BENTLEY YENİ CONTINENTAL SUPERSPORTS VƏ SUPERSPORTS CONVERTIBLE İSTEHSALINA BAŞLAYIB

Bentley bu vaxta qədər buraxdığı ən sürətli və ən güclü Bentley-sini – yeni Continental Supersports-u açıqlayıb.  Supersports birinci nəslin inanılmaz performansını, idarəetməsini və sürətini yeni səviyyələrə qaldırır.  Superkar dizaynı: qabaq və arxa hissələrdə karbon lifli elementlərlə banın fərqləndirici üslub xüsusiyyətləri və geniş karbon lifli arxa spoyler.

İnteryer inanılmaz dərəcədə yüksək tələblərə cavab verir: alət panellərinin unikal, iri və çarpazlı karbon lifi ilə yarışlardan ilhamlanmış dizayn və üç calarda olan tamamilə yeni rəng bölünməsi. İnanılmaz 710 at gücü ilə bu avtomobil Bentley Motorsports-un hazırladığı fırlanma anının əyləc sayəsində vektorlaşması texnologiyası ilə ən güclü Bentley maşınıdır. Və bu avtomobil yalnız çox məhdud sayda buraxılacaq.

Performans

336 km/s maksimal sürəti və 0-100 km/s qədər 3,5 saniyə sürətlənməsi yeni Continental Supersports-u dünyanın ən sürətli və ən güclü dördoturacaqlı lyuks avtomobilinə çevirir. Eyniliklə onun açıqdamlı versiyası olan Continental Supersports Convertible dünyanın ən sürətli dördoturacaqlı kabrioletidir və 330 km/s maksimal sürətinə çatana qədər 0-100 km/s sürətlənməsi 3,9 saniyəyə bərabərdir.

Onun idarəetməsi avtomobilin gücünə uyğundur. Fırlanma anının vektorlaşması və azaldılmış sıxılmamnış kütlə əsl idmansayağı idarələmə üçün döngələrdə reaksiyanı itiləşdirir. Bu dinamik sistem fərdi qabaq və arxa çarxları döngələrdən sonrakı sürətlənmədə dayandırır və rəvanlığı yaxşılaşdırmaq üçün döngədə daxili arxa çarxına əyləci tətbiq edir. Həmçinin daha dəqiq şassi reaksiyası üçün o, xüsusi, daha az müdaxilə edən stabillik nəzarətinin kalibrasiyası ilə təmin edilib. Bütün bunlar mühərrikin 60% gücünü idarəetmə və rəvanlıq üçün arxa çarxlara ötürən daimi tamötürücülü sistemin arxaya meylli bölünməsi ilə tamamlanır.

Eksteryer və interyerin üslubu

Kuzovun dizaynı karbon lifli vurğularla yeni qabaq və arxa bamper dizaynı ilə nəzərə çarpır, karbon liflli kapotun aralıqları, yan kənarlar və arxa spoyler isə superkar üslubunu daha da gücləndirir və maşının aerodinamik imkanlarını artırır. Radiatorun ətrafında, faralarda, şüşələrin ətrafında, arxa bamper və qapı tutacaqların elementlərində eksteryerin tamamilə qara elementləri, həmçinin səsboğucuların parlaq ucları və qanaq aeroçıxışları avtomobilə nəzərəçarpan aqqressiv görünüşü verir. Ciddi görünüş dəzgahda işlənmiş 21” Black and bright yüngül idman diskləri və W12 mühərrikləri ilə Continental-ların bu nəslində ilk dəfə təklif olunan qara parlaq qabaq radiator toru ilə tamamlanır.

Yeni Continental Supersports Convertible kupenin dəbdəbəsini və incəliyini təklif edir lakin eyni zamanda bir düyməyə toxunuşla onu valehedici açıq turerə çevirir. Çoxtəbəqəli dam incəliyin və akustik təcridetmənin yüksək səviyyələrini təmin edir. Hərtərəfli olaraq -30°C dərəcədən +50°C və ya daha kəskin şəraitdə sınanılaraq o, hətta musson yağışına tab gətirir və ən soyuq günlərdə belə rahat və mülayim istiliyi verir.  Burada həmçinin boyun qızdırıcısı təklif edilir, onun sayəsində açıq damla hərəkət hətta yazın və payızın sərin günlərində daha cəlbedici və rahat görünür.

Supersports-un interyeri güclü idman aksenti ilə fərqlənir. Çarpazlı karbon lifindən hazırlanmış alət panelləri əsas istiqaməti təyin edir: Supersports nişanları sərnişin tərəfindəki qabaq panelinə və astana panellərinə əlavə edilib. Bu, ilk dəfədir ki Continental-ın bu nəslində üçtonlu seçim təklif edilir; boyadılmış dərilərin geniş çeşidi arasında seçim edə bilərsiniz, idman görünüşünü maksimal dərəcədə vurğulamaq üçün isə perforasiya edilmiş qara Alcantara seçmək olar. Başaltılarda Supersports emblemləri tikilib, oturacaqların mərkəzi və yan panelləri isə yeni almaz formasında dizaynda sarınması avtomobilin səciyyəvi görünüşünü daha da vurğulayır. Unikal Supersports sükan çarxı və ötürücü qolu mükəmməl toxunuş təəssüratını verir.

Yeni Continental Supersports və Supersports Convertible barədə öyrənmək üçün +99412 4048282 nömrəmizə zəng edin və ya Bentley Baku salonuna buyurun.