YENİ FLYING SPUR AVTOMOBİLİNİ TƏQDİM EDİRİK

Yeni Flying Spur - WLTP hərəkət dövrü - l/100 km yanacaq sərfi: Aşağı 24,2; orta 15,4; yüksək 12,7; çox yüksək 12.9; qarışıq 14,8; qarışıq CO2 337 q/km; Qət edilən məsafə 608km

Bentley Motors dünyanın ən təkmil Böyük Səyahət üçün lüks sedanı olan tam yeni Flying Spur avtomobilinin təqdimatını edib. İdarə etməyinizdən və ya avtomobildə sərnişin kimi olmağınızdan asılı olmayaraq, tam yeni Flying Spur müasir müştəri yönümlü texnologiya ilə yanaşı, yeni cəsarətli yolda mövcudluq ilə dünyanın qabaqcıl interyer keyfiyyəti və dizaynını birləşdirərək, limuzin dəbdəbəsi ilə idman sedanı performansının unikal birləşməsini təklif edir.

“Continental GT avtomobilinin təqdimatı ilə yeni Flying Spur avtomobili performans və incəliyin seqment müəyyənləşdirici səviyyələrini təqdim etmək üçün həm texnologiya, həm də ustalığın sərhədlərindən kənara çıxan yüksək səviyyəli inkişafdır.” - deyə Bentley Motors şirkətinin Sədri və Baş İcraçı Direktoru Adrian Hallmark bildirdi.

Eksteryer

Flying Spur avtomobilinin cəsarətli eksteryer dizaynı səhv edilməyəcək dərəcədə Bentley-ə məxsus olan yeni və müasir dizayna əsaslanır. Çarx bazasının 130 mm uzadılması ilə yeni Flying Spur indi artırılmış xarici görünüşə və avtomobilin tam uzunluğundan azaldan daha güclü, daha cəsarətli cizgilərə malikdir.

LED matris fənərlər unikal kəsilmiş kristal effektli detal ilə standartdır. Ətrafı yığılmış arxa fənərlər tanış “B” qrafikindən istifadə edir və interyerin hava ventilyasiyalarının almaz formalı kəsiklərini əks etdirir. Yeni 21 inçlik çarx seçimi iki unikal 22 inçlik Mulliner Spesifikasiyalarının seçimi ilə yanaşı, standart kimi təklif edilir.

Tam ölçülü şüşədən şüşəyə panoramik damı göstərmək olar, Alcantara ştorları elektrik ilə işə düşür və rəngi 15 interyerin tavan rəngləri ilə uyğundur.

Kapotu bəzəyən yenidən dizayn edilmiş Flying B maskotu hazırkı Flying Spur avtomobilində ilk dəfə olacaq. Elektron olaraq işə düşür və işıqlanır, o, sürücü avtomobilə yaxınlaşdıqca qarşılama işığı və açarsız daxilolma sistemi ilə əlaqələndirilib.

Performans

Yeni Flying Spur avtomobilinin W12 ikili turbo-sıxıcı kompressorlu TSI mühərriki 3.7 saniyədə 635 a.g (626 bhp) və 900 Nm (664 lb ft), 0-60 mph (3.8 saniyədə 0-100 km/s) və 207 mph (333 km/s) yüksək sürət təmin edir.

Yeni Flying Spur həmçinin fenomenal idarəetmə və gediş təmin edərək Aktiv Bütün Təkərli İdarəetmə və Bentley Dynamic Ride ilə birləşərək Bentley-də ilk dəfə olaraq Elektron Bütün Təkərli Sükan xüsusiyyətinə malikdir. Yeni Sürücüyə Yardım Sistemləri həmçinin Traffik Yardımçısı, Şəhər Yardımçısı və Görünməyən Yer Xəbərdarlığı daxil olmaqla, yeni Flying Spur avtomobilinə quraşdırılıb.

İnteryer

Yeni Flying Spur avtomobili aşağı konsol və zolaq boyunca Bentley “qanad” motivi ilə 15 dəri rəngində super komfort oturacaqlara malikdir. Nəfəs kəsici üfüqi vinir alətlər paneli və qapılara qədər davam edir və eleqant, axıcı mərkəz konsol isə fərdiləşdirilə bilən 12.3 inçlik HD sensor ekrana malikdir. Yeni Bentley “heykəl” mərkəzinin ventilyasiyaları mobil telefonlar üçün induktiv “simsiz” yükləmə və 2 USB yuvası yerləşdirilərək, həm ön, həm də arxaya əlavə edilib.

Sənayedə ilk olan Bentley Fırlanan Displeyi indi ya fərdiləşdirilə bilən rəqəmsal lövhəciklər, üç eleqant siferblat və ya fırlanan zaman qüsursuz taxta vinirləri özündə birləşdirərək, yeni Flying Spur avtomobilində mövcuddur. Ənənəvi dairəvi “illuminator” ventilyasiyalar Bentley saatın yerləşdiyi yeni formalı, dəqiq detallı ventilyasiyalar ilə alətlər panelinin mərkəzində yerləşdirilib. Üç ölçülü almaz formalı sırınmış dəri qapı əlavələri avtomobildə ilk dəfə olaraq istifadə edilib və yeni almaz formalı kəsiklər fırlanan açarları bəzəyir və həmçinin hava ventilyasiyaları və saatda mövcuddur.

