BENTAYGA MULLINER
[AZ] Bentayga Mulliner

BENTAYGA MULLINER

Bentley Bentayga Mulliner dünyanın ən dəbdəbəli SUV avtomobilinin maksimal təzahürüdür. O, Mulliner tərəfindən işlənib hazırlanaraq, Bentley-nin şəxsi dizayn bölməsi olan Mulliner-in məşhur olduğu müstəsna əl işi sayəsində Bentayga-nı yeni bir səviyyəyə yüksəldir. Hər bir detal nəzərə alınıb, hər bir ideya işlənilib və icrasında ən yüksək dərəcəyə çatdırılıb.

Məhdud sayda buraxılan Bentayga Mulliner müstəsna dəbdəbənin sinonimidir. Bu məhdud buraxılış SUV üçün Mulliner mütəxəssisləri mövcud olan ən yaxşı funksiya və variantları seçiblər ki, Bentley dizaynının, əl işinin və dəbdəbəsinin zirvəsində duran məhdud sayda adamın arasında məhz siz olasınız.

DİZAYN

Mulliner müstəsna avtodizayn bacarıqlarını ön plana çəkərək Bentayga Mulliner-i maksimal standartlara yüksəldən məhz incə detalların zənginliyi və fərdiləşdirmə üçün unikal imkanların geniş çeşididir.

EKSTERYER

Bentayga Mulliner sərbəst disk mərkəzləri ilə olan Mulliner 22" Paragon disklərindən tutmuş hər aspektdə varlığı təcəssüm etdirir. Axşam vaxtı LED salamlama lampaları avtomobilə girişi xüsusi bir mərasimə çevirir: bu məqsədlə səciyyəvi Bentley qanadları ətrafı işıqlandırmaq üçün işıqlanır. Bu effekt həm qabaq, həm arxa salonun Mulliner işıqlanan astanaları ilə tamamlanır.

İNTERYER

Bentayga Mulliner-in salonu əl işinin və dəbdəbənin zirvəsidir. Arxa mərkəzi panel ilə dördoturacaqlı Comfort Specification versiyası dəbdəbəli dizaynın maksimal təzahürüdür. Massaj və ventilyasiya funksiyalarını əhatə edən və 18 müxtəlif tərzdə tənzimlənən iki fərdi arxa oturacaq bunu dərhal büruzə verir.

Salonun bel xətləri, çərçivə panelləri və qabaq paneli Ombré Burr Walnut dekoru ilə işlənilib. Bu müfəssəl işlənmə salonun qabaq hissəsində Piano Black növündən arxaya Burr Walnut növünə gözəl şəkildə keçərək dəyişir.

Əl ilə işlənmiş ikitonlu rəng fərqlənməsi Mulliner yeddi ədəd Mulliner rəng seçimini təklif edərək həm ənənəvi, həm müasir dizayn üslubunu birləşdirir. Hər birisi uyğun tikişlərlə əsas və ikinci dəri ilə və sarılmaya uyğun olan unikal ikirəngli vurğu işlənməsi ilə təklif olunur.

Bunların sırasında isti Newmarket Tan və Linen dəriləri ilə olan Bamboo və Mandarin, Linen və Newmarket Tan kontrast tikişləri vardır; Monsoon isə gözəl Portland və Damson dərilərini Dragonfly, Portland və Damson kontrast tikişləri ilə; Flare isə zəngin Hotspur və Beluga dərilərini White, Beluga və Hotspur kontrast tikişi ilə birləşdirir.

Əlavə rahatlıq üçün isə burada rəngi salonun arxa hissəsinə uyğun gələn kontrast tikişlə və aksent rəngində işlənmiş Alcantara-dan iki ədəd yumşaq Mulliner yastığı təklif edilir.

Maksimal Bentayga-nın interyerinə unikal əlavə olan Mulliner soyuducusu və sərinləşdiricisi isə ideal olaraq arxa paneldə quraşdırılıb. Soyuducu içəridən LED lampalarla işıqlanır və ona əllə işlənmiş iki ədəd Cumbria Crystal şampan badəsi və işıqlanan soyuducu halqası əlavə edilir. Kristal şüşə qapısı Mulliner brend adı ilə nahışlanıb. Bu, salonun hazırlanmasında mükəmməlliyi əks etdirir: burada eyni dərəcədə gözəllik, funksionallıq və xırdalıqlara ciddi diqqət birləşib.

TEXNOLOGİYA

Bizim texnologiyamız istifadəçi təəssüratını hədsiz gücləndirməkdən daha çox onu vurğulamağa yönəlir. Bentayga Mulliner-də bu aşkar göstərilir: burada dəbdəbənin maksimal həddi texnologiya ilə tarazlıq yaradır.

Müasir cizgilər hər detalda aşkar görünür: sürücünün smart təhlükəsizlik sistemlərindən tutmuş əyləncəni zənginləşdirən təkmilləşdirilmiş kommunikasiyaya qədər. Bentayga Mulliner şəhərdə hərəkət, uzaq səfərlər və ciddi ofroud üçün ondan artıq sürücü dəstəyi sistemini təklif edir. Onların sırasında Şəhərdə dayandırılma, Piyada xəbərdarlığı və Qabaq şüşəyə proyektor kimi (əsas məlumat qabaq şüşədə əsk edilir) sistemlər var. Burada həmçinin Gecə görüntüsü (heyvanları və insanları tanıyır), Kor nöqtələr üzrə köməkçi, Çıxış xəbərdarlığı və Yol nişanlarının tanınması əhatə olunur.

