BENTLEY EXP 12 SPEED 6E CONCEPT YENİ SEGMENTİ MÜƏYYƏN EDİR: DƏBDƏBƏLİ ELEKTRİK AVTOMOBİL

Bentley Motors lüks elektrik segmentini müəyyən etmək iqtidarında olduğunu bildirərək yeni EXP 12 Speed 6e Concept avtomobilini 2017 Cenevrə Beynəlxalq Avtosalonunda təqdim edib. Yeni konsept barədə ətraflı məlumat üçün bizimlə Bentley Baku ünvanında əlaqə saxlayın.

Bentley Motors-un sədri və baş icraçı direktoru Volfqanq Dürhaymer:

“EXP 12 Speed 6e əsl Bentley-dən gözlədiyiniz müvafiq texnologiya, yüksəkkeyfiyyətli materiallar və saflıq səviyyələri ilə birgə lüks segmentində elektromobili müəyyən edir. Bu konsept bizə lüks müştərilərlə əlaqə qurmağa və yanaşmamız barədə rəyləri toplamağa imkan verir.

Cənab Dürhaymerin yekunu: “Bentley gələcək portfelində elektrik modeli təklif etməyə sadiq qalır və biz bu konsept barədə rəy almaqda maraqlıyıq”.

Elektrik gələcəyə baxış
EXP 12 Speed 6e konseptində Bentley-nin fırlanma anının səlis artımı və qrand-turinq yürüşü kimi məşhur xüsusiyyətləri çevik induktiv yükləmə və avtomobilin müasir konsyerj-tipli xidmətləri kimi yeni yüksək performans texnologiyası ilə sahibin rahatlığı üçün birləşib.

Ultramüasir texnologiyanın və gözəl materialların qarışığı EXP 12 Speed 6e salonunda nəzərəçarpandır: yüksək ayırtma ilə OLED ekranı ilə olan bütöv mərkəzi tunnel eleqant əyilmiş şüşə parçasından vurulub. Naviqasiya, multimedia və avtomatik kondisioner daxil olmaqla avtomobilin bütün əsas salon idarəetmə elementləri burada idarə edilir.

Bentley-nin gələcəyə baxışı müştərilərə yüksəksürətli induktiv yükləmədən faydalanmağı və qrand-turinq tələblərinə cavab verən yürüşün təmin edilməsini əhatə edir. Elektrik Bentley London və Paris yaxud Milan və Monako arasında məsafəni bir yükləmədə qət edə biləcəkdi, salondakı təəssürat isə həm sürücü, həm sərnişin üçün müasir texnologiyanın inteqrasiyası sayəsində daha zəngin olacaq.

Avtomobilin ağıllı multimedia sistemi qoşulmuş avtomobil Apps proqramlarından istifadə edərək real dünyanın xidmətlərinə girişi təmin edən mərkəzi "beyindir".

Eksteryer və interyerin təfərrüatları
Eksteryerin dizaynı müasir memarlığın, təbiətin və təyyarə füzelyajlarının aerodinamik formalarından ilhamlanmış güclü, atletik səthlərin təzahürüdür. O, məşhur güc xəttini və banın arxa hissəsini drama və gərginliyin yeni səviyyələrinə çatdıraraq, Bentley dizaynının özünəməxsus səciyyəsinin təbii təkamülünü əks etdirir. Əfsanəvi Bentley radiator toru mürəkkəb 3D həndəsəsi və Bentley EXP 12 Speed 6e-ni tamamilə elektrik avtomobil kimi müəyyən edən tutqunlaşmış mis çalarında olan qabaq faraları ilə seçilir. Avtomobil işlədiyi zaman ‘6e’ loqotipi nəzərəçarpan, parlaq ağ rəngdə işıqlanır.

Ənənəvi şüşənin əvəzinə kameralar olan yan güzgülər müstəsna olaraq nazikdir və bütün konsept-karı vurğulayan füzelyaj skulptur formasından ilhamlanmışdır. Sükan çarxında əllə işlənmiş kəsik şüşə hissələrində media, rabitə, naviqasiya və avtomobilin qurulması üçün elementlər vardır. Kəsik sükan çarxının başında həmçinin iki ədəd düymə var; onlardan biri ani gücləndirməni, digər birisi isə istənilən vaxtda sürət həddinin məhdudlaşdırılmasını təmin edir. Sərnişinin isə qabaq paneldə öz idarəetmə paneli ilə təmin edilib ki, burada sosial media, e-poçt və əyləncəyə giriş imkanı təklif edilir. Konseptin salonuna eksklüziv mis elementləri inteqrasiya edilib.

Elektrik gələcəyə sadiqlik
Bentley inanır ki, konsept gələcəyin lüks avtomobil alıcıları arasında müzakirələrə yol açacaq ki, gözlənilən yenilikləri gələcəyin lüks avtomobil sahibinin təcrübəsindən anlamaq mümkün olsun.

Bentley-nin elektrik avtomobil strategiyasına 2018-ci ildə Bentayga-dan başlayaraq gələcək bir neçə il ərzində Bentley model sırasında PHEV modellərinin təqdimatı daxildir.

EXP 12 Speed 6e barədə bizimlə danışmaq üçün və ya Bentley avtomobil sırası barədə suallarınızla Bentley Baku dilerinə +99412 4048282 nömrəsinə müraciət edin.