CONTINENTAL GT MULLINER
Yeni Continental GT Mulliner Bentley Continental modelinin qran-turizm sinfinin tələblərini yenidən müəyyən edən xüsusi detallara və bir sıra özünəməxsus xüsusiyyətlərə malik olan dəbdəbəli, güclü və maksimum şəkildə təkmilləşdirilmiş seriyasıdır.
Bentley şirkətinin dizaynı Mulliner tərəfindən əllə hazırlanmış xüsusi Continental GT Mulliner seriyası zərif detallara daha çox diqqət yetirilməsini arzu edən müştəriləri cəlb etmək üçün kuzovun qurulmasına dair ənənəvi və müasir metodları özündə birləşdirir.
Bu gün Bentley Baku ilə görüş təşkil etməklə bu heyrətamiz avtomobili özünüz kəşf edin. Öz səyahətinizə başlamaq üçün sadəcə olaraq +99412 4048282 nömrəsi ilə əlaqə saxlayın və ya öz məlumatlarınızı aşağı hissəyə daxil edin.
Müasir üsullarla hazırlanmış dizayn
Salonun içərisini bəzəyən tamamilə yeni dekorativ işləmələrdən tutmuş radiator toru, qanad boşluqları və parlaq gümüşü rəngli xarici arxa görüntü güzgülərinin üzərindəki eksklüziv Mulliner detallarına qədər Continental GT Mulliner modeli Bentley markasının Continental ailəsinin flaqmanı kimi çıxış edir.
Modelin ən cəlbedici xüsusiyyətlərindən biri Breitling şirkəti tərəfindən hazırlanmış saat siferblatı ilə təchiz olunan tamamilə yeni mərkəzi pult və idarəetmə panelidir. Xromlaşdırılmış çərçivəyə malik cilalanmış gümüşü saat qurğusu mərkəzi pultun almazdan hazırlanmış yeni texniki bölməsini tamamlayır. “Grand Black” üzlüklü ön panelin üzərinə həkk edilmiş heyrətamiz avromobil siluetləri heç bir detalın gözdən qaçmadığını sübut edir. Nəticədə ənənəvi üsulları müasir dizaynla birləşdirən yeni qran-turizm modeli ortaya çıxır. Bu, tamamilə yenilənmiş dəbdəbəli modeldir.
Zövqünüzə uyğun
3 rənglə boyanmış səkkiz ədəd oturacaq və örtük kombinasiyaları sizə interyeri tənzimləmək və özəlləşdirmək imkanı verir. Bu cür xüsusi rəng bölgülərinin hər biri unikal təzada və vurğu işlənməsinə malik olan əsas, ikinci və üçüncü dərəcəli dəri işləmələrindən ibarət olmaqla əlavə dərinlik və obrazlılıq yaradır. Mövcud rəng bölgülərinə Pavilyon, Amalfi, Fler, Askot, Sirius, Sienna, Sterlinq və Kembrik daxildir. Bundan əlavə, hər səyahət üçün fərqli atmosfer yaratmaq məqsədilə 3D formatlı dekorativ işıqlandırmanı tənzimləyə bilərsiniz.
Rəng çalarlarından təzadlı tikişlərə, dəridən panellərə qədər Continental GT Mulliner modelində modifikasiya imkanları bənzərsizdir. Bu və digər imkanları kəşf etmək üçün Bentley konfiquratoruna daxil olun.
Tam fərqli Mulliner detalları
Mulliner seriyasının zərif detalları avtomobilin həm interyeri, həm də eksteryerini Mulliner markalı qanad boşluqları, naxışlı başaltılar və astananın işıqlanan qoruyucu lövhələri ilə digərlərindən fərqləndirir. Boyanmış və cilalanmış tamamilə yeni 10 milli 22 düyüm Mulliner təkərləri bu qran-turizm avtomobilinin xarici görünüşünü yaxşılaşdırmaqla yanaşı, həm də möhtəşəm imkanlarını da artırır.