Hər şey avtomobilin dizaynına böyük diqqətlə əlavə edilib. Bentayga-nın "hi-tech" videosistemləri, quraşdırılmış kameraları və sensorlu köməkçi texnologiyaları idarəetmədən ümumi təəssüratı mükəmməlləşdirmək üçün yaradılmışdır.

Sizi səslə əhatə edərək, Naim for Bentley audiosistemi musiqinin avtomobildə səsləndirilməsini yeni bir səviyyəyə yüksəldir. O, 1920 Vatt gücündə 21-kanallı gücləndiricisi sayəsində SUV-lərin audiosistemləri arasında ən güclüsüdür. İyirmi dinamik arasında doqquz ədəd birləşdirilmiş orta və yüksək tezlik dinamiki, dörd ədəd bas dinamiki və 300 Vatt gücündə sabvufer var. Tamamilə standart olaraq, supertvitterlərin cütü yüksək tezlikləri genişlədir və avtomobildə bu vaxta qədər sınanılmamış tezlik diapozonu genişliyini verir.

Bentayga Mulliner-in arxa sərnişinlərinə əyləncənin olduqca geniş repertuarı təklif olunur. Bunun üçün əsas vasitə arxa başaltılarda yerləşən 10,2-düymlük planşetlərdir. Bu rahat və mobil (həm avtomobilin daxilində, həm də ondan kənarda) planşetlər TV, videoəyləncə, oyunlar, videozənglər və canlı yayım dünyasına girişi təmin edir. BluetoothTM qulaqlıqlarından başqa daxili yaddaş, micro SD və USB yuvaları daxil olmaqla çoxsaylı funksiyalar da təklif edilir.

İstifadəçinin üstünlüklərindən və hərəkət şəraitindən asılı olaraq, Bentayga-nın məlumat və əyləncə sisteminə sensor ekranı, fırlanan düymələr, jestlər və ya səs vasitəsilə daxil olmaq mümkündür. Quraşdırılmış 4G WiFi giriş nöqtəsi ilə fasiləsiz rabitədən faydalanın. Smartfonunuz asanlıqla Apple CarPlay, Google Earth və Google Street View vasitəsilə musiqi, genişləndirilmiş naviqasiya, zənglər və proqramlara inteqrasiya edilir.

PERFORMANS

Bentayga Mulliner həm yollarda, həm onlardan uzaqlarda belə Bentayga ilə eyni dərəcədə valehedici performansı bəxş edir.

Dəyişən həcmli Bentley W12 benzin mühərrikin 0-100 km/s qədər sürətlənməsi 4,1 saniyəyə bərabərdir və maksimal sürəti 301 km/s təşkil edir. Lakin Bentley-nin performansa yanaşması təkcə sürətlə bitmir. Sükan arxasında yüksəldilmiş yerinizdən həm yollarda, həm onlardan kənarda öz sinfində heç bir digər avtomobilin vermədiyi gücü və fırlanma anını hiss edəcəksiniz. 900 Nm fırlanma anı ilə birgə Bentayga Mulliner gücün rəvan və tarazlaşdırılmış şəkildə paylaşmasını təmin edir.

Mühərrik həmçinin Bentley-nin seriya mühərrikləri arasında birbaşa püskürmə və port-injektor texnologiyalarının ilk birləşməsini özündə cəmləşdirir. O, ən effektiv performansa nail olmaq üçün bu iki rejim arasında səmərəli qaydada dəyişiklik edir. Turboləngimənin bütün əlamətlərini aradan qaldıraraq ən müasir ikili turboaqreqatlar optimal reaksiya üçün yaradılıb.

Stop-Start texnologiyası və dəyişən həcm texnologiyası effektiv göstəriciləri, sinfində qabaqcıl olan 13,1 l/100 km yanacaq sərfini və 296 q/km tullantını təmin edir.

Nəticədə isə bu lider SUV avtomobili performansın və effektivliyin mükəmməl balansına nail olur.

Texniki xüsusiyyət

Mühərrik
  • Mühərrik
    6.0 litre twin-turbocharged Direct Injection W12
  • Transmissiya
    8-speed Automatic Transmission
  • Güc
    608 PS / 600 bhp / 447 kw @ 5,000-6000 rpm
  • Fırlanma anı
    900 Nm / 664 lb.ft @ 1350 rpm
  • Tullantı səviyyəsi
    EU 6 and US LEV III
  • Yanacaq
    EU 95 to 98 RON US/ROW 92 to 98 RON
Performans
  • Maksimal sürət
    187 mph / 301 km/h
  • Sürətlənmə mil/s
    0 - 60 mph 4.0 secs
  • Sürətlənmə km/s
    0 - 100 km/h 4.1 secs
Ölçülər
  • Ban üslubu
    SUV
  • Ümumi uzunluq
    5140mm / 202.4in
  • Güzgülərlə birgə eni
    2224mm / 87.6in*
  • Bükülmüş güzgülərlə eni
    1998mm / 6ft 7in**
  • Hündürlük
    1742mm / 5ft 9in (normal with antenna), 1762mm (height 1 with antenna), 1777mm (height 2 with antenna)
  • Çarx bazası
    2995mm / 9ft 10in
Yanacaq sərfi
  • Şəhər
    14.9 mpg / 19.0 litres / 100 km
  • Şəhərdən kənar
    29.4 mpg / 9.6 litres / 100 km
  • Qarışıq
    21.6 mpg / 13.1 litres / 100 km
  • C02 tullantıları (qarışıq)
    296 g/km
  • Şəhərdə hərəkət
    14 mpg
  • Şəhərdən kənar hərəkət
    20 mpg
  • Qarışıq hərəkət
    16 mpg
  • Sərf dərəcəsi
    F