Yeni Continental GT
[AZ] New Continental GT
New Continental GT - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 22,3; orta 13,9; yüksək 11,8; çox yüksək 11,7; qarışıq 13,6; qarışıq CO2 308 q/km; Qət edilən məsafə 662km

Yeni Continental GT

Yeni Continental GT: Bu model əsl “Qrand turizm” avtomobilinin necə olacağını müəyyən edir. Öz sinfində rəqibsiz olan model, Bentley-ə məxsus heyranedici dizayn, fenomenal güc və tayı-bərabəri olmayan usta işini bir araya gətirir. Model “Qrand turizmin” gələcəyidir.

Dizayn

Klassik “qrand turizm” modelində yüksək həssaslıq ilə işlənib hazırlanmış alüminium korpus və tamamilə yeni şassi və elektrik memarlığı ilə harmoniya təşkil edir. Nəticədə faralar arasında gözəçarpacaq, avtomobilin yan hissələrindən arxaya doğru uzanan, sürət və güc hissi aşılayan “elektrik ötürücüləri” Bentley-ə məxsus inqilabi avtomobil modelini ortaya çıxarır. Sanki memarlıq üslubu ilə işlənib hazırlanmış, opsional 22 düymlük təkərlər nəfəskəsici xarici görünüşə son toxunuşları bəxş edir.

Bu avtomobil dizaynının heyranedici nümunəsidir- model avtomobilinizin məxsusi olaraq sizin üçün unikal olacaq innovativ Dual Veneers seçimi daxil olmaqla, seçim bolluğu əsasında tayı-bərabəri olmayan avtomobilinizə çevrilə bilər.

Həyəcanverici sürücülük

Yeni Continental GT rahatlıq və lazım olduğu zaman təəccüb hissi oyadaraq rəqibsiz sürücü təcrübəsi təqdim etmək üçün işlənib hazırlanmışdır. Onun 6 litrlik, 12 silindrli mühərriki sadəcə 3.7 saniyə ərzində saatda 0-dan 100km/saatadək və maksimal sürət saatda 333 km/saat çatmağa imkan verir.

Normal şərtlər əsasında model arxa ötürücülü avtomobil kimi performans sərgiləyir. Lakin dartı qüvvəsinin itirilməsi zəruri olduğu halda dərhal iki ön təkərlər qoşulmaqla əlavə birləşmə təmin edərək Tam ötürücülü mühərriki işə salır.

Diqqətəlayiq rahat sürət toplama 8 sürətli ikiqat muftalı transmissiya ilə 48 V-luq Aktiv Sükan İdarəetmə sistemi əl ilə və avtomatlaşdırılmış idarəetməni optimallaşdıraraq sürücüdə əvəzolunmaz təəssürat oyadır, bu sürülmək üçün yaradılmış avtomobildir.

İnnovativ texnologiya

Bentley-nin texnologiyaya ən qabaqcıl yanaşmasını təmsil edərək, intuitiv yardımçı sistemlər yeni Continental GT idarəetmə təcrübəsini təkmilləşdirir. Adaptiv Kruiz Kontroldan füsunkar Bentley Fırlanan Ekranına qədər təqdim olunmuş vasitələr ilə siz mövcud informasiyaya necə nəzər salmaq və arzuladığınız sürücü təcrübəsini həyata keçirmək barədə qərar verəcəksiniz.

Unikal bir modelə sahib olun

Təqdim olunmuş geniş seçimlər sayəsində yalnız özünüzə məxsus funksiyalara malik yeni Continental GT modelindən ikincisini görmək ehtimalınız sıfra bərabərdir. Ağacdan və dəri hazırlanmış örtüklərdən başlayaraq texnoloji seçimlər əsasında avtomobilin sizin zövqünüzə əsasən işlənib hazırlanması potensialı qeyri-məhduddur.

Geniş seçimli imkanları müəyyən etmək üçün öz şəxsi Continental GT modelinizi bizim konfiqurator vasitəsilə yarada və ya Bentley Baku yaxınlaşaraq bizimlə şəxsən görüşə bilərsiniz.

Daha ətraflı məlumat əldə etmək və ya test-drayv təşkil etmək üçün bizimlə onlayn olaraq və ya
+99412 4048282 telefonla əlaqə saxlamağınız xahiş olunur.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6.0 litre twin-turbocharged W12
  • Transmissiya
    8-speed Dual Clutch
  • Güc
    626 bhp / 467 kW / 635 PS @ 5000-6000 rpm
  • Fırlanma anı
    900 Nm, 664 lb.ft @ 1350-4500 rpm
Performans
  • Maksimal sürət
    207 mph / 333 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 3.6 seconds
  • Sürətlənmə km/s
    0 - 100 km/h 3.7 seconds
Ölçülər
  • Ban üslubu
    Coupé
  • Ümumi uzunluq
    4850mm / 190.9in
  • Güzgülərlə birgə eni
    2187mm / 86.1in
  • Bükülmüş güzgülərlə eni
    1966mm / 77.4in
  • Hündürlük
    1405mm / 55.3in
  • Çarx bazası
    2851mm / 112.2in
Yanacaq sərfi
  • *NEDC Hərəkət Dövrü:
  • Şəhər
    16.7 litres/100 km
  • Şəhərdən kənar
    9.5 litres/100 km
  • Qarışıq
    12.2 litres/100 km
  • C02 tullantıları (qarışıq)
    278 g/km
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    22.3 litres/100 km
  • Orta
    13.9 litres/100 km
  • Yüksək
    11.8 litres/100 km
  • Cox Yüksək
    11.7 litres/100 km
  • Qarışıq
    13.6 litres/100 km
  • Qarışıq CO2
    308 g/km
  • Qət Edilən Məsaf
    662 km
  • Sərf dərəcəsi
    F
  • *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.

Qalereya