Continental GT Mulliner modelinin sahiblərinə həmçinin xatirə kimi seçdikləri interyerin unikal rəng kombinasiyasına uyğun gələn iki açar yuvası olan hədiyyə qutusu veriləcəkdir. Bu, müştərilərə bənzərsiz hislər yaşatmaq üçün görə biləcəyimiz tədbirlərdən sadəcə biridir.
Avtomobilinizin ən incə detallarını hazırlayan zaman Bentley şirkətinin Mulliner modeli üzrə fərdi istismar prosesində iştirak edərək onlayn konfiquratorun sərhədlərindən kənara çıxmaqla arzuladığınız avtomobili reallığa çevirmək üçün dizayner və mühəndislərlə əməkdaşlıq edə bilərsiniz. Sadəcə buraya daxil olaraq Bentley Baku ilə əlaqə saxlaya və əlavə məlumat əldə edə bilərsiniz.
Möhtəşəm performans
Tamamilə yenilənmiş, həddindən artıq güclü və əllə hazırlanmış W12 mühərriki qran-turizm sinfini təmsil edir. Bənzərsiz performans gücü avtomobilin sürətini cəmi 3,7 saniyədə 0-dan 100 km/saat-a qədər artırmağa imkan verir. Maksimum sürət həddi isə 333 km/saat təşkil edir. Continental GT Mulliner modeli standart olaraq Bentley şirkətinin avtomobilin rahat və diqqətli şəkildə idarə edilməsini, o cümlədən sükanın çevik şəkildə çevrilməsini təmin edən Dynamic Ride* (təkər oxuna aktiv nəzarət) sistemi ilə təchiz olunub.
Sükan arxasına keçərək Continental GT Mulliner modelinin hərəkətləndirici gücünü sınaqdan keçirmək üçün aşağıdakı anket vasitəsilə bizimlə əlaqə saxlayaraq sınaq yürüşü təşkil edə bilərsiniz.
*Bentley Dynamic Ride sisteminin standartlaşdırılması bazara görə dəyişir.
Continental GT Mulliner, EU27, Böyük Britaniya, İsrail, Ukrayna, Norveç, Türkiyə və Vyetnam xaricində bütün bazarlarda sifariş edilə bilər.

Texniki xüsusiyyət
Mühərrik
- Mühərrik6.0 litre twin-turbocharged W12
- Transmissiya8-speed Dual Clutch
- Güc626 bhp / 467 kW / 635 PS @ 5000-6000 rpm
- Fırlanma anı900 Nm, 664 lb.ft @ 1350-4500 rpm
Performans
- Maksimal sürət207 mph / 333 km/h
- Sürətlənmə mil/s0 - 60 mph 3.6 seconds
- Sürətlənmə km/s0 - 100 km/h 3.7 seconds
Ölçülər
- Ban üslubuCoupé
- Ümumi uzunluq4850mm / 190.9in
- Güzgülərlə birgə eni2187mm / 86.1in
- Bükülmüş güzgülərlə eni1966mm / 77.4in
- Hündürlük1405mm / 55.3in
- Çarx bazası2851mm / 112.2in
Yanacaq sərfi
- *NEDC Hərəkət Dövrü:
- Şəhər17.0 litres/100 km
- Şəhərdən kənar9.3 litres/100 km
- Qarışıq12.1 litres/100 km
- CO2 tullantıları (qarışıq)278 g/km
- WLTP Hərəkət Dövrü:
- Aşağı22.3 litres/100 km
- Orta13.9 litres/100 km
- Yüksək11.8 litres/100 km
- Cox Yüksək11.7 litres/100 km
- Qarışıq13.6 litres/100 km
- Qarışıq CO2308 g/km
- Qət Edilən Məsaf662 km
- Sərf dərəcəsiF
- *NEDC Hərəkət Dövrü rəqəmləri aşağıdakı ölkələrə şamil edilir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, Mərakeş və Rusiya.
Qalereya
Continental GT Mulliner - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 22,3; orta 13,9; yüksək 11,8; çox yüksək 11,7; qarışıq 13,6; qarışıq CO2 308 q/km; Qət edilən məsafə 662km