FLYING SPUR V8 S
[AZ] Flying Spur V8 S

FLYING SPUR V8 S

Sürətli Flying Spur V8 S həm dəbdəbəli, həm də qızğındır. O, artıq olduqca dinamik Flying Spur model sırasına daha güclü idman xasiyyətini əlavə edir. Flying Spur V8 S başqaların nəzərlərini cəlb etmək və eyni məharətlə döngələrdən keçmək üçün yaradılmış bir maşındır.

MAKSİMAL NƏTİCƏ ÜÇÜN YARADILIB

Flying Spur V8 S-in yaradılmasında biz üç əsas sahəyə xüsusi diqqət yetirdir: görünüş, mühərrik və sürülmə. Daha aqqressiv görünüş yaratmaq üçün diqqətimizi avtomobilin görünüşünün dəyişilməsinə cəmləşdirdik. Hətta aşağı dövrlərdə yaxşılaşdırılmış sürətlənmə üçün artırılmış 680 Nm fırlanma anını vermək üçün biz ikiturbinli 4,0 l V8 S güclü mühərrikinin tüninqinə vaxt sərf etdik. O, avtomobili asanlıqla 190 mil/s (306 km/s) maksimal sürətinə qədər sürətləndirir. Daha çevik reaksiya üçün biz həmçinin asmada dəyişikliklər etmişik. Və, əlbəttə ki, bu valehedici güc eyni zamanda innovativ və müasir yanacaq sərfi göstəricilərinə cavab verir.

Mükəmməl dartım və idaretmə üçün bu təkmilləşdirmələr həmçinin dünyanın ən yaxşı tamötürücülü sistemlərindən birisi ilə birləşib. Bütün bu xüsusiyyətlər Flying Spur V8 S-in sürülməsini çox maraqlı edir. Sükan arxasına əyləşən və mühərriki işə salan kimi bu detalların fərqi necə yaratdığını dərhal görəcəksiniz. Hərəkətə başladıqdan sonra isə bu daha da aşkar görünəcək.

FƏRQİ HİSS EDİN

Flying Spur V8 S saf yanaşmanı səciyyələndirən fərqli və müasir üsluba malikdir. Buna Beluga gloss rəngində olan səciyyəvi qabaq radiator toru və ban rəngində olan unikal bamper sayəsində nail olunub. Beluga gloss rəngində arxa diffuzor, qara tonda olan əlavə işıqlandırma və müstəsna olaraq Flying Spur V8 S üçün 20" düymlük, açıq oxlu, rənglənmiş disklər daha endirilmiş və ciddi görünüşə, həmçinin yolun daha yaxşı hiss olunmasına kömək edir.

Salonda isə eksklüziv olan yarımanilin dəri seçimi daxil olmaqla, Bentley-nin məşhur əl işi hər bir detalda gözə çarpır. Sürücü və sərnişinlər üçün sensorlu ekran və salonun hərtərəfli smart-texnologiyası təklif olunur.

Müxtəlif zövqlərə cavab verən Bentley Flying Spur V8 S həmin anlar üçün yaradılıb ki, bu anlarda siz bütün dünyanı unudub sadəcə olaraq sükan arxasında zövq alacaqsız. Əminliklə deyə bilərik ki, bu təəssürat unudulmazdır.

MULLINER DRIVING SPESİFİKASİYASI

Mulliner Driving Specification ilə Flying Spur V8 S Mulliner adı ilə əlaqəli olan fərdiləşdirmənin sürəkli ənənəsini davam etdirir. Kru şəhərində hazırlanan Mulliner həm əlavə xarici, həm də daxili xüsusiyyətləri təklif edir. Buraya 21" diametrində 7 ədəd ikioxlu disklər və perforasiya edilmiş dəri ilə qapı panelləri daxildir. Dəbdəbəli almaz formasında sarınmış oturacaqlar artıq daha müasir görünüş üçün daha kiçik sarınmanı təklif edir. Sürücüyə sərbəst idarəetmə təcrübəsini əlavə edən qofralanmış ötürücü qolu və deşilmiş yüngül pedallar misilsiz dəbdəbə hissini daha da gücləndirə bilər.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Quickshift automatic
  • Güc
    521bhp / 528PS / 388kW @ 6000rpm
  • Fırlanma anı
    680Nm, 502 lb.ft @ 1700rpm
  • Tullantı səviyyəsi
    EU 6 / ULEV
  • Yanacaq
    98 (95) RON
Performans
  • Maksimal sürət
    190mph / 306km/h
  • Sürətlənmə mil/s
    0 - 60mph 4.6 seconds
  • Sürətlənmə km/s
    0 - 100km/h 4.9 seconds
Ölçülər
  • Ban üslubu
    Saloon
  • Ümumi uzunluq
    5299mm / 208.6in
  • Güzgülərlə birgə eni
    2207mm / 86.9in
  • Bükülmüş güzgülərlə eni
    1984mm / 78.1in
  • Hündürlük
    1488mm / 58.6in
  • Çarx bazası
    3066mm / 120.7in
Yanacaq sərfi
  • Şəhər
    17.8mpg 15.9 litres/100km
  • Şəhərdən kənar
    35.3mpg 8.0 litres/100km
  • Qarışıq
    25.9mpg 10.9 litres/100km
  • C02 tullantıları (qarışıq)
    254 g/km
  • Şəhərdə hərəkət
    14.0 mpg
  • Şəhərdən kənar hərəkət
    24.0 mpg
  • Qarışıq hərəkət
    17.0 mpg
  • Sərf dərəcəsi
    D