FLYING SPUR W12 S
[AZ] Flying Spur W12 S

FLYING SPUR W12 S

Flying Spur W12 S — Flying Spur sırasında idman üslubunda olan daha güclü modeldir. Onun həmkarı Flying Spur-da olduğu kimi, bu avtomobil inanılmaz dərəcədə güclü 6,0-litrli, ikiturbinli W12 mühərriki əsasında qurulub. Lakin W12 S-də o, daha çox gücü, daha çox fırlanma anını, daha sərt reaksiyanı və ildırım kimi 325 km/s maksimal sürəti təmin etmək üçün tüninq edilərək, bu vaxta qədər istehsal edilmiş ən sürətli dördqapılı Bentley-ə çevrilib.

HƏDDƏN ARTIQ GÜCLÜ

Öz 635 at gücü və 820 Nm fırlanma anı göstəriciləri ilə Flying Spur W12 S 0-60 mil/s qədər asanlıqla sanki ildırım kimi 4,2 saniyəyə sürətlənir. Lakin yaxşılaşdırılmış idarəetmə və hər hərəkət vəziyyətində aktiv təhlükəsizlik sayəsində o, sürətdən də artıq olan təəssüratları verir.

MİSİLSİZ DƏBDƏBƏ

Bu avtomobil təkcə gücdən artıq olanları da təcəssüm etdirir. Flying Spur W12 S dəbdəbənin yeni standartlarını təyin edir. O, səsin təcrid olunmasından və əlavə sifarişlə quraşdırılan Naim audio sistemindən tutmuş əl ilə tikilmiş dəriyə və avtomobil interyerlərinin innovativ texnologiyasına qədər Flying Spur-ı tanıtdırmış və əllə hazırlanmış bütün təfərrüatları cəmləşdirir. Lakin Bentley-nin avtoidman irsi bu avtomobilə dərin təsir edib və bu təsir qofralanmış selektor pərləri, Sports Plus sükan çarxı, taxometrin qara paneli və əlavə sifariş edilən karbon əlavələrində öz əksini tapıb.

RƏQİB TANIMAYAN QÜVVƏ

Bentley-nin sınanmış Torsen tamötürücülü sistemi mühərrikdən çarxlara gücü avtomatik olaraq ötürərək və yol örtüyü ilə maksimal təması verərək bütün səthlərdə daha qüvvətli dartımı təmin edir. Fırlanma anının adi qaydada əsasən arxa oxa 40:60 nisbətində bölünməsi sayəsində döngələrdə çatışmayan dönmə azaldılır, Flying Spur W12 S sürücüyə əsl sabitlik hissini verir və yol şəraitindən asılı olmayaraq sürücünün inam hissi artır.

HƏM SÜRÜCÜ, HƏM SƏRNİŞİNLƏRƏ ZÖVQ VERƏCƏK BİR SƏYAHƏT

Flying Spur-ın səciyyəvi xüsusiyyəti olan dəqiq və rahat hərəkəti qurban vermədən, kompyuterləşdirilmiş innovativ asqı parametrləri dinamik idarələməni təmin edir. İdman xasiyyətinə baxmayaraq, Flying Spur W12 S sükan arxasında və ya sərnişin olduğunuzdan asılı olmayaraq uzun, dəbdəbəli səyahətlər üçün mükəmməl avtomobildir. O, həqiqətən də çoxları üçün qrand-turerin bütün idarələmə məmnuniyyətini və eyni zamanda yanacaq sərfiyyətini, yük bölümünün həcmini və dünyanın ən dəbdəbəli sedanın arxa oturacaqlarındakı rahatlığı təklif edir.

Ətraflı məlumat üçün bizimlə +99412 4048282 telefon nömrəsi ilə əlaqə saxlayın.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6.0 litre W12 twin-turbocharged
  • Transmissiya
    8-speed Quickshift automatic
  • Güc
    626bhp / 467kW / 635PS @ 6000rpm
  • Fırlanma anı
    820Nm, 605lb.ft @ 2000rpm
  • Tullantı səviyyəsi
    LEV II
  • Yanacaq
    EU 95 to 98 RON US / ROW 92 to 98 RON
Performans
  • Maksimal sürət
    202mph / 325km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 4.2 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 4.5 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5299mm / 208.6in
  • Güzgülərlə birgə eni
    2207mm / 86.9in
  • Bükülmüş güzgülərlə eni
    1984mm / 78.1in
  • Hündürlük
    1488mm / 58.6in
  • Çarx bazası
    3066mm / 120.7in
Yanacaq sərfi
  • Şəhər
    12.7mpg 22.2 litres/100km
  • Şəhərdən kənar
    27.7mpg 10.2 litres/100km
  • Qarışıq
    19.2mpg 14.7 litres/100km
  • C02 tullantıları (qarışıq)
    335g/km
  • Şəhərdə hərəkət
    12 mpg
  • Şəhərdən kənar hərəkət
    20 mpg
  • Qarışıq hərəkət
    15 mpg
  • Sərf dərəcəsi
    G