Texnologiya

Yeni Flying Spur avtomobili sürücü və sərnişinlər üçün hazırlanmış intellektual və intuitiv avadanlıqların sinfində qabaqcıl portfoliosunu özündə birləşdirib.

Mərkəzi alətlər panelindəki əsas 12.3 inçlik displey istifadəsi asan olan sensor ekran funksiyalarını tamamlayan əlavə sərt düymələrə malikdir və vahid, yaxud bölünmüş displey kimi konfiqurasiya edilə biləndir. HD displeyin həmçinin əmrlərə daha sürətli cavab təklif edərək, istifadəçi daxiletmələri üçün ekranı hazırlayan yaxınlıq sensoru var.

Traffik Yardımçısı, Şəhər Yardımçısı və Görünməyən Yer Xəbərdarlığı, Gecə Görünüşü və Ön Displey ilə yanaşı, Sürücüyə Yardım Sistemlərinə malik olmaq sürücüyə qarşıdakı yola fokuslanmağa kömək edir, Yuxarıdan Görünüş Kamerası isə avtomobilin və onun ətraflarının qartal gözü görünüşünü verir, əks traffik xəbərdarlığı və özünü park etmə xüsusiyyətləri ilə tamamlanıb. Bundan əlavə, My Bentley* Qoşulu Avtomobil xüsusiyyətlərinə Apple CarPlay®, Peyk xəritələri vasitəsilə fotorealistik mənzərələr və Lokal təhlükə məlumatı xidmətimiz vasitəsilə dəyişən yol və nəqliyyat şəraitlərinin əvvəlcədən xəbərdarlığı daxildir. Siz həmçinin My Bentley proqramı vasitəsilə idarəetmə diapazonu, mühərrik diaqnostikası və Avtomobilimi kilidlə, həmçinin Şəxsi eZəng kimi təhlükəsizlik xidmətləri daxil olmaqla Mənim Avtomobilim statusuna daxil ola bilərsiniz, hər biri avtomobiliniz və qarşıdakı səyahətinizin rahatlıq və əminlik səviyyəsini təmin etmək üçün hazırlanıb.

*My Bentley Xidmətləri bütün bazarlarda mövcud deyil.
Apple CarPlay Apple Inc şirkətinin qeydiyyatlı əmtəə nişanıdır.

Arxada tam yeni Sensor Ekran Uzaqdan İdarəetməsi bütün ştorların idarə edilməsi, arxa oturacağın masaj funksiyası və arxa klimat-kontrol daxil olmaqla, proqramların geniş diapazonuna giriş verir və Dekorativ İşıqlandırma kimi konfiqurasiyaları əvvəlcədən yığmaq üçün istifadə edilə bilər.

Yeni Flying Spur avtomobilində standart sistem, Bang & Olufsen 1500 V, işıqlandırılmış barmaqlıqlar ilə 16 spikerli sistem və Naim for Bentley 2200 V, 20 spikerli sistem olmaqla üç audio sistemdən seçimi təklif edilir.

Mulliner xüsusiyyətləri

Mulliner xüsusiyyətlərinə unikal Üç Ölçülü Almaz Formalı Dəri qapı əlavələri ilə oturacaqlar üçün Dik Almaz Formalı Dəri Sırıqlar; iki bitişdə olan eksklüziv 22 inçlik disk; bütün oturacaqlar üçün işləməli qanadlar; idman pedalları; və zərgərlik işi kimi hazırlanmış yanacaq doldurucu və yağ qapaqları daxildir.

First Edition

Yeni Flying Spur First Edition həm eksteryer, həm də avtomobilin içərisindən görünən mərkəzdə yerləşən 1 rəqəmi ilə First Edition Union Flag nişanına malikdir. Dəmir lövhələrin üzərində Union Flag və First Edition sözləri var. Burada həmçinin sizin oturacaqlara “First Edition”, yaxud Bentley Qanadları sözlərindən birinin işlənməsi üçün seçiminiz var.

Bentley Fırlanan Displeyi və yeni işıqlı Flying B kapot maskotu First Edition-da standartdır. Həmçinin Dərin Xovlu Üst Xalçalar, Salamlama İşıqlandırması və Dekorativ İşıqlandırma Spesifikasiyası daxildir. Adaptiv Kruiz-kontrol, Zolaq Yardımçısı, Gecə Görünüşü və Ön Displeyi özündə cəmləşdirən Touring Spesifikasiyası həmçinin daxil edilib.

Mulliner İdarəetmə Spesifikasiyası yeni Dik Almazlı oturacaq dizaynı, üç ölçülü almaz formalı dəridən qapı panelləri və iki bitiş seçiminə malik 22 inçlik disklər daxil olmaqla mövcud disklərdən istənilən biri ilə standart kimi daxil edilib.
Burada fərdiləşdirmə üçün zəngin seçimlər var – siz dual vinirlər daxil olmaqla mövcud vinirlərdən istənilən birini və oturacaqlarda Kontrast Tikişin olmasını seçə bilərsiniz.

+99412 4048282 nömrəsindən bizə zəng etməklə və ya Bentley Baku ünvanını ziyarət etməklə ətraflı öyrənə bilərsiniz.

*Yeni Flying Spur avtomobilini İsrail, Norveç, İsveçrə, Türkiyə və Ukrayna kimi EU28 ölkələrində sifariş etmək hələlik mümkün deyil. Bu bazarlarda bu ilin sonu sifarişi mümkün olacaq.

Qalereya