BENTAYGA V8
[AZ] Bentayga V8
Bentayga V8 - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 19,9; orta 13,1; yüksək 11,2; çox yüksək 12,8; qarışıq 13,3; qarışıq CO2 302 q/km; Qət edilən məsafə 639km

BENTAYGA V8

Bentayga V8 model sırasında ən yeni əlavədir və əsl Bentayga olduğunu hər detalında sübut edir. Eksklüziv saflığı sarsıdıcı performansla tarazlıqda saxlayaraq, bu çevik SUV həm şəhərdə, həm açıq yolda cəlbedici və valehedici idarələməni təklif edir. Cəsur staylinq elementləri və mütəxəssislərin əl işi heyrətləndirici görünüşü yaradır və yeni, qabaqcıl V8 mühərrikin və gur Bentley V8 səsinin tandemi fenomenal gücü və ani sürətlənməni təmin edir. Bu unikal SUV barədə ətraflı öyrənmək üçün bizimlə bu gün əlaqə saxlayın.

Dramatik dizayn

Bentayga V8 ilk baxışıdan hislərinizi oyadır. O, W12 həmkarı ilə eyni incə ban üslubundadır lakin bəzi əlavə detallar eksteryeri kəskinləşdirir – bu isə avtomobilin dinamik təbiətinə uyğundur. Standart olaraq təklif edilən qara və xromlu radiator matris toru, cütlü tullantı qaz sisteminin iki ədəd dördçıxışlı borusu və Bentley 21ʺ diskləri maşının eleqant xətləri ilə birləşərək valehedici görünüşü formalaşdırır. 

Əl işi ilə tamamlanmış interyer gələcək macəralar üçün ideal mühiti yaradır. Burada düz uzun dəri oturacaqları, yuxarı kabində yumşaq və toxunuşda zərif Eliade paneli, Dark Fiddleback Eucalyptus dekorativ panel işlənməsi, klassik ‘B’ dizaynında ayaq pedalları və Bentley astanaları bütövlüklə standart komplektasiyada təchiz edilir.

Dinamik qüvvə

Valehedici və maraqlı idarələmə təəssüratını həm adi yollarda, həm yolsuzluqda yaradaraq, yeni və ağıllı Bentley V8 mühərriki bu mükəmməl SUV-a uyğunlaşmaq üçün xüsusi olaraq kalibrləşdirilmişdir. O, avtomobilin nəzərə çarpan imkanlarını əks etdirən güclü V8 mühərrikin səsi ilə birgə sizi 290 km/s maksimal sürətinə çatdıran və həyacan hissini verən 550 a. g. yaradır.

Bentayga V8 0-dan 100 km/s qədər sadəcə 4,5 saniyəyə sürətlənə bilər. Və mühərrikin geniş güc diapozonu boyunca yaradılan maksimal fırlanma anı sayəsində ani sürətlənmə əsl valehedici, dinamik idarələmənin zəmanəti olaraq dərhal təmin olunur. Bunu öz sınağınızdan keçirmək üçün bizə test-drayvı keçirməyə müraciət edin.

Bentayga V8-in hədsiz gücünü yeni opsiya kimi təklif olunan karbon keramika əyləcləri ilə asanlıqla cilovlamaq olar. Diametri 440 mm olan bu qabaq əyləclər inanılmaz dayanma gücünü təmin edərək, Bentley-nin bu vaxta qədər istehsal etdiyi ən iri əyləclərdir. Və çəkidə mühüm olan 21,5 kq azalması bu maşının reaksiyasını daha da çevik edir.

İnnovativ texnologiya

Zəngin texnologiya səmərəlikdən tutmuş avtomobildəki təəssürata qədər hər bir şeyi yaxşılaşdırmaq üçün istifadə edilir. Yanacaq qənaətinə iki ədəd ikiburuqlu turbin, istifadə olunmadığı zaman dörd silindri söndürən mühərrikin dəyişən həcmi və dayanmaya yaxın olan çox aşağı sürətlərdə aktivləşən start-stop texnologiyası sayəsində nail olunur. Bu isə cəmi 260 q/km CO2 tullantıları və bir bakla 746 km yürüş məsafəsi ilə nəticələnir.

