısı, telefonla əlaqə saxlayın: +99412 4048282.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6.0 litre twin-turbocharged W12
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    635 PS / 626 bhp / 467 kW @ 6000 rpm
  • Fırlanma anı
    900 Nm, 664 lb.ft @ 1350-4500 rpm
  • Emissions level
    EU 6
  • Fuel
    98 (95) RON
Performans
  • Maksimal sürət
    207 mph / 333 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 3.7 seconds
  • Sürətlənmə km/s
    0 - 100 km/h 3.8 seconds
Ölçülər
  • Ban üslubu
    Convertible
  • Ümumi uzunluq
    4850mm / 190.94in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Bükülmüş güzgülərlə en
    1964mm / 77.32in
  • Hündürlük
    1399mm / 55.08in
  • Çarx bazası
    2849mm / 112.17in
  • Front Track
    1672mm / 65.51in
  • Rear Track
    1664mm / 65.51in
Yanacaq sərfi
  • *NEDC Hərəkət Dövrü:
  • Şəhər
    17.2 litres/100 km
  • Şəhərdən kənar
    9.4 litres/100 km
  • Qarışıq
    12.3 litres/100 km
  • C02 tullantıları (qarışıq)
    280 g/km
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    23.9 litres/100 km
  • Orta
    15.5 litres/100 km
  • Yüksək
    12.8 litres/100 km
  • Cox Yüksək
    12.7 litres/100 km
  • Qarışıq
    14.8 litres/100 km
  • Qarışıq CO2
    336 g/km
  • Qət Edilən Məsaf
    608 km
  • Sərf dərəcəsi
    F
  • *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.

Qalereya