Gecə görüntüsü, üst panel displeyi və arxa görüntü kamerası kimi sürücüyə dəstək texnologiyası isə yollarda naviqasiyanı asanlaşdırır, Bluetooth, WiFi və Apple CarPlay qoşulması isə sərnişinlərə dünyaya bağlanmaq imkanını verir. Ciddi səsə əsl qiymət verən həvəskarlar üçün isə opsiya kimi təklif olunan Naim for Bentley audio sistemi SUV-lar arasında olan ən güclüsüdür. 

Sərhədsiz fərdiləşdirmə

Təklif olunan seçimlərlə öz Bentayga V8-nizi əsl fərdiləşdirilmiş maşına çevirə bilərsiniz. Yeddi standart boya və beş standart dəri rəngi yaxud 12 ikitonlu eksteryer seçimi və uyğun Cricket Ball boyası ilə cütləşdirmək istəyə biləcəyiniz qırmızının yeni, zəngin çaları olan Cricket Ball daxil olmaqla 10 əlavə dəri rənginin daxil olduğu genişləndirilmiş çeşiddən seçim etmək olar. 

Oturacaqların, qapıların və alət panellərinin üslubi xətlərini vurğulayaraq, əllə işlənmiş tikişlər 15 standart və dörd müstəsna rəngin seçiminə əlavə edilə bilər. Bu imkanlarla daha yaxın tanış olmaq üçün Bentley Konfiquratorunu sınayın.

Əlavə xüsusiyyətlərin çeşidi maşınınızı daha dərindən fərdiləşdirməyə imkan verir. City Specification şəhərdə idarələməni parklama köməkçisi və arxaya hərəkət edən nəqliyyat xəbərdarlığı ilə, Mulliner Driving Specification isə dəbdəbəli görünüşü və təəssüratı almaz formasında tikişləri ilə olan oturacaqlarla, perforasiya edilmiş idman pedalları və digər detallarla zənginləşdirir. 

Əgər bu müstəsna dərəcədə çevik, bacarıqlı və saf SUV barədə ətraflı öyrənmək istəyirsinizsə, lütfən bizə zəng edin. 

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    4.0 litre twin-turbocharged V8
  • Transmissiya
    8-speed Automatic Transmission
  • Güc
    550 PS / 542 bhp / 404 kw @ 6000 rpm
  • Fırlanma anı
    770 Nm / 568 lb.ft @ 2000-4500 rpm
  • Tullantı səviyyəsi
    EU 6 and US LEV III
  • Yanacaq
    EU 95 to 98 RON US/ROW 92 to 98 RON
Performans
  • Maksimal sürət
    180 mph / 290 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 4.4 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.5 secs
Ölçülər
  • Ban üslubu
    SUV
  • Ümumi uzunluq
    5140mm / 16ft 10in
  • Güzgülərlə birgə eni
    2224mm / 7ft 4in*
  • Bükülmüş güzgülərlə eni
    1998mm / 6ft 7in**
  • Hündürlük
    1722mm / 5ft 8in (normal with antenna), 1742mm (height 1 with antenna), 1757mm (height 2 with antenna)
  • Çarx bazası
    2995mm / 9ft 10in
Yanacaq sərfi
  • NEDC Hərəkət Dövrü:
  • Şəhər
    15.7 litres/100km
  • Şəhərdən kənar
    9.3 litres/100km
  • Qarışıq
    11.6 litres/100km
  • C02 tullantıları (qarışıq)
    265 g/km
  • WLTP Hərəkət Dövrü:
  • Aşağı
    19.9 litres/100 km
  • Orta
    13.1 litres/100 km
  • Yüksək
    11.2 litres/100 km
  • Cox Yüksək
    12.8 litres/100 km
  • Qarışıq
    13.3 litres/100 km
  • Qarışıq CO2
    302 g/km
  • Qət Edilən Məsafe
    639 km
  • Sərf dərəcəsi
    E

Qalereya